Məhkəmə qərarları › İş №3(001)-2107/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2107/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2107/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bağırlı Günay Suliddin qızının katibliyi, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs (borclu) Şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin müdafiəçi X2 iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, evdar qadın, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramin Muradov icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və icra işindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10521/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında yerləşən mübahisəli yaşayış sahəsi üzərində X10 və X3 hüquqlarını məhdudlaşdıran və Binəqədi Rayon Məhkəməsinin 2-2405/2000 saylı, 02.05.2000-ci il tarixli qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrinin zəbt edilməsinə yönələn cavabdehlər Şəxs, X6 və X1 hərəkətlərinin qanunsuz hesab edilmiş və bu cür hərəkələrə son qoyulması, X7 və X8 aid (Binəqədi Rayon Məhkəməsinin 2-2405/2000 saylı, 02.05.2000ci il tarixli qətnaməsi ilə X4 istifadəsinə verilmiş -2 yaşayış otağı -20 kv/m və 12 kv/m yardımçı sahə 18 kv/m olan) yaşayış sahəsindən istifadə etmə qaydalarına cavabdehlər Şəxs, X9 və X11 tərəfindən edilən müdaxilələri aradan qaldırılması müəyyən olunmuşdur. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramin Muradov izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10521/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında yerləşən mübahisəli yaşayış sahəsi üzərində X10 və X3 hüquqlarını məhdudlaşdıran və Binəqədi Rayon Məhkəməsinin 2-2405/2000 saylı, 02.05.2000-ci il tarixli qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrinin zəbt edilməsinə yönələn cavabdehlər Şəxs, X6 və X1 hərəkətlərinin qanunsuz hesab edilmiş və bu cür hərəkələrə son qoyulması, X7 və X8 aid (Binəqədi Rayon Məhkəməsinin 2-2405/2000 saylı, 02.05.2000-ci il tarixli qətnaməsi ilə X4 istifadəsinə verilmiş -2 yaşayış otağı -20 kv/m və 12 kv/m yardımçı sahə 18 kv/m olan) yaşayış sahəsindən istifadə etmə qaydalarına cavabdehlər Şəxs, X9 və X11 tərəfindən edilən müdaxilələri aradan qaldırılması müəyyən olunmuşdur.Bu səbəbdən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatında göstərdi ki, o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10521/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli icra vərəqəsinin icrasından yayınmır.Belə ki, mübahisəli mənzilin açarını artıq qarşı tərəfə vermişdir.Tələbkar isə ondan icra sənədində nəzərdə tutulmayan başqa tələbləri yerinə yetirilməsini tələb edir.Bunu nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X12 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10521/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli icra vərəqəsinin icrasından yayınmır.Belə ki, mübahisəli mənzilin açarını artıq qarşı tərəfə vermişdir.Tələbkar isə ondan icra sənədində nəzərdə tutulmayan başqa tələbləri yerinə yetirilməsini tələb edir.Bunu nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə tələbkarlar məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab edir. Protokolu tərtib edən icra məmuru Ramin Muradovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona dair sənədlər icra şöbəsinə geri qaytarılmalıdır. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. «İcra haqqında» Qanun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmçinin, İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir.İcra haqqında qanun tələblərinə görə birinci növbədə börcluya icra sənədinin könüllü ödəməsi barədə bildiriş göndərməli, borclunu icra şöbəsinə dəvət edərək icra olunmalı olan icra sənədinin məzmunu və icra olunmasının hüquqi nəticələrini ona izah etməli, bu barədə ondan izahat almalı, yalnız görülən tədbirlər nəticə vermədikdə məcburi icra tədbirlərini tətbiq etməlidir.Belə ki, «İcra haqında» qanunun 44.1-ci maddəsinin tələbinə əsasən könüllü ödəmə barədə bildiriş təqdim olunduqdan sonra 10 gün keçmədən şəxs barəsində məcburi icra tədbiri görülə və inzibati xəta haqqında protokol tərtib edilə bilməz.İş materiallarından və borclunun və icra məmurunun da izahatından aydın olur ki, mübahisəli mənzilin açarları artıq tələbkara təqdim olunmuş, beləliklə icra sənədi qismən icra olunmuşdur.Lakin icra məmuru icra sənədinin qalan hansı hissəsinin icra olunmadığını aydınlaşdırmadan və bu barədə borclunu məlumatlandırmadan onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir.Buna görə də, bu qüsurlar İXM-nin 109.1.6-cı maddəsinə əsasən protkol və digər sənədlərin natamam tərtib edilməsi kimi qəbul edilməlidir.Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Binəqədi Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25.05.2021-ci il tarixli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar