Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2051/2021 16.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X6 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Bakı şəhər Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi, Bakı şəhəri11 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, halhazırda subay, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Binəqədi rayon icra şöbəsinin icra məmuru X8 Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 16 may 2021-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4979/2020 saylı,17 avqust 2020-ci tarixli icra sənədinə əsasən 01.08.2009-cu il təvəllüdlü X3 və 01.01.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Cavanşir oğlundan X1 xeyrinə hər ay hər uşağa görə 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, aliment məbləğinin 16.09.2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, daimi iş yeri olmadığına görə maddi cəhətdən çətinlik çəkir, o, aliment borcundan təxminən 1000 manat ödəmişdir, səhətində problem olduğuna görə ağır işlərdə işləyə bilmir, buna görə də, aliment borcunu tam ödəyə bilmir.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - məhkəmədən ona inzibati qaydada yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X9 hüquqlarını müdafiə etdiyi şəxsin daimi iş yerinin olmadığını, səhətini, maddi vəziyyətinin ağır olduğunu və aliment borcunun bir hissəsini, təxminən 1000 manatını ödədiyini nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş tələbkar X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru X8 borclunun aliment borcunu tam ödəmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, icra sənədinin icra edilməməsində Şəxs oğlunun təqsiri sübuta yetirilmişdir.Buna görə də, icra məmuru tərəfindən borclu barədə axtarış verilmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq İcra Şöbəsinə təhvil verilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs oğlunun şəxsiyyətini, məhkəmə qərarının uzun müddət icra olunmadığını və nəticədə bunun aliment almalı olan uşaqları uzun müddət maddi sıxıntıya məruz qoyduğunu nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır.Eyni zamanda, məhkəmə borclu Şəxs təqsirini etiraf eməsini, əməlindən peşman olmasını, aliment borcunun bir hissəsini (təxminən 1000 manat) ödəməsini, qalaş hissəsini də hissə-hissə ödəməyə söz verdiyini və xəstəliyini nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o 500 (beş yüz) manat cərimə edilsin. Şəxs inzibati tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev İş № 3(001)-2051/2021. İNZİBATİ XƏTA HAQQİNDA QƏRAR-dan ÇİXARİŞ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ 16 may 2021-cu il. Bakı şəhəri. Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X6 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi, Bakı şəhəri11 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, halhazırda subay, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o 500 (beş yüz) manat cərimə edilsin. Şəxs inzibati tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev İş № 3(001)-2051/2021 İCRA VƏRƏQƏSİ 16 may 2021-ci il Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hal-hazırda subay, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 31, 40, 43, 48-51, 112, 114-117, 128-130, 528.1-ci maddələrinə əsasən məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz ) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar 27 may 2021-ci il tarixdə qanuni qüvvəyə minib. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icraçı öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcraçı öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. Məhkəmə icraçısı qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Şəxs - xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hal-hazırda subay, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Azərbaycan Respublikası Dövlət Büdcəsi. İcra vərəqəsi 27 may 2021-ci ildə verilmişdir. Hakim Abbas Rzayev AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Binəqədi rayon İcra Şöbəsinin rəisi cənab İlham Həsənova Poçt indeksi AZ1116, Bakı şəhəri, 7 mkr, A.Kunanbayev 4E Tel.: ***-**-** 27 may 2021-ci il 3(001)-2051/2021 Hörmətli İlham müəllim, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 3(001)-2051/2021 saylı qərarı 16.05.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.Həmin iş üzrə icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qərarın icrası barədə Binəqədi Rayon Məhkəməsinə məlumat verməyiniz xahiş olunur. Qoşma: Qərarın surəti, İcra vərəqəsi və Ünvan barədə arayış Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2051/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2051/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver