Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2012/2025 18.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Amazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26622113 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26622113 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət məhkəməyə verilməmişdir. Məhkəmə, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. X3 təkrar ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, şikayəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsində işə baxılaraq qərara xitam verilmişdir. Ona görə də, qeyd edilənləri nəzərə alaraq şikayətin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayətçi X1 təkrar ərizəsi təmin edilərək, tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26622113 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2012/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2012/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver