Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2012/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X10 katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 06 dekabr 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 06 dekabr 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X6 şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “VAZ 21061" markalı ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2014-cü ildə etibarnamə əsasında vətəndaş X2 və indiyədək heç bir halda adı çəkilən nəqliyyat vasitəsi onun istifadəsində olmamışdır. 2019-cu ildən 2022-ci ilədək sözügedən nəqliyyat vasitəsi ilə yol hərəkətinin qaydalarının pozulması ilə bağlı müxtəlif tarixlərdə inzibati tənbeh vermə haqqında qərarlar birbaşa onun adına tərtib olunmuşdur. İnzibati xətaların törədilməsində onun hər hansı bir formada hərəkət və ya hərəkətsizliyi baş verməmiş, iştirakı olmamış və inzibati xətaların törədilməsində onun aidiyyəti olmamışdır. 2020-ci ilin yanvar ayında Baş Dövlət Yol Polis İdarəsinə müraciət etsə də, cavab olaraq barəsində tərtib olunmuş elektron qərarlar üzrə icraat dayandırılmış və həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərarlar qəbul olunması bildirilmişdir. Qeyd etmək istərdi ki, cari ilin yanvar ayında sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün yenilənməsi üçün ASAN Xidmətə müraciət etdikdə cərimələrin olması səbəbindən yeni sürücülük vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə olan halda sürücülük hüququ məhdudlaşır və nəticədə konstitusion hüquqları kobud şəkildə pozulur. xx.xx.2023-cü il tarixdə barəsində tərtib olunmuş elektron qərarların rəsmi qaydada ünvanına göndərilməsinə dair DYP-yə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə DYP-dən onunla əlaqə saxlanılmış və elektron qərarların əslinin təqdim edilməsi üçün Binəqədi DYP-nə çağırılmışdır. Həmin tarixdə qəbul olunmuş elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin, müddətin bərpasına dair ərizə təqdim etmədiyindən məhkəmə qərardad qəbul edərək işi geri qaytarmışdır. Hazırda müddətin bərpasına dair ərizə ilə birlikdə işə baxılması üçün yenidən müraciət edərək elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş EQ ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AD 151488 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. xx.xx.2014-cü il tarixdə X6 tərəfindən X4 verilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Vaz 21061” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 01 il müddətinə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən vətəndaş Abir Nəbiyevə ünvanlanmış məktubdan görünür ki, “Vaz 21061” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında satmağı, etibarnamənin qüvvədə olduğu müddətdə həmin şəxs tərəfindən avtomobilə sahiblik hüququ əldə edilməməsi və hazırda avtomobili idarə etmədiyi halda yol hərəkəti qayda pozuntularına yol verilməsinə görə barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarlarla bağlı Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə ünvanlanan müraciətə baxılmış və inzibati tənbeh vermə haqqında qərarlar üzrə icraatın dayandırılması və həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərarlar qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X6 İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə olunmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inizbati təbeh vermə haqqında qərar ilə X6 “VAZ 21061” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair AR İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “VAZ 21061” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X6 xx.xx.2014-cü il tarixdə X4 nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə verərək, “Vaz 21061” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək səlahiyyətini ötürmüşdür. Həmin nəqliyyat vasitəsinə dair inzibati tənbehvermə haqqında qərarlar qəbul edilərkən nəqliyyat vasitəsi onun istifadəsində olmamışdır. Lakin, Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən X6 barəsində inzibati təbehvermə haqqında qərar qəbul edilən zaman xx.xx.2020-ci il tarixdə sözügedən avtomobilin onun tərəfindən idarə olunub-olunmaması araşdırılmadan inzibati tənbevermə haqqında qərar onun barəsində qəbul edilmişdir. İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-in 125.1-ci çaddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. İXM-in 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: -müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; -eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; -inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. İXM-in 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. İXM-in 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. İXM-in 125.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi, habelə nəqliyyat vasitəsinə bir neçə şəxsin sahiblik hüququ olduqda həmin şəxslərdən birinin elektron müraciəti əsasında onun bu Məcəllənin 122.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisi qismində qəbul edilməsi və inzibati xəta haqqında elektron qərarların onun barəsində çıxarılması üçün müvafiq imkanların olmasını təmin etməlidir. İXM-in 125.6-cı maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə daxil edilmiş, bu Məcəllənin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatlar müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə də göndərilir. İnzibati xətalar haqqında qanunverciliyin tələblərinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində göndərməli olduğu halda X5 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar barədə məlumat verilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən X6 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman xx.xx.2020-ci il tarixdə sözügedən avtomobilin onun tərəfindən idarə olunub-olunmaması araşdırılmadan inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş, eyni zamanda qəbul edilmiş həmin qərarın surəti ona rəsmi qadada verilməmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 06 dekabr 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 06 dekabr 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2012/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2012/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver