Məhkəmə qərarları › İş №3(001)-2101/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2101/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2101/2021 24.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi - Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun kirayəçi kimi saxladığı 3 ailədən ibarət əsasən dilənçiliklə məşğul olan «qaraçı» millətindən olan şəxslərin ərazidə çirkab və zibil tullantılarının məhəllə daxili ərazilərə atmaları nəticəsində antisanitariya vəziyyətinin yaranması ilə əlaqədar qonşusu X3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə şikayət etmişdir.Həmin şikayəti araşdırmaq üçün Binəqədi Rayon Pois İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları 23.05.2021-ci il tarixdə saat təxminən 23.55 radələrində Şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, YYM, döngə 4 ünvana getmiş və Şəxs ərazidə kirayəçilərinin antisanitariya vəziyyəti yaratması ilə əlaqədar qonşusu tərəfindən şikayət daxil olduğunu, belə hallara gələcəkdə yol verilməməsi tələb edilmiş, qarşılığında Şəxs polis əməkdaşlarına qarşı kobudluq edərək, ünvansız söyüş və ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı Polis bölməsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən 23.05.2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-ci Polis bölməsinin sahə inspektoru, polis mayoru X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun kirayəçi kimi saxladığı 3 ailədən ibarət əsasən dilənçiliklə məşğul olan «qaraçı» millətindən olan şəxslərin ərazidə çirkab və zibil tullantılarının məhəllə daxili ərazilərə atmaları nəticəsində antisanitariya vəziyyətinin yaranması ilə əlaqədar qonşusu X3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə şikayət etmişdir.Həmin şikayəti araşdırmaq üçün Binəqədi Rayon Pois İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları 23.05.2021-ci il tarixdə saat təxminən 23.55 radələrində Şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, YYM, döngə 4 ünvana getmiş və Şəxs ərazidə kirayəçilərinin antisanitariya vəziyyəti yaratması ilə əlaqədar qonşusu tərəfindən şikayət daxil olduğunu, belə hallara gələcəkdə yol verilməməsi tələb edilmiş, qarşılığında Şəxs polis əməkdaşlarına qarşı kobudluq edərək, ünvansız söyüş və ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır.Buna görə də, məhkəmədən həmin şəxsin inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs yaşadığı mənzili «qaraçı» adlanan şəxslərə kirayə vermədiyini, həmin ərazidə antisanitariya vəziyyəti yaratmadığını, onun tərəfindən mənzilin “qaraçı”lara deyil, bir qoldan əlil olan Qarabag qazisinə kirayə verdiyini, onun əvvəllər kirayəçisi olmuş qaraçıların artıq onun mənzilini bir ildən artıqdır ki, tərk etdiyini bildirmiş, sahə müvəkkilinin başqa bir məsələ ilə bağlı onunla prinsip apardığını və buna görə də, onun əməlində inzibati xəta tərkibi olmadığını, habelə evli olmasını və himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi Vəkil, hüquqlarını müdafiə etdiyi Şəxs yaşadığı mənzili «qaraçı» adlanan şəxslərə kirayə vermədiyini,həmin ərazidə antisanitariya vəziyyəti yaratmadığını, onun tərəfindən mənzilin “qaraçı”lara deyil, bir qoldan əlil olan Qarabag qazisinə kirayə verdiyini, Şəxs kirayəçisi olmuş qaraçıların artıq onun mənzilini bir ildən artıqdır ki, tərk etdiyini bildirmiş, buna görə də, hüqüqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını, habelə evli olmasını və himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən məhkəmədən xahiş etdi Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, E.B.Şükürov inzibati qaydada cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 200 (iki yüz) manat cərimə edilsin. Şəxs inzibati tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar