Məhkəmə qərarları › İş №3(001)-2000/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2000/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2000/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi qaydada zərgər işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8 küçəsi, ev 41A ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmmədoğullular küçəsi, Yeni yaşayış massivində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən 11 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 ödənilməlidir. İcra vərəqəsi 04 dekabr 2023-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsindən aidiyyəti üzrə şöbənin icraatına daxil olmuş və icraata qəbul edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş və aliment borcunun ödənilməsi haqqında xəbərdarlıq rəsmi qaydada verilmişdir. Borclu Şəxs icra sənədi üzrə 4 ay, hər ay 400 manat olmaqla aliment ödəmiş, onun 6500 manat aliment borcu qalmışdır. Məcburi icra tədbirlərinin görülməsi üçün müvafiq orqanlara və banklara sorğular göndərilmiş və borclunun adına hər hansı əmlak və pul vəsaiti aşkar edilməmişdir. Borcluya barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunacağı barədə xəbərdarlıq edilsə də, aliment borcunu ödəməmişdir. Halhazırda borclu Şəxs borcu olduğu kimi qalır. Borclunun təkrar izahatı alınmış, borcu tam şəkildə ödəyə bilməyəcəyini bildirdiyindən barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment ondan tutularaq X2 ödənilməlidir. İcra sənədi üzrə icraata başlama haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. Borcu birdəfəyə və tam şəkildə ödəmək iqtidarında olmadığından tələbkara müraciət edərək, hər ay 400 manat, yəni 386 manat aylıq aliment, 14 manat isə aliment borcuna görə ödəyə biləcəyini demiş, lakin tələbkar razı olmamışdır. İcra sənədinin icrasından yayınmır, qalan borcun hər ay 50 manat olmaqla ödənilməsini həyata keçirə bilər. Göstərilənləri nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Şəxs tutularaq ona ödənilməlidir. Uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədini lazımınca icra etməmişdir. İcra işi bir neçə ay Lənkəran rayon icra və probasiya şöbəsində olmuş, orada olduğu müddətdə borclu heç bir ödəniş etməmiş, müxtəlif bəhanələr gətirərək gah hesab nömrəsi, gah da bank kartı istəmişdir. Şikayət etdikdən sonra icra işi borclunun yaşayış yeri üzrə Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. Bundan sonra borclu 4 ay ərzində hər ay 400 manat aliment ödəmiş, ödədiyi məbləğin 14 manat hissəsinin aliment borcuna çıxmasını istəmişdir. Lakin o, bu şəkildə ödənişi qəbul etmir, 6500 manat məbləğində aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Borclunun bunun üçün kifayət qədər maddi imkanı var. Belə ki, o, zərgər işləməklə, qızıl-zinət əşyalarının alqı-satqısı fəaliyyəti ilə məşğul olur. Öz adına olmayan avtomobilləri və bir neçə mənzilləri vardır. Həmin mənzillərdən birində o və uşaqları birlikdə yaşayırlar. Qərəzli olaraq aliment borcunu vermək istəmir. Çünki, onlar iki bacı olaraq borclu və qardaşı ilə ailə həyatı qurmuş, sonradan hər ikisi boşanmışlar, aralarında uzun müddət davam edən və onların xeyrinə yekunlanmış məhkəmə çəkişmələri olmuşdur. Buna görə borclu ondan, qardaşı isə bacısından bu yolla əvəz çıxmağa çalışırlar. İki övladı ilə birlikdə yaşamaqla onları böyütməkdə maddi çətinlik çətir, yığılıb qalmış 6500 manat aliment borcunun ödənilməsi bu məsələdə onlara yardım edə bilər. Borcun hər ay 14 manat ödənilməsi şəklində icra edilməsi uşaqların pozulmuş hüquqlarının bərpası müddətini uzadır. Borclu həmin borcu tam şəkildə ödəməlidir ki, o uşaqlarına lazımı şəkildə baxa bilsin. Mənafelərinin pozulduğunu nəzərə alıb borclunun ciddi tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon icra şöbəsinin icra məmurunun, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi borclu Şəxs yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli Xəbərdarlıqdan görünür ki, borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası təmin olunmadığı halda barəsində məcburi icra tədbirləri tətbiq olunacağına dair xəbərdarlıq edilmişdir. İcra işindən görünür ki, borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə son dörd ayda hər ay 400 manat olmaqla ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu Şəxs sözügedən icra sənədi üzrə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin dekabr ayına kimi heç bir ödəniş etməmişdir. Borclu hissə-hissə icranı təklif etsə də, tələbkar hissə-hissə icranı qəbul etmir və tələbkarın hissəhissə icradan imtina etməsi qanuna zidd deyil. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 ödənilməlidir. Başqa, sözlə qətnamənin icra üsulu hissə-hissə ödəniş şəklində deyil. Məhkəmə borclu Şəxs icra vərəqəsinin icrası qaydasında 1600 manat ödəniş etməsinin icradan boyun qaçırmadığının göstəricisi olması barədə mövqeyini də əsaslı hesab etmir və qeyd edir ki, həmin ödəniş daha ciddi tənbeh təhdidi altında (inzibati həbsə məruz qalmamaq üçün) icra edilmişdir. Bu mənada borclunun inzibati xəta haqqında protokol tərtibi öncəsi 1600 manat ödəniş etməsi əksinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin bugünə kimi icrasız qalmasının məhz borclu Şəxs qərəzli münasibətindən irəli gəldiyini göstərir. Əks yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrində təsbit olunmuş məhkəmənin qəbul etdiyi qərarların icrasının məcburiliyi və icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğu müddəasının pozulması ilə nəticələ bilər. Başqa sözlə, kifayət qədər yüksək məbləğdə borcu olan borclunun 2022-ci ilin oktyabr ayından 2023-cü ilin dekabr ayına kimi heç bir ödəniş etməyib, son dörd ayda kiçik məbləğli ödənişlər edərək, bununlada icra sənədinin icrasından boyun qaçırmadığını bildirməsi qərarın təsviri hissəsində sadalanmış məhkəmənin qəbul etdiyi qərarların icrasının məcburiliyindən bəhs edən qanunların məqsədi və təyinatına cavab vermir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın və uşaqların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 18 mart 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar