Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2011/2023 12.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC, AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Tikintidetal ev 32C, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 10 may 2023-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 10000000 (on milyon) Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən «Bank VTB (Azərbaycan)» ASC-də olan hesabından 21 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq ******* (üç milyon yüz səkkiz min) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X3 inzibati xəta haqqında protokolla razı olmayaraq bildirmişdir ki, protokol tərtib edilməzdən əvvəl Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasının İXM-in 60-ci maddəsinin tələblərinə məhəl qoyulmayaraq cəmiyyətə heç bir məlumat verilməmiş, iştirakları təmin edilmədiyindən məsələyə baxılarkən obyektiv vəziyyət barədə fikirləri dinlənilməmiş və bu səbəbdən də işin mahiyyəti barədə həqiqəti əks etdirməyən yanlış nəticəyə gəlinməklə protokolda göstərilən məbləğdə vəsaitin hesaba qaytarıldığı nəzərə alınmamışdır. Çünki Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixli 2 TP/2020 № X2 əsasən 21 aprel 2021-ci il tarixdə 31788 saylı köçürmə ərizəsi ilə RF-ın “Транспоток” OOO şirkətin’ 10000000 rusiya rublu məbləğində vəsait qabaqcadan ödəmə qaydasında köçürülmüşdür. Sonradan bütün dünyada böhrana səbəb olmuş Korona pandemiyası ilə əlaqədar yaranmış vəziyyətlə bağlı tədarükçü tərəfindən mal göndərilməsində çətinliklər baş vermişdir. Tədarükçü ilə aparılan danışıqlar və təkidli tələblərdən sonra müvəqqəti olaraq mal göndərilməsinin mümkün olmadığı hallarda, köçürülmüş vəsait hissə-hissə hesaba qaytarılmışdır. Konkret olaraq 01 dekabr 2021-ci il tarixli. 3/TP/2021 saylı üçtərəfli müqaviləyə əsasən borclu "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli 246 saylı ödəmə tapşırığı ilə 500000 rubl məbləğində, xx.xx.2023-cü il tarixli 247 saylı ödəmə tapşırığı ilə 700000 rubl məbləğində, həmin tarixli 248 saylı ödəmə tapşırığı ilə ******* rubl məbləğində, xx.xx.2023-cü il tarixli 252 saylı ödəmə tapşırığı ilə 700000 rubl məbləğində, xx.xx.2023-cü il tarixli 259 saylı ödəmə tapşırığı ilə 650000 rubl məbləğində, həmin tarixli 260 saylı ödəmə tapşırığı ilə 647000 rubl məbləğində pul vəsaiti köçürmə qaydasında Şəxs MMC-in hesabına qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə sərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında da göstərilmişdir ki, məhkəmələr İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törətmiş şəxsin təqsirini İXM-in tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada siibuta yetmədikdə o, təqsirsiz hesab edilir. Göründüyü kimi, pul köçürməsi qanunverciliyə uyğun bağlanmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilmiş, həmin müqavilənin icrası qaydasında ünvana tədarükçü tərəfindən mallar göndərilmiş, obyektiv səbəblər üzündən malların vaxtında göndərilməsinin mümkün olmadığı hallarda Mərkəzi Bankın müvafiq tələblərinin poztılmaması naminə etdikləri təkliflər əsasında uyğun pul vəsaiti hesaba qaytarılmışdır. Beləliklə, hər hansı bir inzibatı xətaya yol verilməmişdir. Qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, tərəfin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC 10000000 (on milyon) Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən 21-xx.xx.2021-ci il tarixlərdə «Bank VTB (Azərbaycan)» ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. İşdə olan «Bank VTB (Azərbaycan)» ASC-in xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş cədvəldən görünür ki, Şəxs MMC tərəfindən 10000000 (on milyon) Rusiya rublu məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən 21xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq ******* (üç milyon yüz səkkiz min) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC tərəfindən xarici şirkətinin hesabına köçürülmüş 10000000 (on milyon) Rusiya rublu məbləğində vəsaitin geri qaytarılması müəyyən edildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bir tərəfdən RF fəaliyyət göstərən “Транспоток” OOO şirkəti ilə digər tərəf Şəxs MMC arasında başlanmış xx.xx.2020-ci il tarixli №2/TP/2020 saylı müqavilədən görünür ki, tərəflər müxtəlif tikinti materiallarının Azərbaycan Respublikasına idxalına dair xarici iqtisadi müqavilə bağlanmışlar. Bir tərəfdən “borclu” adlandırılacaq RF fəaliyyət göstərən “Транспоток” OOO şirkəti, ikinci tərəfdən “yeni borclu” adlandırılacaq “Дружба HT” şirkəti, digər tərəfdən “kreditor” adlandırılacaq Şəxs MMC arasında başlanmış xx.xx.2021-ci il tarixli №3/TP/2021 saylı müqavilədən görünür ki, “yeni borclu” “Дружба HT” şirkəti “borclu” “Транспоток” OOO şirkətinin Şəxs MMC qarşısında yaranmış xx.xx.2020-ci il tarixli №2/TP/2020 saylı müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürür. Həmin öhdəlik malların çatdırılmasından, bu mümkün olmadıqda isə pulun hissə-hissə geri qaytarılmasından ibarətdir. Şəxs MMC-in «Bank VTB (Azərbaycan)» ASC-dən sorğu edilmiş həmin bankda olan hesabından çıxarışdan görünür ki, 01 dekabr 2021-ci il tarixli 3/TP/2021 saylı üçtərəfli müqaviləyə əsasən borclu "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli 246 saylı ödəmə tapşırığı ilə 500000 rubl məbləğində, xx.xx.2023-cü il tarixli 247 saylı ödəmə tapşırığı ilə 700000 rubl məbləğində, həmin tarixli 248 saylı ödəmə tapşırığı ilə ******* rubl məbləğində, xx.xx.2023-cü il tarixli 252 saylı ödəmə tapşırığı ilə 700000 rubl məbləğində, xx.xx.2023-cü il tarixli 259 saylı ödəmə tapşırığı ilə 650000 rubl məbləğində, həmin tarixli 260 saylı ödəmə tapşırığı ilə 647000 rubl məbləğində pul vəsaiti köçürmə qaydasında Şəxs MMC-in hesabına qaytarılmışdır. Təsvir edilənlər belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxs Şəxs MMC ilə xarici şirkəti arasında müqavilə münasibətləri mövcud olmuş, onlar müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə real olaraq bağlamış, Şəxs MMC-in mal almaq niyyəti olmuş və malları almaq üçün vəsait köçürmüş, həmin şirkət isə ödənilən pulun müqabilində malları idxal edə bilmədiyindən vəsait hissə-hissə olmaqla qanunla müəyyən edilmiş müddət ötmədən Şəxs MMC-in hesabına qaytarılmışdır. İşin müəyyən edilmiş qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC-in barəsində tərtib edilmiş 10 may 2023-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2011/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2011/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver