Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2040/2024 14.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X5, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, sürücü işləyən, Abşeron rayonu, Saray qəsəbəsi, təzə məhəllə ünvanında qeydiyyatda olmaqla, yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X7 izahat verərək bildirmişdir ki, X1 RPİ-nin 40-cı PB-yə ərizə ilə müraciət edərək, Şəxs icarəyə götürdüyü avtomobilin cəriməsini ödəməsi üçün sonuncuya mobil tətbiq vasitəsilə 440 manat pul köçürdüyünü, lakin Şəxs onu aldadaraq pulu ələ keçirdiyini bildirmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 40-cı PB-də araşdırılma aparılmış və araşdırma nəticəsində xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. X2 440 manat pulunu dələduzluq yolu ilə keçirmiş Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti ona təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə X2 etibarından sui-istifadə edərək 440 manat pulunu ələ keçirməkdə şübhəli bilinən Şəxs saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-yə gətirilmiş, bölmədə izahatı alınmışdır. Onun tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxsn barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, X3 “Toyota Prius” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 30 manata icarəyə vermişdir. Namiq Qasımov həmin avtomobillə bir neçə dəfə yol-hərəkəti qaydalarını pozduğuna görə cərimə olunmuşdur. O, bu barədə Namiq Qaısmova bildirdikdən sonra sonuncu həmin cərimələrin ödənilməsi üçün onun bank kartına pul köçürmüşdür. Lakin o, həmin pulla cərimələri ödəməmiş, həmin pulu avtomobilin icarə haqqı kimi qəbul etmişdir. Buna görə Namiq Qasımov ondan polisə şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxs X6 ilə barışıq əldə etmiş və dəymiş zərəri ödəmişdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Şəxs “Toyota Prius” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 30 manata icarəyə götürmüşdür. O, həmin avtomobili idarə edərkən yol-hərəkət qaydalarını pozduğuna görə cərimə olunmuş və həmin cərimələri ödəməsi üçün Şəxs məxsus bank kartına 440 manat pul köçürmüş, lakin sonuncu cərimələri ödəmədiyi üçün barəsində DİN-in 102 xidmətinə və Binəqədi RPİ-nin 40-cı PB-yə şikayət etmişdir. Hazırda ona qarşı dələduzluq etmiş şəxs Şəxs ilə barışmış və ona dəymiş zərər ödənilmişdir. Ona görə də, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 40-cı PB-yə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı X3 məxsus pulu dələduzluq yolu ilə ələ keçirilməsi nəticəsində ona ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş və sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs dələduzluq yolu ilə X3 440 (dörd yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla sonuncunun pulunu talaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı ilə yanaşı, məhkəmə iclasında toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Lakin inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, Şəxs tərəfindən dələduzluq yolu ilə X3 vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onlar arasında barışıq əldə olunmuşdur. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 227-ci maddində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə Şəxs dələduzluq yolu ilə X3 vurduğu maddi ziyanı tamamilə ödəməsini və aralarında barışıq olmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 61, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİnin 40-cı PB tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2040/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2040/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver