Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2073/2021 19.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X6, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 18.05.2021-ci il tarixində polisin qanuni tələbinə tabesizlik edərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X7 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 18.05.2021-ci il tarixdə saat 20:15 radələrində Biləcəri qəsəbəsi M.Maqomayev küçəsində yaşayan barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə ********* saylı cinayət işi üzrə məcburi gətirilmə qərarı olan X3 yaşadığı ünvana gedərkən sonuncunun atası X4 əlində fincanla PB-nin rəis müavini polis polkovnik-leytenantı Vaqif Aslanova “səni vuraram deyərək” onun və PB-nin əməliyyat müvəkkili polis leytenantı Möhlət Abbaslının qanuni tələblərinə qəsdən tabe olmayaraq küçədə səs-küy yaratmağa və “mənim evimə heç bir polisin gələ bilməyəcəyini” qışqıraraq söyləyirdi. Onlar vətəndaşı çətində olsa Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. O, Şəxs haqqında qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, 18.05.2021ci il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları içəri daxil olaraq oğlu Təhməzov Mətinin evdə olub-olmadığını soruşdular. O, oğlunun barəsində cinayət işinin olduğundan xəbərsiz olduğundan, çox əsəbi və aqressiv olaraq rəftar eləmiş, sonradan sahə inspektorlarını gördükdə əməlindən peşman olmuşdur. O, barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş PB-nin rəis müavini polis polkovnik-leytenantı Vaqif Aslanov məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 18.05.2021-ci il tarixdə saat 20:15 radələrində Biləcəri qəsəbəsi M.Maqomayev küçəsində yaşayan barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə ********* saylı cinayət işi üzrə məcburi gətirilmə qərarı olan X3 yaşadığı ünvana polis əməkdaşları getmişlər. M.Təhməzovun atası Şəxs polis əməkdaşlarına müqavimət göstərdiyi barədə onlara məlumat verilmiş, onlar həmin ünvana getdikdə İ.Təhməzov üzərilərinə fincanla çıxaraq, nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Fariz Talıbov tərəfindən tərtib edilmiş raportdan görünür ki, 18 may 2021-ci il tarixdə 20:15 radələrində X1 qəsəbəsi M.Maqomayev küçəsində səs-küy yaradaraq polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş 18.05.2021-ci il tarixli, MN №1095687 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 18.05.2021-ci il tarixli, AZA №009596 saylı İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18.05.2021-ci il tarixdə 21:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs 18.05.2021-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmaması, bununla da İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alaraq, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu 18 may 2021-ci il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2073/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2073/2021
19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver