Məhkəmə qərarları › İş №3(001)-2094/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2094/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2094/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X11 katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X7 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X10 küçəsi, ev 1 (inzibati bina) ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, 2-ci döngədə və ünvan 3 ünvanında (valideyinlərinin yaşadığı ünvan) yaşayır. Yaşayış yeri Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ünvanına yaxın ərazi olduğu üçün xx.xx.2023-cü il tarixdə yeni avtomobil alaraq adına sənədləşdirmək üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə gələn qohumları Anar Kərimli (xalası qızının həyat yoldaşı) və Rəşad Bayramov (dayısı oğlu) onun da DİN Baş Dövlət Yol Polisi İdarəsinə gəlməyini xahiş etmişlər. Belə ki, onlar həm qohum kimi görüşmək üçün, həm alınan avtomobilə onun da baxmağı üçün, həm də avtomobil adına sənədləşdiriləcək Anar Kərimlinin sürücülük hüququ olmadığı üçün əlindən gələn köməkliyi göstərmək üçün Baş Dövlət Yol Polisi İdarəsində adları çəkilən qohumları ilə görüşdülər. Avtomobilin özgəninkiləşdirmə prosesində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun müvafiq maddələrinə istinad edərək ödənilməli rüsumlar barədə Anara məlumat vermişdir. Avtomobilin özgəninkiləşdirmə prosesində qanunla müəyyən olunmuş rüsumların banka ödənilərək qəbz alınmasına baxmayaraq, əlavə olaraq Anardan qanunsuz olaraq hər dəfəsində 10 manat olmaqla ümumilikdə 20 manat pul alındığını görmüşdür. Bundan başqa digər otaqlarda 20 manat və 70 manat pul alındığını Anar özü ona və Rəşada bildirmişdir. Nəticə olaraq yekun sənədləşdirmə prosesində Anara çətinlik və süni süründürməçilik yaradıldığı üçün ondan inzibati binanın 8-ci otağının qarşısında nə edəcəyini soruşdu, o isə qanuni qaydada müvafiq rüsumları ödədiyini və avtomobilin özgəninkiləşdirilməsi prosesinin icra olunmalı olduğunu ümumilikdə bildirdi. Bu ifadəsi polis zabitinin xoşuna gəlmədi və buna görə onu digər polis serjantı Eldar Həsənov (özünün sonradan bildirdiyi ad və soyad) “dələduz” adlandıraraq şəxsiyyət vəsiqəsini tələb edib inzibati binadan çıxmalı olduğunu bildirdilər. Bundan sonra o, çöl ərazidə oturaraq təxminən 30 dəqiqə gözlədi və onu Polis Bölməsinə aparması üçün **-UD-*** qediyyat nişanlı “Tofaş” markalı qara rəngli avtomobillə 2 nəfər polis serjantı gəldi və onunla görüşdülər, Polis Bölməsinə getməli olduğunu bildirdilər və onu əl ilə səliqəsiz xətlə onun barəsində yazılmış raportla tanış etdilər. O da şikayətçi olduğunu həmin polislərə bildirdi və tez bir zamanda prosessual qaydalara uyğun formada işə baxılmasını həmin polislərdən xahiş etdi. Bundan təxminən 30 dəqiqə sonra xidməti PPX avtomobili gəldi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə çatdırıldı. X9 polis baş leytenantı X3 tərəfindən qəbul edildi. Hadisə barədə yazılı izahat verdi. Bundan sonra polis baş leytenantı X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə barəsində MN ******* nömrəli protokol tərtib olundu. Həmin protokol əsasında İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasız və qanunsuzdur. Protokol və qərar heç bir araşdırma aparılmadan qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun izahat vermiş və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6cı Polis Bölməsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 tərəfindən İXM-in 454-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. 18 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-in 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla razı olmayaraq, onu imzalamaqdan imtina etmişdir. İnzibati xəta haqqında protokolun surətindən də göründüyü kimi X7 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmır. Belə olduğu təqdirdə onun barəsində inzibati tənbeh vermə haqqında qərar araşdırma aparılmaqla qəbul edilməli idi. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar heç bir araşdırma aparılmadan inzibati xəta haqqında protokolun tərtib edildiyi gün, yəni xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 100 və 124-cü maddələrinin tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar