Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2029/2023 05.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun çıxış edib, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2019cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Halbuki o, “VAZ 21061 minik” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü ildə vətəndaş X3 baş etibarnamə əsasında satmışdır. Həmin vaxtdan sözügedən avtomobili idarə etmir, avtomobilin istfadəçisi və faktiki sahibi Ruslan Şükürlüdür. Ona baş etibarnamə verməsinə baxmayaraq nəqliyyat vasitəsini öz adına qeydiyyata aldırmamış, etibarnamənin müddəti xx.xx.2015-ci ildə bitmişdir. Buna baxmayaraq avtomobil X2 istifadəsində və faktiki sahibliyində qalmışdır. Ruslan Şükürlünün 2016-2022-ci illərdə sözügedən avtomobil ilə yol hərəkəti qaydalarının pozulması ilə bağlı törətdiyi xətalara görə inzibati tənbeh vermə haqqında qərarlar etibarnamənin müddəti bitdiyi üçün birbaşa onun adına tərtib olunmuşdur. Bu yaxınlarda vaxtı bitmiş sürücülük vəsiqəsini dəyişmək üçün “ASAN Xidmət” Mərkəzinə müraciət edən zaman ona həmin hallar məlum olmuşdur. “VAZ 21061 minik” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü ildən idarə etməmiş və həmin vaxtdan avtomobil vətəndaş X2 istifadəsində olmuşdur. Faktiki sahibliyində olduğu halda Ruslanın yol hərəkəti qaydalarının pozulması ilə bağlı törətdiyi xətalara görə ona cərimə yazılması qanuni və əsaslı deyil. Ona görə də, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 həmin tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Bakı şəhəri 11 saylı notariat kontorunda xx.xx.2014-cü ildə təsdiq edilmiş reyestrdə 7E-11197 nömrə ilə qeyd edilmiş Etibarnamənin surətindən görünür ki, X5 AA165785 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, satmağı, bağışlamağı, ipoteka qoymağı və s. X3 etibar etmişdir. Etibarnamə bir il müddətinə verilmiş, xx.xx.2015-ci ilədək qüvvədə olmuşdur. Baş X9i İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan (məktub X4 ünvanlanmışdır) görünür ki, “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərarlar qəbul edilmişdir. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, X5 “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü ildə satmaqla vətəndaş X3 həmin avtomobildən istifadə hüququnun verilməsi barədə bir il qüvvəsi olan etibarnamə vermiş, etibarnamənin qüvvədə olduğu müddətdə Ruslan Şükürlü avtomobilə mülkiyyət hüququ əldə etməmiş, səlahiyyəti bitməsinə baxmayaraq avtomobili idarə edərək yol hərəkəti qaydalarının pozulması ilə bağlı törətdiyi müxtəlif inzibati xətalara görə inzibati tənbeh vermə haqqında qərarlar sözügedən nəqliyyat vasitəsini idarə etməyən X1 adına tərtib edilmişdir. Belə olan halda aydın olur ki, “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyən X1 yol hərəkəti qaydalarını pozub inzibati xəta törətməsi də mümkünsüzdür. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X8 Nazirliyi Baş X9i İdarəsi tərəfindən X5 barəsində inzibati təbehvermə haqqında qərar qəbul edilən zaman xx.xx.2019-cu il tarixdə sözügedən avtomobilin onun tərəfindən idarə olunub-olunmaması araşdırılmadan inzibati tənbevermə haqqında qərar onun barəsində qəbul edilmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə, sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Çünki, səlahiyyətli orqan mövcud halda inzibati xətanın törədildiyi vaxtda “VAZ 21061 minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi müəyyən etməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə onun barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. İş üzrə icraata xitam verilməsi isə sonrakı icraatı mümkünsüz etdiyindən həmin hissədə şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2029/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2029/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver