Məhkəmə qərarları › İş №3(001)-2059/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2059/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2059/2022 05.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikaı, Babək rayonu, Sirab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, Laçın rayonu, Fətəlipəyə Ərazi Dairəsi, Turşsu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis kapitanı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 21:40-da daxil olmuş məlumat əsasında ƏÇPA-nın əməkdaşları Zərifə Əliyeva adına parkın qarşısında iki nəfər şəxsin yolun hərəkət hissəsini kəsərək avtomobillərin sərbəst hərəkətinə mane olaraq ətrafdakı şəxslərə nalayiq ifadələr işlətməklə vətəndaşların ictimai rahatlıqlarını pozduqlarını aşkar etmişlər. Polis əməkdaşları həmin şəxsləri yolun ortasından kənarlaşdırmaq istədikdə sonuncular polis əməkdaşlarına müqavimət göstərmiş və polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlədərək qanuni tələblərə tabe olmamışlar. Həmçinin bu zaman həmin şəxslər sərxoş olmuşlar. Polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışsalar da sonuncular sakitləşməmiş və nalayiq ifadələr işlətməyə davam etmişlər. Bundan sonra polis əməkdaşları sonunculara güc tətbiq edərək Binəqədi RPİ-nin 7-ci PB-nə gətirmişlər. Bölmədə sonuncuların şəxsiyyəti müəyyən edilmiş və Şəxs izahatı alınaraq barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 22 radələrində dostu Orxanla olan zaman Zərifə Əliyeva adına parkın qarşısında yolun hərəkət hissəsini kəsərək avtomobillərin sərbəst hərəkətinə mane olmuşlar. Bu zaman həmin yerə polis əməkdaşları gəlmiş və sərxoş olduqları üçün polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Buna görə də, polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 7ci PB-nə gətirilmişlər. Bölmədə izahatı alınaraq barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Onun yolun hərəkət hissəsini kəsməsinə səbəb qanunsuz olaraq işdən azad olunması olmuş və düşünüb ki, belə etsə məsələyə lazımı qurumlar rekasiya verər. Əməlindən səmimi peşmançılığını bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X8 Alayının Patrul bölüyünün polis serjantı X3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 21:40-da daxil olmuş məlumat əsasında onlar Zərifə Əliyeva adına parkın qarşısında iki nəfər şəxsin yolun hərəkət hissəsini kəsərək avtomobillərin sərbəst hərəkətinə mane olaraq ətrafdakı şəxslərə nalayiq ifadələr işlətməklə vətəndaşların ictimai rahatlıqlarını pozduqlarını aşkar etmişlər. Onlar həmin şəxsləri yoldun ortasından kənarlaşdırmaq istədikdə sonuncular onlara müqavimət göstərmiş və onların da ünvanına nalayiq ifadələr işlədərək qanuni tələblərə tabe olmamışlar. Həmçinin bu zaman həmin şəxslər sərxoş olmuşlar. Onlar həmin şəxsləri sakitləşdirməyə çalışsalar da sonuncular sakitləşməmiş və nalayiq ifadələr işlətməyə davam etmişlər. Bundan sonra tərəflərindən sonunculara güc tətbiq edərək Binəqədi RPİnin 7-ci PB-nə gətirmişlər. Məhkəmə iclasında şahid DİN-ə bilavasitə tabe olan X8 Alayının Patrul bölüyünün polis serjantı X1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 21:40-da daxil olmuş məlumat əsasında onlar Zərifə Əliyeva adına parkın qarşısında iki nəfər şəxsin yolun hərəkət hissəsini kəsərək avtomobillərin sərbəst hərəkətinə mane olaraq ətrafdakı şəxslərə nalayiq ifadələr işlətməklə vətəndaşların ictimai rahatlıqlarını pozduqlarını aşkar etmişlər. Onlar həmin şəxsləri yoldun ortasından kənarlaşdırmaq istədikdə sonuncular onlara müqavimət göstərmiş və onların da ünvanına nalayiq ifadələr işlədərək qanuni tələblərə tabe olmamışlar. Həmçinin bu zaman həmin şəxslər sərxoş olmuşlar. Onlar həmin şəxsləri sakitləşdirməyə çalışsalar da sonuncular sakitləşməmiş və nalayiq ifadələr işlətməyə davam etmişlər. Bundan sonra tərəflərindən sonunculara güc tətbiq edərək Binəqədi RPİnin 7-ci PB-nə gətirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs Zərifə Əliyeva adına parkın qarşısında yolun hərəkət hissəsini kəsərək avtomobillərin sərbəst hərəkətinə mane olaraq səs-küy salmış, polis əməkdaşı ilə mübahisə edərək, nalayiq ifadələr işlətmiş, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və buna görə də, Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir. xx.xx.2022-ci il tarixli, AZA 018939 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, 2/15676 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs müayinəsi zamanı onun yüngül sərxoş olması aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Beləliklə, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etiraf edici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, İXM-in 535.1-ci maddəsi həmin Məcəllənin 510-cu maddəsinə görə daha ciddi xəta hesab olunduğundan və Şəxs barəsində tərtib edilmiş protokol əsaslı olduğundan, ona İXM-in 535.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-in 535.1-ci maddəsinə əsasən ona inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar