Məhkəmə qərarları › İş №3(001)-2009/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2009/2022

02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2009/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" ASC-də baş mütəxəsis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqınd protokolla razı deyildir. Bölmədə barəsində aparılan icraat zamanı da bildirmişdir ki, X1 avtomobilinə ziyan vurmamışdır. Təqdim edilmiş videogörüntülərə baxış keçirilən zaman polis əməkdaşlarına 20 aprel 2022-ci il tarixdə həmin ərazidə və X2 məxsus avtomobilin yayında olduğunu, hərəkətdə olan zaman əşyasının yerə düşdüyünü və onu götürmək üçün götürdüyünü bildirmişdir. Lakin polis bölməsi tərəfindən heç bir sübut, dəlil göstərilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildimrişdir ki, 20 aprel 2022-ci il tarixdə axşam satlarında özünə məxsus Volksvagen markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin yaxınlığında saxlamış, səhəri gün isə avtomobilinə yaxınlaşan zaman iki təkərinin cırılmış vəziyyətdə olmasını görmüşdür. Bununla bağlı polisə şikayət etmiş və məslə ilə bağlı onun izahatı alınmışdır. Aparılmış araşdırma zamanı video görüntülər əldə edilmiş və Şəxs həmin görüntülərə baxış zamanı görüntülərdəki avtomobilin yanında əyilən şəxsin özü olduğunu bildirmiş, lakin təkərləri deşməməsi ilə bağlı yalan izahat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 190 manat maddi ziyan dəyidiyindən Şəxs barəsində inzibati icraat başlanmış və protokol tərtib edilmişdir. Şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyindən sonuncudan şikayətçidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, sonuncuya məxsus əmlakı qəsdən zədələmiş naməlum şəxs gələcəkdə müəyyən edildikdə barəsində İM-in 232-1-ci maddəsi ilə inibati tədbir görülməsi qərara alınmışdır. Təhlükəsiz Şəhər Xidmətinin TŞ 8-092 və TŞ 8-009 nömrəli videomüşahidə qurğularının kamerasının xx.xx.2022-ci il tarixdə saat 20:30-dan 20:40-dək olan müddətdəki görüntülərə baxış keçirilən zaman yolun sağ kənarında dayanmış nəqliyyat vasitələrinin olmasını, uzaqda bir nəfər şəxsin yolun səki hissəsi ilə hərəkətdə olan zaman dayanıb, markası və nişanı görünməyən nəliyyat vasitəsinə yaxınlaşıb əyilməsi, bir müddət sonra qalxıb yoluna davam etməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Hüseynzadə X3 markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin 2 ədəd təkərini deşərək X2 maddi ziyan vurmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş üzrə aparılmış inzibati xəta haqqında araşdırma üzrə əldə edilmiş sübutlar Şəxs əməlində İXM-in 232-1-ci maddəsinin tərkib əlamətlərinin olması üçün kifayət etmir. Qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən müvafiq protokol tərtib edilən zaman Təhlükəsiz Şəhər Xidmətindən alınmış videogörüntülər əsasında Şəxs sözügedən inzibati xətanı törətməsi qənaətinə gəlinsə də, həmin görüntlərdən nə şəxsi, nə də şəxsin yanında dayanmış olduğu avtomobili müəyyən etmək mümkün deyildir. Əgər səlahiyyətli orqan tərəfindən Şəxs izahatında Volksvagen markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında əşyasının düşməsini, əyilib həmin əşyanı götürməsinə istinad etmişsə, bu zaman şəxsin həmin avtomobilin təkərlərini zədələməməsi ilə bağlı araşdırma zamanı verdiyi izahatına münasibət bildirməmiş, həmin izahatı təkzib edəcək heç bir sübut əldə edilməmişdir. Göründüyü kimi, Şəxs qeyd olunan inzibati xətanı törətməsi üzrə əsaslı şübhələr vardır və səlahiyyətli orqan tərəfindən iş üzrə lazımi araşdrıma aparılmamışdır. Belə olan halda isə məhkəmədə Şəxs həmin inzibati xəta üzrə təqsiri müəyyən edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs əməlində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olsa belə, iş üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən, yəni 24 aprel 2022-ci il tarixdən hazırkı vaxtadək 3 aydan artıq müddət keçdiyindən İXM-in 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam veriləcəkdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 232-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar