Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-20/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X7 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 06.05.2021-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 06.05.2021-ci il tarixli, EPQ ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 06.05.2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru X8 tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə protokol tərtib edilmişdir. Heç bir araşdırma aparılmadan elə həmin gün, 06 may 2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin rəisi C.İsmayılzadə tərəfindən inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır və onun AR İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyimə görə 100 manat miqdarında cərimə edilməyim qərara alınmışdır.Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, həm protokol, həm də qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir.Qeyd olunmalıdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsində yerləşən marketdən çıxan zaman maskanı çıxarıb cibinə qoymuşdur.Bu zaman ona polis əməkdaşı yaxınlaşaraq adını, soyadını soruşmuşdur, onu nə üçün saxladığını bildirməmişdir, cərimə olunacağı barədə heç bir xəbərdarlıq etməmişdir, yalnız adını, soyadını və ata adını soruşmaqla kifayətlənmişdir.O, maskanı marketdən çıxdıqdan sonra çıxarmış, marketdə olarkən tibbi maskadan istifadə etmişdir.Halbuki, saxlanıldığı təqdirdə yerində hal şahidlərinin iştirakı ilə protokol tərtib edilməli və protokola imza etməkdən imtina etdiyi halda bu barədə qeyd yazılmalı idi və protokolun surəti ona təqdim edilməli idi.Göründüyü kimi, protokol qanunvericliyin tələbləri pozulmaqla onun iştirakı olmadan tərtib edilmişdir.Həmçinin, protokol tərtib edilərkən sübutlar əlavə edilməlidir, foto-video çəkiliş və s.İş materiallarından da aydın olur ki, onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarının pozulmasına dair heç bir sübut yoxdur.İnzibati xəta haqqında işdə onun mobil telefon nömrəsi, ünvanı belə qeyd edilməmişdir.Bu da protokolun qeyri-qanuni olaraq tərtib edilməsi və tərəfindən heç bir inzibati xətaya yol vermədiyimə dəlalət edir.Bu amillər nəzərə alınmadan protokol verilmiş və heç bir araşdırma aparılmadan həmin gün qərar qəbul edilmişdir.O, əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir.O, yuxarıda göstərilənlərə əsasən qərarı qanunsuz və əsassız hesab edir.Buna görə də, məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən X2 şikayətdə göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 06.05.2021-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 06.05.2021-ci il tarixli, EPQ ******* saylı qərarına əsasən məlum olur ki, 06.05.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə karantin rejimlərinin pozulması ilə bağlı ona inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tərkibi olmamışdır.Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabr ayının 19-da imzaladığı qərara əsasən həmin tarixdən Azərbaycan Respublikasında açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi müəyyən olunmuşdur. Lakin məhkəmə hesab edir ki, bu halda müəyyən istisnalar vardır.Məsələn: tək halda və açıq havada müvəqqəti olaraq (yemək yeyərkən, ağız suyun ifraz edərkən,siqaret çəkdiyi zaman və sair kimi hallarda) maskanı bir qədər aşağı salmaq istisnalıq təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə cərimələnməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş EPQ ******* saylı, 06.05.2021-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən X4 barəsində qəbul edilmiş 06.05.2021-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-20/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-20/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver