Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2026/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhəri X8 İdarəsi Yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X5 protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri X8 İdarəsi Yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X5 protokolun və həmin protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati cərimənin üzərindən götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, özünə məxsus “CHANGAN UNİ-K” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü ildə saat 10:57-də azyaşlı uşağını həkim müayinəsinə aparmışdır. “Medera Hospital”ın önündə uşaq avtomobilin arxa oturacağında əyləşmişdir. Avtomobil ilə 100 metr hərəkət etdikdən sonra maşından düşüb yol kənarından çörək almış və qabaq sərnişin oturacağına qoymuşdur. 200 metr hərəkət etdikdən sonra Səttar Bəhlulzadə küçəsində yol patrul xidməti əməkdaşı ona saxla işarəsi vermiş, avtomobili dayandırmışdır. İnspektor ona azyaşlı uşağı niyə ön oturacaqda əyləşdirməsi barədə sual vermiş, inspektora belə bir halın baş verməsinin mümkün olmadığını, uşağın arxa oturacaqda əyləşdiyini bildirmişdir. Lakin inspektor onunla razılaşmamış, xidməti avtomobilində quraşdırılmış kameranın qeydə aldığı görüntüdə uşağın qabaq oturacaqda əyləşdiyinin göründüyünü bildirmişdir.Həmin görüntülərə o, da baxmışdır. Görüntülərdə uşağın qabaqda əyləşdiyi görünmür, iki oturacaq arasından irəliyə doğru uşağın baş hissəsi görünür ki, bu da uşağın önə tərəf əyilərək çörək götürməsi ilə əlaqədar olmuşdur. Bunu inspektora izah etməyə çalışsa da, inspektor qərarsız protokol tərtib etmişdir. Bundan sonra o, Bakı şəhəri X8 İdarəsinə yaxınlaşmış, obyektiv həqiqətin müəyyən edilməsi üçün Təhlükəsiz Şəhər kameralarının görüntülərinə baxılmasını tələb etmişdir. Həmin görüntülərə baxıldıqda uşağın qabaq oturacaqda əyləşmədiyi təsdiqini tapmışdır. Bununla belə Bakı şəhəri X8 İdarəsinin Yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X5 protokol üzrə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və o, 80 manat cərimə edilmişdir. Halbuki o, hər hansı yol hərəkəti qaydasını pozmamış, eləcə də heç bir inzibati xəta törətməmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən A.M.Abdullayev verilmiş suallara cavab olaraq bildirmişdir ki, Yol patrul xidməti inspektoru X4 tərəfindən onun barəsində həmdə Azərbaycan Respublikası İXM-in 332.1-ci maddəsi ilə, yəni nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi ilə bağlı protokol tərtib edilsə də, əlavə araşdırma zamanı bu öz təqdiqini tapmamış, avtomobili müvafiq etibarnamə əsasında idarə etməsi müəyyən edildiyindən bununla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış Bakı şəhəri X8 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, yol patrul xidməti avtomobilində quraşdırılmış kameranın X5 işlə bağlı qeydə aldığı görüntülər məhkəməyə təqdim etmişdir. Məhkəmə işə Bakı şəhəri X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli X5 Protokoldan görünür ki, Bakı şəhəri X8 İdarəsi Yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən “CHANGAN UNİ-K” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci və 332.1-ci maddələri ilə protokol tərtib edilmişdir ondan ötrü ki, A.M.Abdullayev xx.xx.2024-cü ildə Səttar Bəhlulzadə küçəsində həmin avtomobili idarə edərkən sərnişin daşıma qaydalarını pozmuş, habelə nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “CHANGAN UNİ-K” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bililib 80 (səksən) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə Səttar Bəhlulzadə küçəsində “CHANGAN UNİ-K” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərnişin daşıma qaydalarını pozmuşdur. Bakı şəhəri X8 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş - yol patrul xidməti avtomobilində quraşdırılmış kameranın X5 işlə bağlı qeydə aldığı görüntülərdən (7 ədəd fotoşəkildən) görünür ki, “CHANGAN UNİ-K” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil Səttar Bəhlulzadə küçəsi ilə (“Kontakt Home” mağazasının qarşısı) düzünə hərəkət edir, yol patrul xidməti avtomobili isə həmin küçənin kəsişməsində svetoforun qadadanedici işarəsində birinci yolda dayanmışdır. Yol patrul xidməti avtomobilinin dayandığı rakursdan baxdıqda (fotoşəkillər həmin görmə bucağından çəkilmişdir) “CHANGAN UNİ-K” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön iki oturacağının arasından önə doğru yönəlmiş azyaşlı uşağın baş hissəsi görünür. Təqdim edilmiş fotoşəkilləri ümumi şəkildə nəzərdən keçirdikdə azyaşlı uşağın sözügedən avtomobilin ön sərnişin oturacağında əyləşdiyini əminliklə söyləmək mümkün deyil, bu daha çox arxa oturacaqda əyləşmiş azyaşlı uşağın ön sərnişin oturacağına doğru yönələrək oturacağın üzərinə qoyulmuş nəyi isə götürməyə çalışdığına bənzəyir. Bununla bağlı şikayət verən A.Abdullayev bildirir ki, arxa oturacaqda əyləşmiş azyaşlı uşağı həmin zaman ön sərnişin oturacağına doğru yönələrək oturacağın üzərinə qoyduğu çörəkdən götürmək istəmişdir ki, məhkəmənin qənaətinə görə bu da inandırıcıdır, uşağın baxışlarının, başın istiqamətinin məhz ön sərnişin oturacağına doğru yönəldiyilə təsdiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinin 35-ci bəndinə görə sərnişin - nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir. 56-cı maddəsinin 9-cu bəndinin 2-ci hissəsinə görə 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq qadağandır. Göründüyü kimi 12 yaşınadək uşaqları nəqliyyat vasitələrinin qabaq oturacağında daşımaq qanunla qadağan edilsə də, “CHANGAN UNİ-K” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü A.M.Abdullayev tərəfindən xx.xx.2024-cü ildə həmin qayda pozuntusuna yol verildiyi bir mənalı şəkildə müəyyən edilmir. Başqa sözlə, yol patrul xidməti avtomobilində quraşdırılmış kameranın X5 işlə bağlı qeydə aldığı məhkəməyə təqdim edilmiş görüntülər əsasında “CHANGAN UNİ-K” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 xx.xx.2024-cü ildə Səttar Bəhlulzadə küçəsində həmin avtomobili idarə edərkən sərnişin daşıma qaydalarını pozmasını əminliklə iddia etmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X5 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri X5 iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X5 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə X5 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X5 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri X8 İdarəsi Yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X5 protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək X5 iş yenidən baxılmaq üçün Bakı şəhəri Yasamal rayon X8 Şöbəsinə göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işə yenidən baxılarkən ərazidəki Təhlükəsiz Şəhər kameralarının qeydə aldığı görüntülərdən istifadə edilməsi işin halların hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmasına xidmət edə bilər. Şikayətin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X5 protokolun ləğv edilməsi və inzibati cərimənin götürülməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərildiyindən X5 protokolun məhkəmə tərəfindən ləğv edilməsi mümkün deyil, inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyindən isə inzibati cərimə artıq qüvvəsini itirmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri X8 İdarəsi Yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X5 protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin, X5 iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri X8 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2026/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2026/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver