Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1995/2023 16.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 428.7.1ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsində xx.xx.2023-cü il tarixdə saat 15:05-də Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, idarə tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsində xx.xx.2023-cü il tarixdə saat 15:05-də Şəxs adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Aparılmış araşdıma zamanı Şəxs Açıq Səhmdar Cəmiyyətinə qanunla müəyyən edilmiş icazənin verilmədiyi müəyyən edildiyindən barəsində inzibati xəta haqqında icraat başlanmış və İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 bildirmişdir ki, cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Çünki cəmiyyətə məxsus Şəxs adlı obyektdə hər iki reklam lövhəsinə dair icazələr alınmış və protokol tərtib edilən zaman həmin icazələr qüvvədə olmuşdur. Ona görə də, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Dövlət Vergi Xidmətinin portal çıxarışından görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti vergi ödəyicisi qismində qeydiyyatdan keçərək ********** nömrəli VÖEN almışdır. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, 19 aprel 2023-cü il tarixdə keçirilmiş yoxlama zamanı Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsində yerləşən Şəxs adlı obyektin üzərində qanunla qadağan edilməsinə baxmayaraq yayımlanmış 2 ədəd 8,7m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. Açıq məkanda reklam yerləşdirilməsinə xx.xx.2022-ci il tarixli icazədən görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək açıq məkanda eni 2 m, hündürlüyü 0,82 m ölçüsündə reklam yerləşdirilməsinə icazə verilmişdir. Açıq məkanda reklam yerləşdirilməsinə xx.xx.2023-cü il tarixli icazədən görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək açıq məkanda 8 m, hündürlüyü 0,80 m ölçüsündə reklam yerləşdirilməsinə icazə verilmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 428.7 və 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən 19 aprel 2023-cü il tarixdə keçirilmiş yoxlama zamanı Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsində yerləşən Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus Şəxs adlı obyektin üzərində qanunla qadağan edilməsinə baxmayaraq yayımlanmış 2 ədəd 8,7 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilərək 11 may 2023-cü il tarixdə İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, cəmiyyətin həmin reklam daşıyıcılarına dair xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (eni 2 m, hündürlüyü 0,82 m ölçüdə) və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (eni 8 m, hündürlüyü 0,80 m ölçüdə) açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmişdir Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs Açıq Səhmdar Cəmiyyətinin təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 428.7.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-1995/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1995/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver