Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2010/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-in 339.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Halbuki o, “VAZ 21061 minik” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü ildə vətəndaş X3 baş etibarnamə əsasında satmışdır. Həmin vaxtdan sözügedən avtomobili idarə etmir, avtomobilin istfadəçisi və faktiki sahibi Ruslan Şükürlüdür. R.Şükürlü ona baş etibarnamə verməsinə baxmayaraq nəqliyyat vasitəsini öz adına qeydiyyata aldırmamış, etibarnamənin müddəti xx.xx.2015-ci ildə bitmişdir. Buna baxmayaraq avtomobil X2 istfadəsində və faktiki sahibliyində qalmışdır. R.Şükürlünün 2016-2022-ci illərdə sözügedən avtomobil ilə yol hərəkəti qaydalarının pozulması ilə bağlı törətdiyi xətalara görə inzibati tənbeh vermə haqqında qərarlar etibarnamənin müddəti bitdiyi üçün birbaşa onun adına tərtib olunmuşdur. Bu yaxınlarda vaxtı bitmiş sürücülük vəsiqəsini dəyişmək üçün “ASAN Xidmət” Mərkəzinə müraciət edən zaman ona həmin hallar məlum olmuşdur. “VAZ 21061 minik” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü ildən idarə etmədiyi və həmin vaxtdan avtomobil vətəndaş X2 istifadəsində və faktiki sahibliyində olduğu halda sonuncunun yol hərəkəti qaydalarının pozulması ilə bağlı törətdiyi xətalara görə ona cərimə yazılması qanuni və əsaslı deyil. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 həmin tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Bakı şəhəri 11 saylı notariat kontorunda 09 sentyabr 2014-cü ildə təsdiq edilmiş reyestrdə 7E-11197 nömrə ilə qeyd edilmiş Etibarnamənin surətindən görünür ki, X5 AA165785 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, satmağı, bağışlamağı, ipoteka qoymağı və s. X3 etibar etmişdir. Etibarnamə bir il müddətinə verilmiş, xx.xx.2015-ci ilədək qüvvədə olmuşdur. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan (məktub X4 ünvanlanmışdır) görünür ki, “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərarlar qəbul edilmişdir. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, X5 “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü ildə satmaqla vətəndaş X3 həmin avtomobildən istifadə hüququnun verilməsi barədə bir il qüvvəsi olan etibarnamə vermiş, etibarnamənin qüvvədə olduğu müddətdə R.Şükürlü avtomobilə mülkiyyət hüququ əldə etməmiş, səlahiyyəti bitməsinə baxmayaraq avtomobili idarə edərək yol hərəkəti qaydalarının pozulması ilə bağlı törətdiyi müxtəlif inzibati xətalara görə inzibati tənbeh vermə haqqında qərarlar sözügedən nəqliyyat vasitəsini idarə etməyən X1 adına tərtib edilmişdir. Belə olan halda aydın olur ki, “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyən X1 yol hərəkəti qaydalarını pozub inzibati xəta törətməsi də mümkünsüzdür. Azərbaycan Respublikasının İXM-in: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Çünki, səlahiyyətli orqan mövcud halda inzibati xətanın törədildiyi vaxtda “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi müəyyən etməli, Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə onun barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. İş üzrə icraata xitam verilməsi isə sonrakı icraatı mümkünsüz etdiyindən həmin hissədə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2010/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2010/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver