Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2025/2025 23.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Naziriyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi “Kaspian” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində İXM-in 215.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. İnzibati xəta haqqında həmin protokola əsasən, 11 mart 2025-ci il tarixdə saat 14:00 da keçirilmiş planlı yoxlama zamanı ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus tibb müəssisəsində çalışan tibb işçilərinin sertifikasiyadan keçməmələri müəyyən edilmişdir. Nəticədə, Şəxs tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Proses iştirakçılarının ifadələri:
3. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şəxs icraçı direktoru Nümayəndə3 çıxış edərək bildirmişdir ki, Nefes klinikası fəaliyyətə başladığı vaxtdan ilk dəfə idi ki, lisenziyalaşma ilə bağlı yoxlamaya aparılırdı. Belə ki, klinikada bütün yoxlama prosesləri keçirildi, otaqlara, sənədlərə baxış keçirildi. Klinikada çalışan bütün psixatr həkimlərin sertifikasiya sənədləri qaydasında idi. Sadəcə olaraq, 3 nəfər psixatr həkimə irad bildirdilər. Onlardan birinin rezidentura müddəti 2019-cu ildə bitmişdir. Qanuna görə rezidenturanı bitirəndən 5 il sonra sertifikasiya imtahanında iştirak edə bilər. Həmin 5 il ərzində isə şəxs bir dəfə də olsun 2 həftəlik təkmilləşmə kursundan keçməlidir. Klinikanın həkimi Orxan İsgəndərli isə diplomunu 2021-ci il tarixdə almışdır. Belə olan halda həmin şəxsin 2026-ci ilə qədər sertifaksiya imtahanından keçməsinə görə gərək yoxdur. Lakin buna baxmayaraq, Orxan İsgəndərli barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Orxan İsgəndərlinin diplomu gec almasının səbəbi isə həmin vaxtın pandemiya dövrünə düşməsi olmuşdur. Digər həkim İkram Rüstəmov isə uzun illərdir ki, Tibb Universtetində çalışır, tibb üzrə fəlsəfə doktorudur və o heç vaxt sertifikasiyaya cəlb olunmamışdır. X13 isə Azərbaycan Tibb Universtetini bitirmiş, internatura təhsili almışdır. Daha sonra Türkiyə Respublikasında psixatriya üzrə uzmanlıq təhsili almışdır. 2016-ci ildən sonra X5yıtmış və diplomunu təsdiq etdirərək, 5 il çalışmışdır. 5 il sonra sertifikasiyadan keçmək üçün təkmilləşdirmə kursunda olmalıdır. X7 rəhbəri Teymur Qafarovdan ölkə üzrə 300 nəfər həkim psixatrdan 58 nəfəri ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etmişdir ki, onun barəsində tədbir görülsün. Teymur Qafarov ölkənin baş psixatrı olsa da, onu nə pandemiya dövründə nə də müharibə dövründə fəaliyyətini görməmişik. X10 gələn uzman psixatr həkimlərə qarşı çox aqressivdir və kursdan keçməyə mane olur. Əmrah Abdullayev kursa getsə də ona qarşı nalayiq ifadələr işlətmiş, aşağılamışdır. Ona görə də X11 Nazirliyinə məktubla müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edirik.
4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs nümayəndəsi “Kaspian” Vəkil Bürosunun vəkili X2 da eyni məzmunlu izahat verərək bildirmişdir ki, aktda adı qeyd olunan həkim Orxan İsgəndərli 2017-2019-cu illərdə Tibb Universtetində psixatriya üzrə rezidentura təhsili alsa da diplomunu pandemiya ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə almışdır. Lakin buna baxmayaraq, Orxan İsgəndərli barəsində akt tərtib edilmişdir. Biz hesab edirik ki, bu aktı tərtib etməklə qanunun tələbləri pozulmuşdur. Belə ki, X4 haqqında qanunda dəyişiklik yoxdur, birbaşa sənədin təsdiq olunması vaxtından hesablanır 5 il müddət. Bu birbaşa 49-1-ci maddədə qeyd olunmuşdur. Bundan başqa, Nazirlər Kabinetinin qaydaları da var. Lakin qarşı tərəf bu əsaslandırmalara əhəmiyyət vermədən onun da adını sertifikasiyadan keçməyən həkimlər içərisində göstərmişdir. X12 münasibətdə qeyd edilənlərin doğruluğunu təsdiq etmək üçün dəfələrlə edilən müraciətlərin bir nüsxəsini məhkəməyə təqdim etmişik. Digər həkim İkram Rüstəmov isə uzun illərdir ki, Tibb Universtetində çalışır, tibb üzrə fəlsəfə doktorudur və o heç vaxt sertifikasiyaya cəlb olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edirik.
5. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Naziriyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, X13in sertifikasiyadan keçməsinə olan maneçiliklərlə bağlı aidiyyat üzrə şikayət ərizələri verilməsi zəruridir. Lakin bu əsasla sertifikasiyadan keçməyən həkimin işdə saxlanılması ilə də klinika birbaşa məsuliyyət daşıyır. X15 münasibətdə hesab edirik ki, mübahisə yoxdur. Qarşı tərəf də onun sertifikasiyadan keçmədiyini təsdiqləyir. Lakin həkim Orxan İsgəndərliyə münasibətdə qarşı tərəfin bildirdiyi arqumentlə biz də razılaşırıq. Sertifikasiyadan keçmə tarixi həkimin diplomu əldə etdiyi vaxtdan 5 il müddətin sonuna hesablanmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən tərtib edilmiş protokolun qüvvədə saxlanmasını xahiş edirik. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
6. xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-197/2025 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X8” Publik hüquqi şəxsi tərəfindən Şəxs ünvan 1 ünvanında planlı yoxlama aparılması qərara alınmışdır.
7. xx.xx.2025-ci il tarixli, T-086 nömrəli planlı aktdan görünür ki, keçirilmiş planlı yoxlama nəticəsində ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus tibb müəssisəsində çalışan 3 həkimin sertifikasiyadan keçməmələri müəyyən edilmişdir
8. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus tibb müəssisəsində çalışan 3 həkim sertifikasiyadan keçməmiş nəticədə, Şəxs tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmçinin həmin protokolun izahat hissəsində Şəxsn qanuni təmsilçisi X9 protokolda qeyd edilən nöqsanlarla razı olduğunu və qısa müddət ərzində aradan qaldırılmasına səy göstərəcəyini bildirmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
9. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 215.4-cü maddəsi ilə tövsif edilmişdir.
10. Belə ki, “X4 haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
11. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır.
12. Həmin Qanunun 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
13. İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
14. Yuxarıda sadalanan iş materialları ilə Şəxsnə məxsus tibb müəssisəsində çalışan iki həkim-psixiatra (Əmrah Abdullayev və İkram Rüstəmov) münasibətdə onların sertifikasiyadan keçmədən fəaliyyətə buraxılması faktı öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir.
15. Digər həkim-psixiatr Orxan İsgəndərova münasibətdə isə məhkəmə bildirmək istəyir ki, o, ali təhsil haqqında diplomunu 2021-ci ildə əldə etdiyindən sertifikasiyaya cəlb olunmamalıdır. Belə ki, “X4 haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər.
16. Beləliklə məhkəmə göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir.
17. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
18. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
19. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
20. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
21. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.
22. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
23. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
24. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 215.4-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir.
25. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 6000 (altı min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova