Məhkəmə qərarları › İş №3(001)-2031/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2031/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2031/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, X1 barəsində tərtib olunan 29.04.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 barəsində tərtib olunan 29.04.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydaları qeyd olunmuşdur. Həmin fəsildə inzibati xəta haqqında protokoldan şikayətlərə baxılması nəzərdə tutulmamışdır. Bundan başqa X2 barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərarı iş materiallarına əlavə etməmişdir, belə olan halda məhkəmə işi icraata qəbul edən vaxt qərarın qüvvədə olub-olmamasını müəyyən edə bilmir. İXM-nin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunan 29.04.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayətin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 barəsində tərtib olunan 29.04.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra Binqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar