Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2100/2022 30.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X2, şikayət vermiş şəxs X7 iştirakları ilə, X7 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X11 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, tikinti sahəsində usta olaraq fəaliyyət göstərir. 15 iyun 2022-ci il tarixdə Binəqədi rayonunun ərazisində hasar tikintisi ilə məşğul olarkən fəhlə kimi X10 işə cəlb edilmişdir. X10 həmin gün ayağını zədələdiyini bildirmiş, təcili tibbi yardım xidmətinə zəng eedilmiş və onu xəstəxanaya aparmışlar. Hər hansı zədə almadığından Əziz evə buraxılmış, sonra isə Əziz, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək ondan şikayət etmişdir. Şikayətin hər hansı nəticəsini olmadığını görərək daha sonra ondan X9 Xidmətinə şikayət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən barəsində 22 iyun 2022ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlinmişdir. Daha sonra həmin Xidmətin 04 iyul 2022-ci iİ tarixli, MN1065601 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən barəsində 1.000 manat inzibati tənbeh tədbiq edilmişdir. Qərar və protokol ona 07 iyul 2022-ci il tarixdə təqdim edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar tam əsassız və qanunsuzdur. Onunla (podratçı) hasarın tikintisini sifariş edən şəxs (sifarişçi) arasında podrat münasibətləri, onunla X10 (subpodratçı) arasında isə subpodrat münasibətləri olmuşdur. Yəni o, podratçı olaraq podrat işlərinin bir qismini subpodratçı olan X3 vermiş və o, X10 qarşısında sifarişçi kimi çıxış etmişdir. Mülki qanunvericilikdə podrat və subpodrat müqavilələri şifahi də bağlana bilər, yazılı formaya dair imperativ tələb yoxdur. Onlar arasında mülki-hüquqi münasibətləri mövcud olmuş və həmin münasibətlərə də Əmək Məcəlləsi şamil edilmir. Ona görə də, o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilən “işəgötürən” ola bilməz. Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən minlərlə: ustalar ilə minlərlə fəhlələr arasında əmək müqaviləsi bağlanmır. Bu hal hamıya, o cümlədən X9 Xidmətinə bəllidir. Bundan əlavə, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun özü də İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə cavab vermir. Belə ki, həmin protokolda inzibati xətanın törədildiyi yer və vaxt qeyd edilməmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X11 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək məhkəmədən barəsində X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X4 bildirmişdir ki, 16 may 2022-ci il tarixdə X9 Xidmətinə Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fəhlə kimi fəaliyyət göstərən X6 15 may 2022-ci il tarixdə xəsarət alması ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Xidmət tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırmanın nəticəsi olaraq X7 əməlində qnun pozuntusunun olması aşkar edildiyindən sonuncu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və sonuncu həmin maddə ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, aparılmış araşdırma qanuni və əsaslıdır. Odur ki, məhkəmədən verilmiş şikayət əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X11 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, X11 barəsində aparılmış icraat üzrə ziddiyyətli hallar vardır. Çünki aparılmış araşdırma zamanı X9 Xidməti tərəfindən X7 işəgötürən olması qənətinə gəlinsə də, toplanmış sübutlardan müəyyən olunur ki, X11 hazırkı iş üzrə sifarişçi qismində iştirak etmiş və müvəqqəti olaraq müəyyən işlərin görülməsi ilə bağlı X10 ilə şifahi şəkildə razılığa gəlinmişdir. Bu isə tərəflər arasında olan münasibətin podrat müqavilə üzrə tənzimləndiyini və həmin müqaviləyə görə şikayət vermiş şəxs X1, X6 isə podratçı olduğunu göstərir. Belə olan halda X7 işəgötürən kimi qəbul edilməsi və belə olduqda sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olması istisna edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmədə toplanmış sübutlarla X7 hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da, şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri aparılmış inzibati xəta haqqında araşdırma ilə sübuta yetirilmir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X11 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X11 tərəfindən verilmiş şikayət təmin edilsin. X11 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2100/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2100/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver