Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2008/2021 19.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 may 2021-ci il tarixli, №00100-0697/21 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikasına Türkiyə Respublikasında fəaliyyət göstərən “X8 ve Tic.Ltd.Şti” şirkətindən MU**********0012 nömrəli 11.02.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə 76DA836/76DA837 nömrə nişanlı yük avtomobilində idxal etdiyi 1 paletdə 1000 kq çəkidə “Kimpaz-007 X9” ticarət nişanlı triizobutil fosfat (CAS 126-71-6) maddəsini “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında yerləşdirmək məqsədi 15 fevral 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********157 sorğu nömrəli Gömrük bəyannaməsinin 4-cü mal mövqeyində bəyan edərkən “ilkin formada akril polimerləri” kimi təsvir etməklə mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları verməklə düzgün bəyan etməmişdir. Nəticədə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/013/009307 nömrəli 07.04.2021-ci il tarixli, 07.04.2021-ci il tarixli “inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqıda” qərar, **********4157 sorğu nömrəli Gömrük bəyannaməsi, mal müşayiət sənədləri, X6, idxalatçının əvvəlki idxal əməliyyatına dair **********9342 nömrəli Gömrük bəyannaməsi, X4 idarəsinin 2200-012/003-25/001131 nömrəli 04.03.2021-ci il tarixli gömrük ekspertizası rəyi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2135 nömrəli 28.04.2021-ci il tarixli ekspert rəyi, 34/013/011644 nömrəli 01.05.2021-ci il tarixli, 34/012/012019 nömrəli 04.05.2021-ci il tarixli raportlar və və işdə olan digər sənədlər ilə tam və kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun 07.04.2021-ci il tarixli 00100/0675 nömrəli qərarı ilə həmin Baş İdarənin Təhqiqat şöbəsində 00100-0512/21 nömrəli iş üzrə ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs "Şəxs" MMC barəsində icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmiş və iş üzrə başa çatmış inzibati araşdırma zamanı aşkar edilmiş Şəxs tərəfindən törədilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi faktına görə materiallar ayrılmaqla, ekspertiza aparılması zərurəti olduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə başqa inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla ayrıca inzibati araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş X4 İdarəsinin 200-012/003- 25/001131 nömrəli 04.03.2021-ci il tarixli gömrük ekspertizası rəyinə əsasən Şəxs MMC-nin ünvanına MU**********0012 nömrəli 11.02.2021-ci il tarixli invoysun 1-9-cu mövqeləri üzrə idxal olunan yükdən təqdim olunmuş nümunələr XİF MN görə aşağıdakı qaydada sinifləşdirilir və ixrac nəzarətinin, güclü təsir edən maddələr və zəhərli maddələrin, təhlükəli tullantıların siyahısına aid deyildir. Araşdırma zamanı şahid qismində sorğu-sual edilən istehsalat müdiri vəzifəsində işləyən X6 izahatında göstərmişdir ki, 2016-cı ildən Şəxs MMC-də istehsalat müdiri vəzifəsindədir. Onu bu vəzifəyə hazırda da şirkətin direktoru və faktiki fəaliyyətinə rəhbərlik edən Nəcməddin Taşbağ təyin etmişdir. Vəzifəsi istehsalata nəzarət, istehsalat tələbatlarını müəyyənləşdirmək və buna uyğun sifarişlər verməkdir. İdxal zərurəti olduqda sifarişləri əməkdaşı Cahangir Səfərovun rəhbərlik etdiyi satınalma şöbəsinə sifarişlər verilir. Bundan sonra sifariş üzrə malların alınması, idxalı və rəsmiləşdirmə işləri həmin şöbə tərəfindən aparılır. Sifariş üzrə hərəkətləri artıq mallar müəssisənin anbarına daxil olduqdan sonra növbəti addımlardan ibarətdir. Hazırda çağırıldığı iş üzrə idxal əməliyyatları 15 fevral 2021ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********157 sorğu nömrəli Gb ilə bəyan edilmişdir. Mallar hazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 8-də yerləşən zavodun anbarındadır. Bəzi hallarda xammallarda satınalma şöbəsi malı dəqiqləşdirmək üçün onunla məsləhətləşmələr aparır. O, 1000 kq “Kimpaz 07” nişanlı tri iso butil fosfat maddəsini sifariş vermişdir. Bu maddə akril polimer deyil. Bu mal az tələbat olan mallardandır, ancaq əvvəl sifariş edilib. Satınalma şöbəsinə sadəcə tələb olunan sifariş edir, bunun akril polimer olub-olmamasını deməmişdir. **********157 sorğu nömrəli Gb ilə bəyan edilən yüklərdən Varlık 001 nişanlı yedek parçalar zavodda quru qarışıqlar istehsalat sahəsinə bir sıra ehtiyat hissələri lazım idi. Bu hissələr oradakı avadanlığın bəzi ehtiyyat hissələridir. İstehsalat amortizasiyası ilə bağlı dəyişdirilməli olan bu hissələrin sifarişini satınalma şöbəsinə özü vermişdir. Səhv etmirsə, ayrı-ayrı hissələr olan bu detalları göndərən yedek parçalar kimi ümumiləşdirərək sənədlərdə əks etdirib. Araşdırma zamanı izahatı alınmış X7 izahatında göstərmişdir ki, 2018-ci ildən Şəxsndə direktor müavini vəzifəsini icra edir. Şirkətin ünvanına Türkiyə Respublikasında fəaliyyət göstərən “X8 ve Tic.Ltd Şti” şirkətindən MU**********012 nömrəli 11.02.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə gətirilən mallar 15 fevral 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4157 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmişdir. “Kimpaz 007 X9” ticarət nişanlı mal qeyd edilən bəyannamə ilə bəyan edilərkən akril polimer kimi bəyan edilmişdir. Bu malın belə bəyan olunmasına səbəb odur ki, 2019-2020ci illərdə bu malı idxal etdikləri zaman maliyyə inspektorları Türkiyədən gələn sənədlərə uyğun olaraq həmin kod akril polimerə düşdüyünə görə malları bu şəkildə bəyan etməyi tələb ediblər. Cari idxal əməliyyatında da əvvəlkilərdə belə tələb olunduğuna görə bu malı akril polimer kimi bəyan etmişlər. Daha sonra laboratoriyanın rəyinə əsasən bəyannaməyə düzəliş edilmişdir. Qeyd edilən bəyannamə yazılarkən bu mal akril polimer kimi bəyan edilmişdi, lakin sonradan laboratoriya rəyi ilə malın akril polimer olmadığı aşkarlanıb, ona görə də sonradan broker şirkəti bəyannaməni rəyə görə düzəltmişdir. 2018-ci ildə bəyannaməçi başqa şəxs olub. Broker düzəliş etdiyinə və laboratoriya rəyi sistemdə olmadığına görə nə üçün dəyişdiyini bilməmişlər. Öhdəlik yazmaqlarına baxmayaraq 4 aya yaxın müddətdir ki, mal anbarlarına daxil olmuşdur. 4-cü mal mövqeyindəki malda rüsumda heç bir dəyişiklik olmadığına baxmayaraq maddi olaraq heç bir yayınma olmamışdır. Bu işin uzanması şirkəti narahat etməkdədir. İstehsalatda buna görə böyük fasilələr yaranmışdır. Aparılan araşdırma zamanı, o cümlədən "Şəxs" MMC tərəfindən gömrük orqanına göndərilmiş **********4157 sorğu nömrəli 15.02.2021-ci il tarixli Gömrük bəyannaməsinin ilkin və son redaksiyaları, invoys sənədi və gömrük ekspertizası rəyi müqayisəli təhlil edilməklə müəyyən edilmişdir ki, bəyannamənin 4-cü mal mövqeyi, invoysun 7-ci mövqeyindəki mal akril polimer deyildir, buna baxmayaraq bəyannamədə bu mal akril polimer təsviri ilə bəyan edilmişdir. Araşdırma zamanı predmetlər idxal zamanı bəyannamədə və müşayiət sənədlərinə uyğun olmadığına görə mövcud məlumatların malın dəyərini müəyyən etməyə imkan vermədiydən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməklə tədqiqatların aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Tədqiqatların nəticələrinə dair MEM-nin 9/2135 nömrəli 28.04.2021-ci il tarixli ekspert rəyinə əsasən 1 kq “Kimpaz 007 X9” ticarət nişanlı triizobutil fosfat (CAS 126-71-6) maddəsinin 14 fevral 2021-ci il tarixə orta bazar qiyməti təxminən 9,90 manat, 1000 kq-nın qiyməti isə 9900,00 manat müəyyən edilir. Araşdırma zamanı Şəxs tərəfindən 15 fevral 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********157 sorğu nömrəli Gömrük bəyannaməsinin 4-cü mal mövqeyində bəyan edilən malın gömrük dəyəri ekspert rəyində müəyyən olunan bazar qiyməti - 9900,00 manat qiymətinə uyğun olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, müsbət halda ödənilməli olan gömrük ödənişlərinin məbləği barədə məlumat verilməsi üçün 34/013/011644 nömrəli 01.05.2021-ci il tarixli raportla sorğu verilmişdir. Sorğuya verilən 34/012/012019 nömrəli 04.05.2021-ci il tarixli cavab raportuna əsasən ekspert rəyinə əsasən Şəxs MMC-nin ödənişlərinin məbləğinə təsir etmir. İşə əlavə olunan Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş, əvvəlki idxal əməliyyatlarına dair 19.11.2018-ci il tarixli **********9342 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, bəyannamənin 3-cü mal mövqeyində “Kimpaz 007 X9” ticarət nişanlı triizobutil fosfat (CAS 126-71-6) maddəsi 2919 90 000 0 kod altında bəyan edilmiş, yəni bu malı hazırki idxal əməliyyatından 3 il əvvəl idxal edərkən Şəxs MMC sinifləşdirməsini, hazırki idxal əməliyyatı zamanı təqdim etdiyi bəyannamədəki kimi deyil, faktiki sinifləşdirmə aparmalı olduğu, gömrük ekspertizası rəyindəki kimi sinifləşdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 izahatında göstərmişdir ki: “Kimpaz-007 X9” ticarət nişanlı triizobutil fosfat maddəsinin 15 fevral 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********157 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edərkən akril polimer kimi düzgün bəyan etməməsi faktına görə inzibati xəta haqqında protokolun tərtib edilməsinə heç bir etirazı yoxdur. İş materialları ilə tanış olmuşdur. Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin və MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin və MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş 05 may 2021-ci il tarixli №00100-0697/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardadından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin rəisi, gömrük xidməti polkovniki Elmir Həsənovun tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanan 07.04.2021-ci il tarixli 34/013/009307 saylı raportdan görünür ki, Əməliyyat və Təhqiqat idarəsində Təhqiqat şöbəsində Şəxs MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 30100-0512/21 nömrəli inzibati xəta haqqında iş üzrə inzibati araşdırma aparılarkən həmin hüquqi şəxs tərəfindən törədilən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan başqa inzibati xəta hadisəsi aşkar edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs (Vöen **********) Azərbaycan Respublikasına Türkiyə Respublikasında fəaliyyət göstərən “X8 ve Tic.Ltd.Şti” şirkətindən MU**********0012 nömrəli 11.02.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə 76DA836/76DA837 nömrə nişanlı yük avtomobilində idxal etdiyi 1 paletdə 1000 kq çəkidə “Kimpaz-007 X9” ticarət nişanlı mizobutil fosfat (CAS 126-71-6) maddəsini “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru adında yerləşdirmək məqsədi 15 fevral 2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********157 sorğu nömrəli Gömrük bəyannaməsinin 4-cü mal mövqeyində bəyan edərkən ikin formada akril polimerləri” kimi təsvir etməklə düzgün bəyan etməmişdir. İş materiallarında olan “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında” 07.04.2021-ci il tarixli qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-0512/21 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İXM-nin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan X2 28.04.2021-ci il tarixli 9/1858 saylı ekspert rəyindən görünür ki, Ekspertiza təqdiqatına təqdim edilmiş, 1 kq “Kimpaz-007 X9” ticarət nişanlı triizobutil fosfat (CAS 126-71-6) maddəsinin 14.02.2021-ci il tarixə orta qiyməti təxminən 9,90 manat, 1000 kq-nin qiyməti isə 9900,00 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 9/1858 saylı, 28.04.2021-ci il tarixdə aparılmış tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir. İş materiallarında olan “inzibati xəta haqqında iş üzrə toplanılmış sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və icraata hissəsi xitam verilməsi haqqında” 05.05.2021-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə tövsif edilmiş, barəsində İXM-nin 482.2-ci madəsi ilə başlanılmış icraata həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir. İş materiallarında olan protokoldan görünür ki, Şəxs MMC-də istehsalat müdiri vəzifəsində işləyən X6 izahatında göstərmişdir ki, 2016-cı ildən Şəxs MMC-də istehsalat müdiri vəzifəsindədir. Onu bu vəzifəyə hazırda da şirkətin direktoru və faktiki fəaliyyətinə rəhbərlik edən Nəcməddin Taşbağ təyin etmişdir. Vəzifəsi istehsalata nəzarət, istehsalat tələbatlarını müəyyənləşdirmək və buna uyğun sifarişlər verməkdir. İdxal zərurəti olduqda sifarişləri əməkdaşı Cahangir Səfərovun rəhbərlik etdiyi satınalma şöbəsinə sifarişlər verilir. Bundan sonra sifariş üzrə malların alınması, idxalı və rəsmiləşdirmə işləri həmin şöbə tərəfindən aparılır. Sifariş üzrə hərəkətləri artıq mallar müəssisənin anbarına daxil olduqdan sonra növbəti addımlardan ibarətdir. Hazırda çağırıldığı iş üzrə idxal əməliyyatları 15 fevral 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********157 sorğu nömrəli Gb ilə bəyan edilmişdir. Mallar hazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 8-də yerləşən zavodun anbarındadır. Bəzi hallarda xammallarda satınalma şöbəsi malı dəqiqləşdirmək üçün onunla məsləhətləşmələr aparır. O, 1000 kq “Kimpaz 07” nişanlı tri iso butil fosfat maddəsini sifariş vermişdir. Bu maddə akril polimer deyil. Bu mal az tələbat olan mallardandır, ancaq əvvəl sifariş edilib. Satınalma şöbəsinə sadəcə tələb olunan sifariş edir, bunun akril polimer olub-olmamasını deməmişdir. **********157 sorğu nömrəli Gb ilə bəyan edilən yüklərdən Varlık 001 nişanlı yedek parçalar zavodda quru qarışıqlar istehsalat sahəsinə bir sıra ehtiyat hissələri lazım idi. Bu hissələr oradakı avadanlığın bəzi ehtiyyat hissələridir. İstehsalat amortizasiyası ilə bağlı dəyişdirilməli olan bu hissələrin sifarişini satınalma şöbəsinə özü vermişdir. Səhv etmirsə, ayrı-ayrı hissələr olan bu detalları göndərən yedek parçalar kimi ümumiləşdirərək sənədlərdə əks etdirib. İş materiallarında olan protokoldan görünür ki, Şəxs MMC-də direktor müavini vəzifəsini icra edən X7 izahatında göstərmişdir ki, şirkətin ünvanına Türkiyə Respublikasında fəaliyyət göstərən “X8 ve Tic.Ltd Şti” şirkətindən MU**********012 nömrəli 11.02.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə gətirilən mallar 15 fevral 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4157 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmişdir. “Kimpaz 007 X9” ticarət nişanlı mal qeyd edilən bəyannamə ilə bəyan edilərkən akril polimer kimi bəyan edilmişdir. Bu malın belə bəyan olunmasına səbəb odur ki, 2019-2020-ci illərdə bu malı idxal etdikləri zaman maliyyə inspektorları Türkiyədən gələn sənədlərə uyğun olaraq həmin kod akril polimerə düşdüyünə görə malları bu şəkildə bəyan etməyi tələb ediblər. Cari idxal əməliyyatında da əvvəlkilərdə belə tələb olunduğuna görə bu malı akril polimer kimi bəyan etmişlər. Daha sonra laboratoriyanın rəyinə əsasən bəyannaməyə düzəliş edilmişdir. Qeyd edilən bəyannamə yazılarkən bu mal akril polimer kimi bəyan edilmişdi, lakin sonradan laboratoriya rəyi ilə malın akril polimer olmadığı aşkarlanıb, ona görə də sonradan broker şirkəti bəyannaməni rəyə görə düzəltmişdir. 2018-ci ildə bəyannaməçi başqa şəxs olub. Broker düzəliş etdiyinə və laboratoriya rəyi sistemdə olmadığına görə nə üçün dəyişdiyini bilməmişlər. Öhdəlik yazmaqlarına baxmayaraq 4 aya yaxın müddətdir ki, mal anbarlarına daxil olmuşdur. 4-cü mal mövqeyindəki malda rüsumda heç bir dəyişiklik olmadığına baxmayaraq maddi olaraq heç bir yayınma olmamışdır. Bu işin uzanması şirkəti narahat etməkdədir. İstehsalatda buna görə böyük fasilələr yaranmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. Bununla da MMC-nin Azərbaycan Respublikası İXM-in 482.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Şəxs MMC-dən tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131, 482.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat miqdarında inzibati qaydada cərimə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Şəxs MMC-dən tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2008/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2008/2021
19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver