Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2041/2024 14.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, yeni yaşayış massivində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-i Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Məmmədov X1 Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək onun direktor müavini olduğu 41 saylı X2 məxsus “İsuzu” markalı 99DG150 dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq çənində olan yanacağı oğurlayaraq yanacaq çəninə su doldurmuş və nəticədə avtomobil nasaz vəziyyətə düşmüşdür. Zərərçəkmiş şəxs qeyd olunan müraciəti əsasında təhqiqat araşdırması aparılmış, araşdırma nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində AR İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. “İsuzu” markalı 99DG150 dövlət qeydiyyat nişanlı avtobus da həmin cəmiyyətə məxsusdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun direktoru olduğu cəmiyyətdə sürücü işləyir. 11 mart 2024-cü il tarixdə Şəxs qarajdan sözügedən nəqliyyat vasitəsini götürmüş və xətt üzrə sərnişin daşımağa başlamışdır. Axşam saatlarında isə xətt üzrə olan sakit, insanların çox az olduğu bir yerdə, daha dəqiq “Zəngəzur kafesi” adlanan yerin yaxınlığında nəqliyyat vasitəsindən dizel yanacağını çəkərək oğurlamış və izi itirmək üçün yerinə su doldurmuşdur. Niyyəti həmin vəziyyətdə avtobusu gətirib qaraja qoymaq olmuşdur ki, növbəti gün avtobus başqa bir sürücünün əlində yararsız vəziyyətə düşsün. Lakin avtobusun mühərriki işə düşməmiş, bundan sonra avtobusu orada qoyaraq çıxıb getmişdir. Yanacaq çəninə su tökülməsi nəticəsində avtobusun xeyli ehtiyyat hissəsi yararsız vəziyyətə düşmüş, ona 2000 manatdan çox ziyan dəymişdir. Dizel yanacağının qiyməti ilə bağlı isə bildirmişdir ki, nəqliyyat vasitəsi Şəxs tam dizel yanacağı ilə dolu halda verilmiş, o bir gün nəqliyyat vasitəsini idarə etmişdir. Nəqliyyat vasitəsi bir günlük idarə etdikdən sonra nəqliyyat vasitəsində olan dizel yanacağını gizli olaraq oğurlamışdır. Nəqliyyat vasitəsində olan dizel yanacağının qiyməti 70 manat həcmindədir və Şəxs 70 manat həcmində dizel yanacağı oğurlmaışdır. Ümumiyyətlə, Şəxs düzgün biri deyildir. 3 ay əvvəldə bir gün işə çıxmış və 100 manatlıq inzibati cərimə etmişdir. Həmin cərimə nəqliyyat vasitəsinə yazıldığından o məcbur qalaraq cəriməni ödəmiş, Şəxs isə 3 ay sonra gətirib həmin məbləği ona qaytarmışdır. O, humanistlik edərək yenidən Şəxs işləməyə icazə vermiş, lakin sonuncu qeyd olunan hərəkəti etmiş, ona maddi zərər vurmuşdur. Göstərilənlərə əsasən məhkəmədən ən ağır şəkildə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq Şəxs ilə əmək müqaviləsi bağlanılmadığını, sonuncunun sınaq müddəti ilə işə qəbul edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 11 mart 2024-cü il tarixdə səhər təxminən 06:00 radələrində “İsuzu” markalı 99DG150 dövlət qeydiyyat nişanlı avtobusu qarajdan götürmüş, işə çıxmış axşam avtobus xarab olmuşdur. Avtobusun yanında gözləmiş, onun arxasınca xətt üzrə hərəkət edən digər avtobus sürücüsünü gözləmiş, “Nəbi” adlı sürücü yoldaşı gəlmiş, Nəbidən ustalara zəng etməyi xahiş etmiş və ustalara avtobusda olan problemi bildirmiş və avtobusun yerini söyləmişdir. Nəbi adlanan sürücünün idarə etdiyi xətt üzrə hərəkət edən digər avtobusa minərək getmiş, bir ədəd dönər yemiş, daha sonra avtobusun xarab olduğu yerə təkrar qayıtmış, lakin ustaların hələ də gəlmədiyini görmüş, çıxıb evinə getmişdir. Onun tək səhvi avtobusu orada qoyub getmək olmuş, nə çəndən yanacaq oğurlamamış, nə də yanacaq çəninə su tökməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 41 saylı X2 məxsus “İsuzu” markalı 99DG150 dövlət qeydiyyat nişanlı avtobusun yanacaq çənindən yanacaq oğurluğu Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, AZA 019099 nömrəli “İnzibati qayda tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokol və həmin protokol əlavə edilmiş sənədləri 342/24 nömrəli rədd materialı ilə əlaqə şəkildə araşdıraraq belə nəticə gəlir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqat araşdırması zamanı tam təsdiq edilərək sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İXM-in 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı İXM-in 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olünmasını, nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona ictimai işlər növündə tənbeh tədbiri təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla barəsində 180 (yüz səksən) saat müddətində ictimai işlər tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad olunsun. Qərarın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2041/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2041/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver