Məhkəmə qərarları › İş №3(001)-202/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-202/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-202/2023 26.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X6 katibliyi ilə, X2 EQ 12140250 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən EQ 12140250 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində ona məxsus “Ford Fusion” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azadlıq prospekti ilə hərəkət edərək Cəfər Xəndan küçəsinə döndükdə barəsində elektron protokol tərtib olunaraq dərhal inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qərarı qanunsuz hesab edərək xx.xx.2022-ci il tarixində “ASAN” ödəniş tətbiqi vasitəsilə qərardan inzibati orqana şikayət vermişdir. Yuxarı səlahiyyətli orqan AR İXM-in 131-ci maddəsinin tələbini (inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır) pozaraq xx.xx.2022-ci il tarixində işə baxmışdır, qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edərək bu barədə xx.xx.2023-cü il tarixində elektron poçt ünvanına ***-*******B-4222 saylı məktub ünvanlamışdır. Səlahiyyətli orqan öz məktubunda bildirmişdir ki, xx.xx.2022-ci il tarixində Siz “Ford” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Cəfər Xəndan küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 69-cu maddəsinin Vİ hissəsinin 16-cı bəndinin tələbini pozaraq İstiqamətləndirici adacığının üzərində hərəkət etməyiniz foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərək barənizdə AR İXM 327.1-ci maddəsi üzrə EQ 12140250 nömrəli Qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Araşdırma zamanı törətdiyiniz inzibati xətanın aşkar olunması və sənədləşməsində hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Lakin, hesab edir ki, barəsində tərtib olunmuş EQ 12140250 saylı xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində tərtib edilmiş EQ 12140250 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi Emil Qanbayev bildirmişdir ki, X4 “Ford Fusion” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Cəfər Xəndan küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin 6-cı hissəsinin 16-cı bəndinin istiqamətləndirici adacığın üzəri ilə hərəkət etməsi foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərək barəsində Azərbaycan Respulikası İXM-nin 327.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən, X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Portaldan çıxarışdan görünür ki, X4 İXM-nin 327.1-ci maddəsi ilə EQ 12140250 nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində cərimə edilmiş, xx.xx.2022-ci il tarixdə cərimə barəsində “sms” bildiriş göndərilməklə xəbərdarlıq edilmişdir. AC 074113 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2018-ci ildən xx.xx.2028-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində X2 “Ford” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Cəfər Xəndan küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 16-cı bəndinin tələbini pozaraq İstiqamətləndirici adacığının üzərində hərəkət etməsi foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərək barəsində AR İXM 327.1-ci maddəsi üzrə EQ 12140250 nömrəli Qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X2 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, X4 “Ford Fusion” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Cəfər Xəndan küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 69-cu maddəsinin 6-cı hissəsinin 16-cı bəndinin istiqamətləndirici adacığın üzəri ilə hərəkət etməsi foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərək barəsində Azərbaycan Respulikası İXM-nin 327.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 69-cu maddəsinin 6cı bəndinə əsasən 1.16.1—1.16.3 üfüqi nişanlanma xəttləri nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir. Həmin qanunun 69-cu maddəsinin 7-ci bəndində isə üfiqi nişanlanma xəttinin xüsusiyyətləri göstərilmiş və 69-cu maddənin 6-cı bəndində göstərilmiş üfiqi nişanlanma xəttlərindən hansında hərəkət etməyə icazə verilməsi, hansı xətti kəsib keçməyəicazə verilməsi konkret olaraq göstərilmişdir. Həmin maddədə 1.16.1—1.16.3 üfiqi nişanlama xəttlərinin üzərində hərəkətin məhdudlaşdırılmasına dair hər hansı bir tələb müəyyən edilməmişdir. Məhkəmə “Yol hərəkəti haqqında qanunun” 69-cu maddəsinin 6 və 7-ci bəndlərinin tələblərini rəhbər tutaraq qeyd edir ki, 1.16.2 nişanı nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir və həmin nişanların üzərində avtomobillərin hərəkət etməsi məhdudlaşdırılmır, yəni “Ford” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 69-cu maddəsinin 6-cı hissəsinin 16-cı bəndinin istiqamətləndirici adacığın üzəri ilə hərəkət etməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən EQ 12140250 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən EQ 12140250 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar