Məhkəmə qərarları › İş №3(001)-2044/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2044/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2044/2021 27.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X5 müdafiəçisi X6, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, X5 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X11 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 müdafiəçisi X10 bildirmişdir ki, 25 fevral 2021-ci il tarixdə axşam saatlarında “Kənd Qəbələ” restoranına X2 Bakı Regional Bölməsinin əməkdaşları heç bir qanun pozuntusu olmadan, restoranın kabinetlərinə baxış keçirdərək, heç bir söz demədən, özlərini təqdim etmədən, yoxlamanın hansı səbəbdən olduğunu bildirmədən və əsassız olaraq cərimə yazmalı olduqlarını bildirmişlər və daha sonra isə inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin vaxt yalnız müqavilə əsasında fəaliyyət göstərən işçilər olmuşlar.. E.Y.Həşimov restorana daxil olduğu zaman X4 Bakı Regional Bölməsinin əməkdaşlarının zalda oturduqlarını görmüş və yaxınlaşaraq nə məsələ olduğunu soruşduqda ona heç bir söz demədən, hüquqlarını izah etmədən cərimə olunduğu bildirilmişdir.Obyektdə heç bir karantin qaydası pozulmamışdır. Masalar arası məsafə isə qaydalarda nəzərdə tutulduğu kimi olmuşdur. İşin hallarından göründüyü kimi cərimə hər hansı qanun pozuntusuna görə deyil, plan doldurmaq məqsədi ilə yazılmışdır. Bundan əlavə X4 Bakı Regional Bölməsinin əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərini pozaraq protokol tərtib edərkən E.Y.Həşimovun iştirakını təmin etməmiş, protokola öz qeydlərini və mülahizələrini daxil etmə hüququnu gözləməmişlər. Həmçinin hüquq və vəzifələri izah edilməmişdir. Yəni, birtəfərli və qərəzli qaydada inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmçinin tərtib edilmiş qərarda sadəcə ümumi formada göstərilmişdir ki, guya epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və karantin rejimini pozulmuşdur. Yəni, sadəcə İXM-nin 211.1 -ci maddəsinin dispoziyasını qeyd etmişlər. Lakin, həmin “pozuntuların" konkret nədən ibarət olması göstərilmir. Çoxsaylı qanun pozuntularına yol verən Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsi əməllərini davam etdirərək qəbul etdikləri 01 mart 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarla Azərbaycan Respubikası İXM-nin 211.1-ci maddəsi ilə E.Y.Həşimovu təqsili bilərək barəsində 4.000 manat məbləğində inzibati cərimə tətbiq etmişdir. Ona görə də, deyilənlərin nəzərə alınaraq həmin qərarı əsassız və qanunsuz hesab edir. Bu səbəblə də məhkəmədən həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin nümayəndəsi X8 bildirmişdir ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı 25 fevral 2021-ci il tarixdə X7 məxsus “Kənd Qəbələ” restoranında epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması faktı aşkarlanmışdır. X1 barəsində 25.02.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və bu barədə inzibati xətalar haqqında işlər üzrə 01.03.2021-ci il tarixli bildiriş E.Y.Həşimova göndərilmişdir. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinə pozmasına görə barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin rəis müavini X9 tərəfindən 05.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 11.03.2021-ci il tarixdə qərar icra olunması üçün X7 göndərilmişdir. Odur ki, məhkəmədən şikayət əsassız olduğundan onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 25.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 25.02.2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə “Kənd Qəbələ” restoranına Nazirlər Kabinetinin 237 saylı qərarına əsasən baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, ictimai iaşə müəssisəsinin kabinetlərində bir masada 7 nəfər oturmuş, eyni masa ətrafında 1 m məsafə qaydası pozulmuşdur. 05.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30 mart 120 №-li qərarının 1-ci maddəsinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə 18 aprel 2020-ci il tarixli, 144 saylı qərarınnın 4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəmi və sözü “4 may” rəqəmi və sözü ilə əvəz edilməsi, 5-ci bəndinə əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəmi və sözü “4 may” rəqəmi və sözü ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə 01 may 2020-ci il tarixli, 163 saylı qərarına əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli, 124 nömrəli Qərarında dəyişiklik edilməsi 6.1 maddənin 1-ci hissədə “4 may” sözləri “31 may” sözləri ilə əvəz edilməsi qərara alınmış, karantin rejimi 31 may 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə 19 iyun 2020-ci l tarixli, 208 saylı qərarı ilə Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə 03 iyul 2020-ci il tarixli, 236 saylı qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin 05 iyul 2020-ci il tarixdən 20 iyul saat 06:00-dək uzadılması qərara alınmışdır. Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06.07.2020-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur: 1.“Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilsin. 2.1. koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; 2.2. ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; 2.3. hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olundu ki, xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən qaydalar E.Y.Həşimov tərəfindən pozulmuşdur. Məhkəmə hesab edir ki, E.Y.Həşimov tərəfindən inzibati xətaya yol verilməməsi barədə ərizədə göstərilən dəlillər əsasızdır və iş materiallarına əlavə olunmuş şəkildən də aydın şəkildə görünür ki, 7 nəfər məsafə məhdudiyyətlərini pozaraq qeyd edilən obyektdə əyləşmişlər. Buna görə də məhkəmə hesab edir ki, E.Y.Həşimovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslıdır və bu barədə qəbul edilən 05.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X5 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar