Məhkəmə qərarları › İş №3(001)-2002/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2002/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2002/2022 01.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X56, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Ermənistanın Krasnoselok rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-cı maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X107 izahat verərək bildirmişdir ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-96/2010 nömrəli icra sənədi üzrə mülki iddiaçıların xeyrinə tutulmalı olan pul məbləğlərini bu günə kimi icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun tələblərinə tabe olmadığı üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-96/2010 nömrəli icra sənədinin icrasından yayınmamış və icra məmurunun tələblərinə tabesizlik etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-96/2010 nömrəli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmiş və qısa müddətdir ki azadlığa çıxmışdır. Hazırda heç bir yerdə işləmir, eləcə də maddi vəziyyəti və səhhəti yaxşı deyildir. İcra sənədində müəyyən edilmiş məbləği birdəfəyə ödəməsi hazırkı vəziyyətdə mümkünsüzdür. Lakin müəyyən qədər vaxt verilərsə borcundn ödənişlər ödəcəkdir. Törətdiyi inzibati xətadan peşman olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-96/2010 nömrəli icra sənədindən görünür ki, Şəxs və X21 müştərək qaydada "xxxx"ASC-nin xeyrinə 5.760.842 manat, 09 qəpik, Şəxs, S.H. Məmmədova və X95 müştərək qadada X39 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə, X96 xeyrinə 90000 ABŞ dolları milli pul məzənnəsi ilə,X2 xeyrinə xeyrinə 127000 manat, X12 xeyrinə 10000 ABŞ dolları milli pul məzənnəsi ilə X1 xeyrinə 10000 avro milli pul məzənnəsi ilə, X13 xeyrinə 161000 manat X22 xeyrinə 100000 manat, X40 xeyrinə 640000 ABŞ dolları milli puı məzənnəsi ilə, X76 xeyrinə 428400 manat, X57 xeyrinə 20000 ABŞ dolları pul məzənnəsi ilə X97 xeyrinə 50000 manat X58 xeyrinə 150000 manat X77 xeyrinə 100000 ABŞ dolları milli məzənnəsi ilə, X30 xeyrinə 55000 ABŞ dolları milli məzənnəsi ilə, X59 xeyrinə 100000 ABŞ dolları milli pul məzənnəsi ilə, X60 xeyrinə 400000 ABŞ dolları pul məzənnəsi ilə, X31 xeyrinə 110000 manat, X61 xeyrinə 15770 manat X32 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə X4 xeyrinə 15000 ABŞ dolları milli pul məzənnəsi ilə X41 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə və 300000 manat X23 xeyrinə 600000ABŞ dolları milli pul məzənnəsi ilə X42 xeyrinı 130000 manat, X7 xeyrinə 300000ABŞ dolları milli pul məzənnəsi ilə Novruzova maral zaman qızının xeyrinə 100000 ABŞ dolları milli pul məzənnəsi ilə, X43 800000 ABŞ dolları milli pul məzənnəsi ilə X62 xeyrinə 37000 manat, X78 xeyrinə 150000 manat, X44 xeyrinə 25000 ABŞ dolları milli pul məzənnəsi ilə, X33 xeyrinə 23000 ABŞ dolları milli pul məzənnəsi ilə X63 xeyrinə 190000 ABŞ dolları milli pul məzənnəsi ilə, X45 xeyrinı 20000 manat, Mədətov Elşən ismayıl oğlunun xeyrinə 677000 avro milli pul məzənnəsi ilə, X24 xeyrinə 45000 ABŞ dolları milli pul məzənnəsi ilə, X46 xeyrinə 258748 manat, X47 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə, X64 xeyrinə 28000manat, X8 xeyrinə 623300 avro milli pul məzənnəsi ilə X65 xeyrinə 20000manat, X79 xeyrinə 25000 ABŞ dolları milli pul məzənnəsi il, Babayeva Mədinə zakir qızının xeyrinə 45000 Abş dolları milli pul məzənnəsi ilə və 67000manat Yolçuyeva sevil Qayıbqulu qızının xeyrinə 28000ABŞ dolları milli pul məzənnəsi ilə X9 xeyrinə 30000 ABŞ dolları milli pul məzənnəsi ilə, X38 xeyrinə 15000manat və 150000 ABŞ dolları milli pul məzənnəsi ilə , X98 xeyirnə 200000 ABŞ dolları milli pul məzənnəsi ilə, X48 xeyrinə 100000 ABŞ dolları milli pul məzənnəsi ilə, X80 xeyrinə 25000 ABŞ dolları milli pul məzənnəsi ilə, X49 xeyrinə 95000 ABŞ dollları milli pul məzənnəsi ilə, X10 xeyrinə 100000 manat və 100000 ABŞ dolları milli pul məzənnəsi ilə,quliyev Tofiq Əhməd oğlunun xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə, X81 xeyrinə 200000 manat, X50 xeyrinə 55000manat, X82 xeyrinə 27400manat, X83 xeyrinə 200000 ABŞ dolları milli pul məzənnəsi ilə X25 xeyrinə 16100 manat, X14 xeyrinə 100000 manat, X84 xeyrinə 100000 manat, X66 xeyrinə 49000 ABŞ dolları milli pul məzənnəsi ilə və 100000 manat X85 xeyrinə 90000ABŞ dolları milli pul məzənnəsi ilə, X15 xeyrinə 77000 ABŞ dolları milli pul məzənnəsi ilə, X26 xeyrinə 50000manat, X67 xeyrinə 20000manat, Ələkbərov Emin ismayıl oğlunun xeyrinə 25000 ABŞ dolları milli pul məzənnəsi ilə, X108 xeyrinə 100000 ABŞ dolları milli pul məzənnəsi ilə, kazımova Gülüstan Həsən qızının xeyrinə 150000 manat, X5 xeyrinə 81500 ABŞ dolları milli pul məzənnəsi ilə, X11 xeyrinə 150000 manat, X34 xeyrinə 316000 ABŞ dolları milli pul məzənnəsi ilə, X27 xeyrinə 12000 manat , X68 xeyrinə 200000 ABŞ dolları milli pul məzənnəsi ilə, X109 xeyrinə 198863 avro və 42050 ABŞ dolları milli pul məzənnəsi ilə, X51 xeyrinə 18500 manat, X86 95000 ABŞ dolları və 35000 avro milli pul məzənnəsi ilə, X28 xeyrinə 72500 ABŞ milli pul məzənnəsi ilə, X16 xeyrinə 35000 ABŞ dolları milli pul məzənnəsi ilə, X87 xeyrinə 30000 manat X35 xeyrinə 5000 ABŞ dolları milli pul məzənnəsi ilə X99 xeyrinə 29200 ABŞ dolları milli pul məzənnəsi ilə, X69 xeyrinə 37600 manat, X29 xeyrinə 46750 manat, X52 xeyrinə 96500 manat, X6 xeyrinə 16270 manat, X70 xeyrinə 23000manat, X53 xeyrinə 33720 ABŞ dolları milli məzənnə ilə, X17 44967 ABŞ dolları milli pul məzənnəsi ilə, X88 xeyrinə 15000 manat, X18 xeyrinə 20348 ABŞ dolları milli pul məzənnəsi ilə, X19 xeyrinə 37000 ABŞ dolları milli pul məzənnəsi ilə, X3 xeyrinə 108094 ABŞ dolları milli pul məzənnəsi ilə, X89 xeyrinə 90000 ABŞ dolları milli pul məzənnəsi ilə, X71 xeyrinə 40000 manat, Şəxs, X136, X100 və X21 müştərək qadada X72 xeyrinə 64000 ABŞ dolları milli pul məzənnəsi ilə, X20 xeyrinə 32000 ABŞ dolları milli pul məzənnəsi ilə, X36 xeyrinə 204000 ABŞ dolları milli pul məzənnəsi ilə, X54 xeyrinə 170000 ABŞ dolları milli pul məzənnəsi ilə, X73 182000 ABŞ dolları milli pul məzənnəsi ilə, X90 xeyrinə 50000 ABŞ dolları milli pul məzənnəsi ilə, X91 xeyrinə 15000 manat, Şəxs X101 xeyrinə 504920 manat və X37 xeyrinə 43000 ABŞ dolları milli pul məzənnəsi ilə tutulması qərara alınmışdır. xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və xx.xx.2022-ci il tarixdə ona tələbin könüllü icrası barədə rəsmi bildiriş verilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-96/2010 nömrəli icra sənədi üzrə olan borcu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, eləcə də şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılığını ifadə etməsi ilə yanaşı, onun yaşını, işləməməsini, habelə təzəlikcə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmasını, səhhəti və maddi imkanı ilə bağlı qeyd etdiyi xüsusatları nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində təqsirli bilindiyi İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar