Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2101/2022 05.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X18 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Bakı şəhər Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs və onun müdafiəçisi “Arbitrium ” Vəkil Bürosunun vəkili Vəkil, Tələbkarın hüquqi varisi X8 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X13 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi : Binəqədi rayon icra şöbəsinin icra məmuru X13 Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 13 iyul 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3691/2018 saylı, xx.xx.2018-ci tarixli icra sənədinə əsasən borclu Şəxs tərəfindən hər ay 154 manat məbləğində aliment tutularaq X6 ödənilməlidir. Borcluya borcun ödənilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq borcu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru X13 borclunun hazırda 4 312 manat aliment borcu olduğunu, borcunu tam ödəmədiyini və bunun nəticəsində tələbkarın hüquqi varisinin çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3691/2018 saylı icra sənədi üzrə oğlu X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün X7 aliment pulunun ödənilməsi qərara alınmışdır.Lakin tələbkar Ülviyyə Mahmudova rəhmətə getdiyindən oğlu - xalası X9 himayəsinə verilmişdir.O, bildirmişdir ki, oğlunun mərhumun bacısının himayəsinə verilməsi ilə bağlı olan qərardan narazıdır. Çünki o, oğlunun onun öz himayəsinə verilməsi istəyir.Buna görə də həmin qərardan lazımi orqanlara şikayət etmişdir. Buna görə də, o, barəsində olan inzibati xəta haqqında protokola və icra işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil bildirmişdir ki, hazırda uşağın atanın himayəsinə verilməsi üçün müvafiq orqanlara müraciət edilmişdir.Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədini qəsdən icra etməkdən yayınmadığına görə onun barəsində olan inzibati xəta haqqında protokola və icra işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkarın hüquqi varisi X17 və onun etibarnamə üzrə nümayəndə və vəkili X11 bildirmişdirlər ki, borclu 03 il bundan əvvəl də aliment borcunu ödəməkdən qəsdən yayınmış və onun barəsində 03 il bundan qabaq inzibati tənbeh olunması barədə qərar çıxarılmışdır.Belə ki, borclunun tələbkarın hüquqi varisinə 4 312 manat aliment borcu olduğunu, borcunu tam ödəmədiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun, tələbkarın hüquqi varisinin və onun vəkilinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 2(001)-3691/2018 saylı, 16 aprel 2018-ci il tarixli icra vərəqsinə əsasən məlum olur ki, iddiaçı X2 cavabdeh Şəxs qarşı “sabit pul məbləğində tutulmuş aliment məbləğinin artırılması tələbinə dair” iddiası qismən təmin olunmuş və tərəflərin birgə nikahdan olan uşağının saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği artıralaraq cavabdeh Şəxs tərəflərin birgə nikahhından olan uşaqları-xx.xx.2005-ci il təvəllüdolü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyəti başçısının 11 yanvar 2021-ci il tarixli, 03 saylı sərəncamına əsasən məlum olur ki, Quba rayonu, Zərqava kənd sakini X17 bacısı mərhum X4 övladı 08 dekabr 2005-ci il təvəllüdlü X20 üzərində himayəçi təyin edilmişdir. İş materiallarında oaln 13 aprel 2022-ci il tarixli Binqəədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov tərəfindən qəbul edilmiş “tərəfin əvəz edilməsi haqqında” qərarına əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3691/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar X1 Şəhla Şahbaba qızı ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1923/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən məlum olur ki, qəyyumluq və himayəçilik orqanının fəaliyyəti inzibati fəaliyyət hesab edilmədiyindən iddiaçı Şəxs cavabdeh Azərbaycan Respublikası Quba rayonu İcra Hakimiyyətinə qarşı “Quba rayon İcra Hakimiyyətinin 11 yanvar 2021-ci il tarixli 03 saylı sərəncamının ləğv edilməsinə dair” iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-414/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən məlum olur ki, borcu Şəxs icra məmuru Bəxtiyar İsmayılovun xx.xx.2022-ci il tarixli tərəfin əvəz edilməsi barədə qərarından şikayət vermiş və həmin şikayət baxılaraq təmin edilməmişdir.Daha sonra borclu Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-414/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 8(103)-256/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən məlum olur ki, borclunun şikayəti təmin edliməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-414/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 3(001)-2101/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilməsi qərarına alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1875/2022 saylı, xx.xx.2022ci il tarixli qərarına əsasən məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin olunmuş, iş üzrə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir.Belə ki, o, ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn bütün vəzifələri layiqincə yerinə yetirməyə borcludur.X16 xalası (qəyyumu) X8 himayəsinə verilməsi borclu Şəxs aliment ödəmək vəzifəsindən azad etmir.Belə ki, qanunvericiliyin mənasına görə aliment uşağa görə ödənilir.Buna görə də, Şəxs bir valideyn kimi vəzifələrini yerinə yetirməyə borcludur.Belə ki, aparılan araşdırmalara əsasən məlum olur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət tam icra olunmamış, icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının tam icra olunmadığını və nəticədə bunun aliment almalı olan uşağın uzun müddət maddi sıxıntıya məruz qoyduğunu nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır.Eyni zamanda, məhkəmə borclu Şəxs aliment borcunu əvvəllər hissə-hissə icra etdiyini nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada minimum həddə cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2101/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2101/2022
05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver