Məhkəmə qərarları › İş №3(001)-2063/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2063/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2063/2022 06.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4cü PŞ-nin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 02:50-də inzibati ərazidə xidmətdə olan Binəqədi RPİ-nin Post patrul xidməti bölüyünün əməkdaşları Binəqədi şosesində hərəkətdə olan zaman “Opel Astra” markalı avtomobili keçib getmək istəyən zaman həmin avtomobili sürücüsü maşını onların üstünə sürmüşdür. Polis əməkdaşları “Opel Astra” markalı avtomobilin təhlükəli sürdüyünü görüb öz avtomobillərinin surətini azaltmış və yenidən ötüb keçmək istəyən zaman “Opel Astra” markalı avtomobil yenidən onların üzərinə sürmüşdür. Polis əməkdaşları qarşıda olan YPX əməkdaşlarına məlumat vermiş, YPX əməkdaşları da “Opel Astra” markalı avtomobili saxlamışlar. Sonra Binəqədi RPİ-nin Post patrul xidməti bölüyünün əməkdaşları “Opel Astra” markalı avtomobilin sürücüsünə yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncuları Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Sonuncular polis əməkdaşlarına nə üçün şöbəyə dəvət olunduqlarını soruşduqda, polis əməkdaşları onlara avtomobili təhlükəli sürərək avtoxuliqanlıq etdiklərini bildirmişdir. Lakin sonuncular polis əməkdaşları ilə razılaşmayaraq şöbəyə getməkdən imtina etmişlər. Bundan sonra həmin şəxslər polis əməkdaşları tərəfindən avtopatrulda şöbəyə gətirildikdə, “Opel Astra” markalı avtomobili idarə edən şəxs özünü dəmir setkaya vurmağa başlamışdır. Polis əməkdaşları sonuncuları avtopatrul maşınından düşürtdükdə avtopatrulun arxa oturacağında 1 ədəd bıçaq və 1 ədəd falqa deyilən kağız aşkar edilmişdir. Sonunculara sual verdikdə 1 ədəd bıçaq və 1 ədəd falqa deyilən kağızın onlara aid olmadığını deyərək təkidlə inkar etmişlər. Şöbədə sonuncuların şəxsiyyəti müəyyən edilmiş və Şəxs izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən Şəxs heç bir təsir, təzyiq və işgəncə verilməmişdir. Şəxs avtopatrul maşınında oturan zaman özünü maşının arxasında dəmir setkaya vurmuşdur. Bununla yanaşı avtopatrulun arxa oturacağında 1 ədəd bıçaq və 1 ədəd falqa deyilən kağız aşkar edilməsi faktına görə polis bölməsində araşdırma aparılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 02:50-də taksi fəaliyyəti məşğul olan vaxt sifariş qəbul etmiş və sifariş verilən yerə gedərək iki nəfər müştərini götürərək “Koala” parka aparmalı imiş. O, hərəkətdə olarkən Rəsulzadə qəsəbəsinə dönən zaman yolda olan çuxura düşməmək üçün avtomobili sola çəkmişdir. Bu zaman hərəkətdə olan PPX maşınından 1 nəfər polis əməkdaşı ona nə üçün avtomobilini onların üzərinə sürdüyünü soruşmuş o, da yolda olan çuxura düşməmək üçün avtomobilini sola çəkdiyini bildirmişdir. Sonra PPX avtomobili onun idarə etdiyi avtomobilin arxası ilə gəlmişdir. Rəsulzadə qəsəbəsi “Araz” marketlə üz-üzə olan yolda olarkən YPX əməkdaşı tərəfində ona saxla əmri verilmiş, o da avtomobilini saxlamış YPX əməkdaşı onun sənədlərinin qaydasında olduğunu yoxladıqdan sonra buraxmaq istəyən zaman PPX əməkdaşı onlara tərəf yaxınlaşaraq YPX əməkdaşına onun narkotik vasitənin təsiri altında olduğunu bildirmiş və PPX əməkdaşı ona yaxınlaşan zaman o da, idarə etdiyi avtomobildən düşmüşdür. Bundan sonra PPX əməkdaşı ona səni başa salaram, mənim üzərimə maşın sürürsən deyərək yumruqla onun baş nahiyyəsinə və dizi ilə onun onurğa sütununa vurmağa başlamışdır. Bundan sonra Çingiz adlı polis əməkdaşı onun əlinə qandal vuraraq onu PPX maşının arxasına otuzdurmuşdur. O, polis əməkdaşına Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirsə də, polis əməkdaşı onun bu sözünə nalayiq ifadələrlə qarşılıq verərək onu təhqir etməyə başlamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş və barəsində İXM-in 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, heç bir polis əməkdaşına tabesizlik göstərməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsindən olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini və Çingiz adlı polis əməkdaşı barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis serjantı X4 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 02:50-də inzibati ərazidə xidmətdə olarkən Binəqədi şosesində hərəkətdə olan zaman “Opel Astra” markalı avtomobili keçib getmək istəyən zaman həmin avtomobili sürücüsü maşını onların üstünə sürmüşdür. Onlar “Opel Astra” markalı avtomobilin təhlükəli sürdüyünü görüb öz avtomobillərinin surətini azaltmış və yenidən ötüb keçmək istəyən zaman “Opel Astra” markalı avtomobil yenidən onların üzərinə sürmüşdür. Onlar qarşıda olan YPX əməkdaşlarına məlumat vermiş, YPX əməkdaşları da “Opel Astra” markalı avtomobili saxlamışlar. Sonra onlar “Opel Astra” markalı avtomobilin sürücüsünə yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncuları Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Sonuncular onlara nə üçün şöbəyə dəvət olunduqlarını soruşduqda, onlar sonunculara avtomobili təhlükəli sürərək avtoxuliqanlıq etdiklərini bildirmişdir. Lakin sonuncular onlar ilə razılaşmayaraq şöbəyə getməkdən imtina etmişlər. Bundan sonra həmin şəxslər şöbəyə gətirildikdə, “Opel Astra” markalı avtomobili idarə edən şəxs özünü dəmir setqaya vurmağa başlamışlar. Onlar sonuncuları avtopatrul maşınından düşürtdükdə avtopatrulun arxa oturacağında 1 ədəd bıçaq və 1 ədəd falqa deyilən kağız aşkar edilmişdir. Sonunculara sual verdikdə 1 ədəd bıçaq və 1 ədəd falqa deyilən kağızın onlara aid olmadığını deyərək təkidlə inkar etmişlər. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis serjantı X3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 02:50-də inzibati ərazidə xidmətdə olarkən Binəqədi şosesində hərəkətdə olan zaman “Opel Astra” markalı avtomobili keçib getmək istəyən zaman həmin avtomobili sürücüsü maşını onların üstünə sürmüşdür. Onlar “Opel Astra” markalı avtomobilin təhlükəli sürdüyünü görüb öz avtomobillərinin surətini azaltmış və yenidən ötüb keçmək istəyən zaman “Opel Astra” markalı avtomobil yenidən onların üzərinə sürmüşdür. Onlar qarşıda olan YPX əməkdaşlarına məlumat vermiş, YPX əməkdaşları da “Opel Astra” markalı avtomobili saxlamışlar. Sonra onlar “Opel Astra” markalı avtomobilin sürücüsünə yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncuları Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Sonuncular onlara nə üçün şöbəyə dəvət olunduqlarını soruşduqda, onlar sonunculara avtomobili təhlükəli sürərək avtoxuliqanlıq etdiklərini bildirmişdir. Lakin sonuncular onlar ilə razılaşmayaraq şöbəyə getməkdən imtina etmişlər. Bundan sonra həmin şəxslər şöbəyə gətirildikdə, “Opel Astra” markalı avtomobili idarə edən şəxs özünü dəmir setqaya vurmağa başlamışlar. Onlar sonuncuları avtopatrul maşınından düşürtdükdə avtopatrulun arxa oturacağında 1 ədəd bıçaq və 1 ədəd falqa deyilən kağız aşkar edilmişdir. Sonunculara sual verdikdə 1 ədəd bıçaq və 1 ədəd falqa deyilən kağızın onlara aid olmadığını deyərək təkidlə inkar etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfərləri Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Şəxs 4-cü PŞ-nə gətirilən zaman yolda tabesizlik göstərməsini bildirmişlər. Həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələrinin nədən ibarət olmasının müəyyən edilməsi mümkün olmamışdır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar