Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2043/2021 08.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil oğlunun, protokolu tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru X5 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi tərəfindən 08.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Zərər çəkmiş hüquqi şəxsə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin məhkəməyə gəlməmişlər və işə baxılmanın təxirə salınması barədə vəsatətlə məhkəməyə müraciət etməmişlər. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında və yazılı izahatında bildirmişdir ki, inzibati protokol üzrə inzibati xətanı törətmişdir. Ruslan Mirzəxanovla əvvəlcədən tanışlığı olmuş və mağazaya oğurluq etmək məqsədilə girmişlər. Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən Araz marketdən Ruslan Mirzəxanovla birlikdə Ruslan 2 ədəd 2 litrlik Xırdalan pivəsini və 1 ədəd ayranı, o isə 2 ədəd Tekilanı gizli şəkildə üst geyimlərinin içərisinə qoyaraq oğurlamışlar. Məhkəmədən səmimi peşmançılığını və əməlini etiraf etməsini nəzərə almaqla barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil oğlu məhkəməyə verdiyi izahatında bildirmişdir ki, məhkəmədən Şəxs səmimi peşmançılığını və əməlini etiraf etməsini nəzərə almaqla onun barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Protokolu tərtib etmiş şəxs X9 məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, Şəxs özünü şübhəli apardığından onu tutmuş və Polis Bölməsinə gətirmiş, protokolda qeyd olunan oğurluq faktını sonuncu etiraf etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xətanın deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkib əlamətləri müşahidə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06.05.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35 ünvanında yaşayan X1 RPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Araz MMC-nin Təhlükəsizlik xidmətinin rəisi vəzifəsində işləyir və 05 may 2021-ci il tarixdə, saat 21:30-da marketə müştəri qismində daxil olmuş 2 nəfər şəxs marketdən 2 ədəd Xırdalan pivəsini, 2 ədəd Tekilanı və 1 ədəd ayranı gizli şəkildə talayıb oğurlamışlar. Araşdırma zamanı X8 vermiş olduğu izahatında göstərmişdir ki, 05 may 2021-ci il tarixdə Araz MMC-də mühafizəçi işləyən X3 ona zəng edərək marketdən 2 nəfər şəxsin oğurluq etdikləri barədə məlumat vermişdir. Mühafizəçi tərəfindən bu fakt aşkar edilmiş və həmin şəxslərin oğurluq etməsi müəyyən edilmişdir. Oğurluq etmiş şəxslərin X7 və Şəxs olduğu müəyyən edilmişdir. Bir ədəd 2 litrlik Xırdalan pivəsinin qiyməti 4.6 manat olmaqla ikisinin oğurlanmasına görə 9.2 manat, bir ədəd Tekilanın qiyməti 62.7 manat olmaqla ikisinin oğurlanmasına görə 128.4 manat, 1 ədəd ayranın oğurlanmasına görə isə 1 manat olmaqla, ümumilikdə marketə 135.6 manat maddi ziyan dəymişdir. Həmin faktla əlaqədar hadisə yerinə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Daha sonra X4 müraciəti əsasında araşdırılma aparılmış, araşdırma nəticəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda naməlum şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib hissəsi yarandığından onun müəyyən olunaraq Şəxs barəsində inzibati tədbirin görülməsi tövsiyyə olunmuşdur. X2 izahatından görünür ki, Binəqədi rayonu C.Xəndan küçəsində yerləşən “Araz” marketdən Şəxsla birlikdə o, 2 ədəd 2 litrlik Xırdalan pivəsini və 1 ədəd ayranı, Şamil isə 2 ədəd Tekilanı gizli şəkildə üst geyimlərinin içərisinə qoyaraq oğurlamışlar. 08.05.2021-ci il tarixli MN ******* saylı inzibati xətalar haqqında protokoldan görünür ki, Şəxs 05.05.2021-ci il tarixdə Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən Araz marketdən oğurluq etmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə görə CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və müvafiq materiallar aşkar edilmiş faktda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün prokurorluq orqanına göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və müvafiq materiallar faktda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2043/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2043/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver