Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2025/2024 19.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X2, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 barəsində Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 barəsində Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Elman Rüstəmov 26a küçəsi istiqamətində hərəkətdə olan zaman X9 əməkdaşı tərəfindən saxlanılmışdır. Ona Azərbaycan Respublikası İXM-nin 327.1.1, 327.1.3 və 327.1.11 maddəlləri ilə inzibati protokol tərtib olunduğu qeyd edilsə də, həmin zaman ona protokol təqdim edilməmişdir. Sonradan isə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokola əsasında xx.xx.2024-cü il tarixli qərarla 80 manat miqdarında cərimə edilmişdir. Protokolda hadisənin xx.xx.2024-cü il tarixdə olduğu qeyd edilsə də, həmin tarixdə və saatda o, ümumiyyətlə Bakı şəhəri, Binəqədi rayonu, Elman Rüstəmov 26a küçəsində olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolda onun xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu, Elman Rüstəmov 26a küçəsində İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilsə də, o həmin tarixdə ümumiyyətlə göstərilən ərazidə olmamışdır. Odur ki, məhkəmədən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, o, inzibati xəta haqqında protokolu tərtib etmiş inspektorla əlaqə saxlamış, həmin inspektor ümumiyyətlə xx.xx.2024-cü il tarixdə xidmətdə olmamışdır. Həmin protokolda inzibati xətanın törədilmə tarixinin xx.xx.2024-cü il kimi göstərilməsinin səbəbləri ona aydın deyildir. Qeyd olunan inzibati xətanın X4 tərəfindən xx.xx.2024-cü il tarixdə törədilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X4 idarə etdiyi 77BR374 dövlət qeydiyyat nişanlı, “Chevrolet Malibu minik” markalı nəqliyyat vasitəsi ilə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X4 barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalara dair qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Hazırki iş üzrə isə xx.xx.2024-cü il tarixdə nə X3 inzibati xətanın törədildiyi yerdə olması öz təsdiqini tapmamış, həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxsin də ümumiyyətlə həmin tarixdə xidmətdə olmadığı müəyyən edilmişdir. Bununla yanaşı səlahiyyətli orqanın nümayəndəsi qeyd olunan inzibati xətanın sözügedən tarixdə X4 tərəfindən törədilməsini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xx.xx.2024-cü il tarixdə X4 tərəfindən törədilməsi göstərilsə də, məhkəmə araşdırması zamanı həmin hallar öz təsdiqini tapmamış, qeyd olunan inzibati xətanın sonuncu tərəfindən törədilməsi tərəflərin izahatına əsasən təkzib olunmuşdur. Belə olan halda X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Odur ki, X3 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Bakı Şəhəri Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata X3 təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Bakı Şəhəri Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXMnin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2025/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2025/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver