Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2095/2021 16.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs (borclu) Şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və icra işindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2(81)-2334/2008 saylı, 10.12.2008-ci il tarixli icra vərəqəsinə əsasən “xxxx” MMC tərəfindən “xxxx” tipli avadanlıq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qaytarlmalıdır.Belə ki, “xxxx” MMC-nin rəhbəri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirləndirilir.Belə ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədində nəzərdə tutulmuş “xxxx” tipli avadanlıq könüllü müddət ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qaytarılmamışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs “xxxx” MMC-nin rəhbəri Şəxs izahatında göstərdi ki, icra məmurunun təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Belə ki,təqdimatın verildiyi icra işinin aid olduğu Kommersiya Məhkəməsinin 2(81)-2234/2008 saylı, 09.04.2021-ci il tarixli icra sənədinə əsasən, “xxxx” MMCtərəfindən “xxxx” tipli avadanlıq ARDNŞ-ya (SOCAR) qaytarılmalıdır. Adı çəkilən icra sənədinin tərəflərindən tam şəkildə icra edildiyi barədə sənədli sübutlar əlavə edilməklə, icra şöbəsinə rəsmi məktubla müraciət edilmiş və icra icraatına xitam verilməsi xahiş edilmişdir.Həmin icra vərəqəsi “xxxx” MMC ilə SOCAR arasında mübahisə üzrə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2(81)-2234/2008 saylı, 10.12.2008-ci il tarixli qərardadın icrası ilə bağlıdır.Adı çəkilən həmin qərardadla tərəflər arasında təsdiqlənmiş barışıq sazişinin hüquqi nəticəsinə görə “xxxx” MMC “xxxx” tipli avadanlığı SOCAR-a sonuncu da ondan aldığı 935 min manatlıq neft qurğularının ehtiyyat hissələri geri qaytarılmalıdır.SOCAR tərəfindən neft qurğularının ehtiyyat hissələri geri qaytarılması hazıra kimi təmin edilməmişdir və bununla bağlı icra sənədinin icrası davam edir. “5000 DQU” tipli avadanlığa gəlincə, onun qaytarılması ilə bağlı məsələ, barışıq sazişi bağlanılmaqla həll olunmuşdur.Belə ki, həmin qurğu “SOCAR”m strukturuna aid olan “X3 Qazma Kəşfiyyat İdarəsi”nə məxsus olmaqla, onun tərəfindən bir hissəsi ARDNŞ-ın “Neftsənayexidmət” Departamentinin, digər qismi isə “xxxx” ASC-nin anbarında saxlanılırdı. Nə qədər ki, həmin avadanlığın xaricə çıxarılması üçün ARDNŞ-nin icazəsi tələb edildiyindən, sonuncu isə buna icazə vermədiyindən və daha sonra da qurğunun başqasına verilməməsi ilə bağlı bazaya qadağan etdiyindən, qurğu olduğu anbardan çıxarılmamış, ilkin vəziyyətdə qalmışdır.Bundan başqa, adı çəkilən “5000 DQU” tipli həmin qurğu “X4 Qazma Kəşfiyyat İdarəsi”nin birləşdiyi, “Kompleks qazma işləri” tresti tərəfindən 22.07.2014-cü il tarixdə bağlanmış İN-KQ01/14 saylı müqaviləyə əsasən “xxxx” MMC-nin saxlancına verilmişdir. Qurğunun verilməsi ilə bağlı müqaviləyə 1 saylı əlavə və daha sonra da tərəflər arasında təhvil-təslim Aktı təsdiqlənmişdir.Səbəb də onda idi ki, həmin vaxtı “xxxx”MMC tərəfindən, qurğunun saxlanıldığı anbar sahəsi icarəyə götürülmüşdür. Əgər qurğu tələbkarda deyil, onlarda qalmamışdırsa, onda 5 ildən sonra tələbkar onu saxlanca başqasına necə verə bilərdi.Bundan başqa, barışıq sazişində istinad edilən Aktda xxxx tipli qazma qurğunun qaimələr üzrə verilmiş avadanlıqları qeyd edilmişdir.Həmin qurğunun birinin hissələrinin yerləşdirilməsi üçün ən azından 40-45 vaqon lazımdır ki, bu da eyni sayda qaimə deməkdir.Lakin həmin malın götürülməsinə icazə alması mümkün olmadığından, malın-alqı satqısı barədə aralarındakı müqavilə təsdiqlənmədi və qazma qurğusu yerində qaldığından qaimələrin tərtibinə də lüzum olmamışdır.Ola bilər ki, verilməsi nəzərdə tutulmuş avadanlıqlara tələbkar tərəfindən əvvəlcədən qaimə tərtib edilmişdir, lakin nəticə etibarı ilə alqı-satqı baş tutmadığından birtərəfli tərtib edilmiş qaimələr də tələbkarda qalmış olsun.Belə olan halda icra məmuru, bununla bağlı təqdim edilmiş sənədli sübutları alandan sonra, icra sənədi üzrə icraata xitam verilməsi barədə vəsatətlə çıxış etməli idi. Lakin o, artıq mövcud olmayan icra tələbi ilə bağlı borclu tərəfinin məsuliyyətə cəlb edilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir.Ona görə də təqdimat hüquqi baxmıdan əsassız hesab edilərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs izahatına uyğun çıxış edərək tərtib olunmuş inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə tələbkarın nümayəndəsi və icra məmuru məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər.Buna görə də, məhkəmə tələbkarın nümayəndəsinin və icra məmurunun iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və onun müdafiəçisinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona dair sənədlər icra şöbəsinə geri qaytarılmalıdır. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. «İcra haqqında» Qanun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmçinin, İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir.İcra haqqında qanun tələblərinə görə birinci növbədə börcluya icra sənədinin könüllü ödəməsi barədə bildiriş göndərməli, borclunu icra şöbəsinə dəvət edərək icra olunmalı olan icra sənədinin məzmunu və icra olunmasının hüquqi nəticələrini ona izah etməli, bu barədə ondan izahat almalı, yalnız görülən tədbirlər nəticə vermədikdə məcburi icra tədbirlərini tətbiq etməlidir.Belə ki, «İcra haqında» qanunun 44.1-ci maddəsinin tələbinə əsasən könüllü ödəmə barədə bildiriş təqdim olunduqdan sonra 10 gün keçmədən şəxs barəsində məcburi icra tədbiri görülə və inzibati xəta haqqında protokol tərtib edilə bilməz.İş materiallarından və borclunun izahatından aydın olur ki, icra sənədinin tərəflərindən tam şəkildə icra edildiyi barədə sübutlar əlavə edilməklə, icra şöbəsinə rəsmi məktubla müraciət edilmiş və icra icraatına xitam verilməsi xahiş edilmişdir.Lakin icra məmuru icra sənədinin icra olunubolunmadığını tam aydınlaşdırmadan, bağlanmış barışıq sazişinin mahiyyətini dəqiqləşdirmədən və bu barədə tərəfləri məlumatlandırmadan borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir.Buna görə də, bu qüsurlar İXM-nin 109.1.6-cı maddəsinə əsasən protkol və digər sənədlərin natamam tərtib edilməsi kimi qəbul edilməlidir.Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Binəqədi Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18.05.2021-ci il tarixli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2095/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2095/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver