Məhkəmə qərarları › İş №3(001)-21/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-21/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-21/2021 26.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi DYPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi DYPİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair materialla Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 07.15-də “Opel Vectra” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı özünə məxsus nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan və alkoqoldan istifadə olunması nəticəsindən sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs “Opel Vectra” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili özünə məxsus olmaqla idarə edir. xx.xx.2020-ci ildə saat 07:11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolunda hərəkət edərkən DYP əməkdaşları onu saxlamışdır. O, içkili olmadığını bildirmişdir. Aparat gətirmişlər, yoxlamışlar, sərxoş olmadığı aşkar olunmuşdur. DYP əməkdaşları "bəlkə dünən içmisən?" soruşmuşlar, o, da bəli dünən axşam az miqdarda pivə qəbul etdiyini bildirmişdir. DYP əməkdaşları ona yaxşı, bir vərəqdə yaz ki, dünən içmişəm və çıx get demişlər. Həmin sözləri yazandan sonra maşını əlindən qanunsuz olaraq almışlar, idarəyə 20-ci otağa yaxınlaşarsan demişlər. O da öz növbəsində bildirmişdir ki, onlar qanunsuz olaraq maşını duracağa qoyurlar, o sərxoş olmadığını, onlardan şikayət edəcəyini və heç hara getmiyəcəyini bildirmişdir. Həmin tarixdən bir gün sonra bilmişdir ki, barəsində İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol qanunsuzdur, o xx.xx.2020-ci ildə sərxoş olmamış, onu tibbi müayinə etməyibilər, hətta alkotesterden keçirtməyiblər, heç bir yerdə imzası yoxdur, heç nə göstərməyiblər, tək yazdığı izahatla protkol tərtib ediblər. Onu tibbi mayinədən keçirməmək, alkotester vasitəsi ilə müayinə etməmək və onun göstəricisi ilə tanış etməmək, hal şahidlərinin iştirakı olmadan bütün bu prosesləri aparmaq qanunsuzdur. Həmin gün sərxoş olamayaraq DYP onun barəsində qanunsuz protokol tərtib edilməsi yolverilməzdir. O polis əməkdaşları tərəfindən saxlanılarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyini təsdiqləmişdir. Barəsində tərtib edilmiş protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 333.1-ci maddəsinin mənasından görünür ki, şəxs o halda inzibati məsuliyyətə cəlb olunur ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmiş olsun. Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcədə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. İş materiallarından görünür ki, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərin iştirakı təmin edilməmişdir. Bundan başqa məhkəmə Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə haqqında protokolda qeyd etdiklərinə tənqidi yanaşır, belə ki, onun yazdığı «yerində müayinə olundum, dünən axşam pivə qəbul etmişəm heç bir həkim müayinəsinə ehtiyacım yoxdur» sözlərində onun sərxoş olmasını, alkotesterin nəticələri ilə razı olmasını təsdiq edən heç bir söz yoxdur. Belə olduğu təqdirdə Şəxs «işi bağlamaq üçün dünən pivə içmişəm» məzmunlu izahatı aldadılaraq protokolda qeyd etməsini inandırıcı hesab etmək olar. Belə ki, akotesterin nəticəsi ilə Şəxs tanış olsaydı o, nəticə ilə razılaşmayaraq həkim müayinəsini tələb etmək hüququ yaranırdı. Bu səbəbdən o, aldadılmış olduğunu bildiyi üçün barəsində tərtib edilmiş protokolu imza etməkdən imtina etmişdir. Respubllikasını İnzibati Xətalar Məcələsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 40 manat cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 38, 40, 43, 53, 114 və 333.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi DYPİ-dən daxil olmuş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə 40 (qırx) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar