Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2024/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X1 Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, şikayət ərizəsi aidiyyat qaydalarına əsasən baxılmalı olduğu məhkəməyə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Normanın dizpozisiyasından da göründüyü kimi inzibati xəta haqqında işə onun törədildiyi yerdə və yaxud barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə baxıla bilər. Şikayət ərizəsində isə inzibati xətanın törədildiyi yer göstərilməmiş, həmçinin şikayətə onu verən şəxsin yaşadığı yer üzrə baxılması üçün vəsatət də əlavə edilməmişdir. Lakin, şikayət ərizəsinə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın “Novxanı-Binəqədi yolu” ərazisində törədildiyi və həmin inzibati tənbeh vermə haqqında qərarın Abşeron DYP Yol Patrul Xidmətin inspektoru polis serjantı X3 tərəfindən tərtib edildiyi göstərilmişdir. Belə olan halda inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə şikayət Abşeron Rayon Məhkəməsinə verilməli idi. Elektron Məhkəmə İnformasiya Sistemindən olan çıxarışdan isə müəyyən edilir ki, X1 yaşayış yeri ünvan 1 ünvanıdır. Yəni şikayətə X1 vəsatətinə əsasən onun yaşadığı yer üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsində də baxıla bilərdi. Göründüyü kimi hazırki şikayətin baxılması Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olmamasına baxmayaq şikayət ərizə Binəqədi Rayon Məhkəməsinə ünvanlanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət aidiyyatı üzrə baxılmalı olduğu məhkəməyə verilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2024/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2024/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver