Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-203/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40cı PB-nin polis sahə inspektoru, polis leytenantı X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 590.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən Şəxs barəsində İXM-in 590.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis leytenantı X2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları Binəqədi rayonu, Xocəsən yolunda xidmətdə olan Xocəsən gölünün ətrafında mühafizə olunan ərazidə bir nəfər şəxsin ov tüfəngi ilə atəş açdığını görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb həmin ərazidə ov etməyin qadağan olduğunu deyib, silahın sənədlərini istəmişlər. Həmin şəxs silahın sənədinin üzərində olmadığını bildirdiyi üçün polis bölməsinə dəvət olunmuş, bölmədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Şəxs özünə məxsus olan ov silahını könüllü olaraq təhvil vermiş və həmin silah saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına verilmişdir. Şəxs hərəkətlərində İXM-in 590.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 3043 nömrəli şahadətnamənin surətindən görünür ki, 12 kalibrli, “Kralarms” markalı, 20-K-06109 nömrəli yivsiz lüləli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs özünə məxsus olan 12 kalibrli, “Kral-arms” markalı, 20-K-06109 nömrəli yivsiz lüləli ov silahını Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşlarına könüllü olaraq təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən gülünün yaxınlığında tüfəngdən havaya iki dəfə atəş açmaqla döyüş sursatının saxlanılması, daşınması qaydalarını pozaraq İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli 3-13-465/2-539 nömrəli məktubdan görünür ki, Şəxs məxsus olan 12 kalibrli, “Kral-arms” markalı, 20-K-06109 nömrəli yivsiz lüləli ov silahı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən İXM-in 590.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinin X hissəsinə əsasən vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatı üzrə istifadə etməyə hüquq verir; 15-ci maddəsinə əsasən silah onun mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən şəraitdə saxlanılmalıdır. Odlu silahın və döyüş sursatının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; 21-ci maddəsinə əsasən silahın və ya döyüş sursatının başqa şəxsin ələ keçirməsini və yaxud onlardan istifadə etməsini istisna edən şəraitdə saxlanılmasını təmin etmək mülki silah sahibinin vəzifəsidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın: 3.2-ci bəndinə əsasən vətəndaşlar silahları və onların döyüş sursatlarını onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçirilməsini istisna edən şəraitdə saxlamalıdır. Odlu silahın və onun döyüş sursatının DİN-in xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; 3.13-cü bəndinə əsasən vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar; 4.4-cü bəndinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. İXM-in 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs sahibliyinə və istifadəsinə verilmiş silahın saxlanılması və daşınması qaydalarını pozmuşdur. Belə ki, Şəxs ovla məşğul olmadığı halda (buna müvafiq icazə olmadığından) xüsusi mühafizə olunan təbiət ərazisində mülki silahın saxlanılması və daşınması qaydalarını pozmuşdur. Nəzərə alınmalıdır ki, İXM-in 590.1-ci maddəsinin sanksiyasında həmçinin, silah və döyüş sursatının müsadirə edilməsi və ya edilməməsi nəzərdə tutulmuşdur. Şəxs məxsus silahın müsadirə edilib-edilməməsi məsələsinə məhkəmə münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, onun tərəfindən törədilmiş inzibati xəta öz ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Yəni, Şəxs tərəfindən ona məxsus silahın saxlanılma və daşınması qaydalarının pozulması daha ağır nəticələrə səbəb ola bilərdi. Eyni zamanda Şəxs inzibati xətanı xüsusi mühafizə olunan təbiət ərazisində, yəni dövlət təbiət yasaqlığında törətmişdir ki, həmin ərazi də xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır (“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələri). Həmçinin, ona tətbiq ediləcək tənbeh tədbiri həm də inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşımalıdır (İXM-in 21-ci maddəsi). Bundan başqa məhkəmə, inzibati xəta törədən şəxs Şəxs şəxsiyyətini də nəzərə alır. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericilik də odlu silahın və ya döyüş sursatının saxlanılması qaydalarının pozulmasına görə inzibati tənbeh tədbiri tətbiq edilmiş vətəndaş tərəfindən silahın əldə edilməsini qadağan etmişdir (“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İV hissəsinin 4-cü bəndi) Bütün göstərilən xüsusatları nəzərə alaraq məhkəmə qeyd edir ki, Şəxs məxsus silah müsadirə edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda sadalananla yanaşı, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin Şəxs məxsus olan, Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan, 12 kalibrli, “Kral-arms” markalı, 20-K-06109 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məxsus olan, Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan, 12 kalibrli, “Kral-arms” markalı, 20-K-06109 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-203/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-203/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver