Məhkəmə qərarları › İş №3(001)-2066/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2066/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2066/2022 26.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rafael Gasanovun, Protokolu tərtib edən orqan - Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rafael Gasanovun Azərbaycan Respublikası İnzibati Xətaralar Məcəlləsinin (bundan sonra İXM-nin) 428.7.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam idarəsindan daxil olmuş inzibati xəta haqqında işə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam idarəsindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Rafael Gasanovnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2 protokolda göstərilənləri müdafiə etdiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rafael Gasanov ilə aralarında bağlanmış reklam haqqında müqavilə müddətinin bitməsinə baxmayaraq və müvafiq icazə olmadan “Punto” adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirməyə davam etmişdir.Buna görə də, tərtib edilən protokol əsaslı olduğundan Rafael Gasanovun inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rafael Gasanov bildirmişdir ki, fərdi sahibkar kimi onun istifadəsində Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani 53A ünvanında “Punto” adlı ayaqqabı mağazası yoxdur.İnzibati xəta haqqında protokolda göstərilən “Punto” mağazası ünvan 2 ünvanda yerləşir və inzibati xəta protokolu tərtib edildiyi dövrdə digər şəxsin istifadəsində olmuşdur. Hal-hazırda həmin şəxs fərdi sahibkar kimi fəaliyyətini dayandırmışdır.Həmin dövrdə onun istifadəsində ünvan 3 ünvanındakı binanın zirzəmi hissəsində Buta idman rəqs klubu olmuşdur.Bu klubun üzərində yalnız onun adı yazılmış ümumi ölçüsü 1 km-dən az olan kiçik lövhə olmuşdur.Bu isə “Reklam haqqında” Qanuna əsasən bu lövhə reklam hesab olunmur.Buna görə də, o, hesab edir ki, protokol əsassızdır.Buna görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, ünvan 4 ünvanında xx.xx.2022-ci il tarixində, saat 16.40-da “Punto” adlı obyektin üzərində müvafiq iczaə olmadan açıq məkanda reklam yerləşdirildiyinə görə vəzifəli şəxs Rafael Gasanov barəsində AR İXM-nin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)- 2066/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, vəzifəli şəxs Rafael Gasanov Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək 1 500 manat məbləğində cərimə edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 2231/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Bakı Binəqədi rayon Məhkəməsinin 3(001)-2066/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rafael Gasanov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş və Bakı Binəqədi rayon Məhkəməsinin 3(001)-2066/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, yenidən baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Rafael Gasanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki, iş materiallarından və şikayətçinin məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, inzibati xəta haqqında protokolda müvafiq icazə olmadan açıq məkanda üzərində reklam yerləşdirilmiş “Punto” adlı obyektin həqiqətən Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani 53A ünvanında yerləşdiyi müəyyən edilmədən və həmin obyektin sahibkar Rafael Gasanova məxsus olub-olmadığı araşdırılmadan onun barəsində protokol tərtib edilmişdir.Şikayətçi tərəfindən təqdim olunan sübutlara əsasən məlum olur ki, müvafiq icazə olmadan açıq məkanda üzərində reklam yerləşdirilmiş “Punto” adlı obyekt sahibkar Rafael Gasanovun istifadəsində deyildir, onun istifadəsində ünvan 5 ünvanındakı binanın zirzəmi hissəsində yerləşən Buta idman rəqs klubudur. Bununla da, məhkəmə hesab edir ki, Rafael Gasanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rafael Gasanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar