Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2001/2022 01.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X31, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X77 izahat verərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-96/2011 nömrəli icra sənədinə əsasən Şəxs müştərək qaydada mülki iddiaçıların xeyrinə tutulmalı olan pul məbləğlərini bu günə kimi icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun tələblərinə tabe olmadığı üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-96/2011 nömrəli icra sənədinə əsasən ondan müştərək qaydada X42 xeyrinə 50000 ABŞ dolları və icra sənədində qeyd edilən zərərçəkmişlərin xeyrinə müəyyən pul məbləğlərinin ödənilməsi qərar alınmışdır. Qeyd edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-96/2011 nömrəli hökmü üzrə 8 il müddətinə azadlıqdan məhrum edilmiş və təzəliklə cəzasını çəkərək azad edilmişdir. Hal-hazırda maddi durumu və səhhəti yaxşı deyildir. Maddi vəziyyəti düzəldikdən sonra borclarını ödəyəcəkdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-96/2011 nömrəli icra sənədinə əsasən Z.Z.Yusifov, S.H.Məmmədova və Şəxs müştərək qaydada X42 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə, X99 xeyrinə 90000 ABŞ dolları milli pul məzənnəsi ilə, X2 xeyrinə 127000 manat, X13 xeyrinə 10000 ABŞ dolları milli pul məzənnəsi ilə, X1 xeyrinə 10000 avro milli pul məzənnəsi ilə, Sultanova Kəmalə ismayıl qızının xeyrinə 161000 manat, X21 xeyrinə 100000 manat, X43 xeyrinə 640000 ABŞ dolları milli pul məzənnəsi ilə, X78 xeyrinə 428400 manat, X59 xeyrinə 20000 ABŞ dolları milli pul məzənnəsi ilə, X100 xeyrinə 50000 manat, X60 xeyrinə 150000 manat, X79 xeyrinə 100000 ABŞ dolları milli pul məzənnəsi, ilə, X22 xeyrinə 55000 ABŞ dolları milli pul məzənnəsi ilə, X61 xeyrinə 100000 ABŞ dolları milli pul məzənnəsi ilə, X62 xeyrinə 400000 ABŞ dolları milli pul məzənnəsi ilə, X32 xeyrinə 110000 manat, X63 xeyrinə 15770 manat, X33 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə, X4 xeyrinə 15000 ABŞ dolları milli pul məzənnəsi ilə, X44 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə və 300000 manat, X23 xeyrinə 600000 ABŞ dolları milli pul məzənnəsi ilə, X45 xeyrinə 130000 manat, Zeynalova Tofİqə İsgəndər qızının xeyrinə 300000 ABŞ dolları milli pul məzənnəsi ilə, X46 xeyrinə 100000 ABŞ dolları milli pul məzənnəsi ilə, X47 800000 ABŞ dolları milli pul məzənnəsi ilə, X64 xeyrinə 37000 manat, X80 xeyrinə 150000 manat, X65 xeyrinə 25000 ABŞ dolları milli pul məzənnəsi ilə, X34 xeyrinə 23000 ABŞ dolları milli pul məzənnəsi ilə, X66 xeyrinə 190000 ABŞ dolları milli pul məzənnəsi ilə, X48 xeyrinə 20000 manat, X49 xeyrinə 677000 avro milli pul məzənnəsi ilə, X24 xeyrinə 45000 ABŞ dolları milli pul məzənnəsi ilə, X50 xeyrinə 258748 manat, X51 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə, X67 xeyrinə 28000 manat, X7 xeyrinə 623300 avro milli pul məzənnəsi ilə, X68 xeyrinə 20000 manat, X81 xeyrinə 25000 ABŞ dolları milli pul məzənnəsi ilə, X52 xeyrinə 45000 ABŞ dolları milli pul məzənnəsi ilə və 67000 manat, X8 xeyrinə 28000 ABŞ dolları milli pul məzənnəsi ilə, X9 xeyrinə 30000 ABŞ dolları milli pul məzənnəsi ilə, X35 xeyrinə 150000 manat və 150000 ABŞ dolları milli pul məzənnəsi ilə, X82 xeyrinə 200000 ABŞ dolları milli pul məzənnəsi ilə, X36 xeyrinə 100000 ABŞ dollraı milli pul məzənnəsi ilə, X83 xeyrinə 25000 ABŞ dolları milli pul məzənnəsi ilə, X53 xeyrinə 95000 ABŞ dolları milli pul məzənnəsi ilə, X10 xeyrinə 100000 manat və 100000 ABŞ dolları milli pul məzənnəsi ilə, X84 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə, X85 xeyrinə 200000 manat, X54 xeyrinə 55000 manat, X86 xeyrinə 27400 manat, X87 xeyrinə 200000 ABŞ dolları milli pul məzənnəsi ilə, X25 xeyrinə 16100 manat, X14 xeyrinə 100000 manat, X88 xeyrinə 100000 manat, X69 xeyrinə 49000 ABŞ dolları milli pul məzənnəsi ilə və 100000 manat, X89 xeyrinə 90000 ABŞ dolları milli pul məzənnəsi ilə, X15 xeyrinə 77000 ABŞ dolları milli pul məzənnəsi ilə, X26 xeyrinə 50000 manat, X70 xeyrinə 20000 manat, X37 xeyrinə 25000 ABŞ dolları milli pul məzənnəsi ilə, X108 xeyrinə 100000 ABŞ dolları milli pul məzənnəsi ilə, X27 xeyrinə 150000 manat, X5 xevrinə 81500 ABŞ dolları milli pul məzənnəsi ilə, X11 xeyrinə 150000 manat, X38 xeyrinə 316000 ABŞ dolları milli pul məzənnəsi ilə, X28 xeyrinə 12000 manat, Mİrzəyev Nicat İlqar oğlunun xeyrinə 200000 ABŞ dolları milli pul məzənnəsi ilə, X109 xeyrinə 198863 avro və 42050 ABŞ dolları milli pul məzənnəsi ilə, X55 xeyrinə 18500 manat, X90 xeyrinə 95000 ABŞ dolları və 35000 avro milli pul məzənnəsi ilə, X29 xeyrinə 72500 ABŞ dolları milli pul məzənnəsi ilə, X16 xeyrinə 35000 ABŞ dolları milli pul məzənnəsi ilə, X91 xeyrinə 30000 manat, X39 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi İİə, X101 xeyrinə 29200 ABŞ dolları milli pul məzənnəsi ilə, X71 xeyrinə 37600 manat, X30 xeyrinə 46750 manat, X56 xeyrinə 96500 manat, X6 xeyrinə 16270 manat, X129iunun xeyrinə 23000 manat, X57 xeyrinə 33720 ABŞ dolları milli pul məzənnəsi ilə, X17 xeyrinə 44967 manat, X92 xeyrinə 15000 manat, X18 xeyrinə 20348 ABŞ dolları milli pul məzənnəsi ilə, X19 xeyrinə 37000 ABŞ dolları milli pul məzənnəsi ilə, X3 xeyrinə 108094 ABŞ dolları milli pul məzənnəsi ilə, X93 xeyrinə 90000 ABŞ dolları milli pul məzənnəsi ilə, X72 xeyrinə 40000 manat tutulması, X140, Şəxs, X102 və X12 müştərək qaydada X73 xeyrinə 64000 ABŞ dolları milli pul məzənnəsi ilə, X20 xeyrinə 32000 ABŞ dolları milli pul məzənnəsi ilə, X40 xeyrinə 204000 ABŞ dolları milli pul məzənnəsi ilə, X41 xeyrinə 170000 ABŞ dolları milli pul məzənnəsi ilə, X74 xeyrinə 182000 ABŞ dolları milli pul məzənnəsi ilə, X94 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə, X95 xeyrinə 15000 manat tutulması qərara alınmışdır. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-96/2011 nömrəli icra sənədi üzrə olan borcu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)- 96/2011 nömrəli icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədini icra etməmiş və borcunu maddi imkanının olmadığına görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2001/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2001/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver