Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2005/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Şəxs Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-dən daxil olmuş X1 protokolların icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-in xx.xx.2023-cü il tarixli müşayiətedici məktubu ilə Şəxs Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2023cü il tarixli MN seriyalı ******* №-li X1 Protokol daxil olmuşdur. X1 protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, zərər çəkmiş şəxsin adı, atasının adı, soyadı və yaşadığı yerin ünvanı X1 protokollarda göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə görə olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı X1 protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin... 106.0-cı maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:.. 106.0.3. X1 protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;. 109.1-ci maddəsinə görə X1 işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:..109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; İşin təsvir edilmiş hallarını və sadalanmış hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, protokol düzgün tərtib olunmadığından onu tərtib etmiş orqana – Bakı şəhəri Binəqədi RPİ-in 7-cü PB-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 106, 109-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li X1 Protokol və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2005/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2005/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver