Məhkəmə qərarları › İş №3(001)-2110/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2110/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2110/2020 13.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Firmasının nümayəndəsi X9 iştirakı ilə, Şəxs Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Şəxs Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, MN №0433462 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs Firması 806809,50 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından xx xxx 2018-ci iltarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 218449,04 ABŞ dolları məbləğində vəsaiti hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs Firması tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt “xxxxxxxxx” ASC-nin Mərkəzi Banka ünvanlanan M/12-1325 saylı xx xxxxxx 2019-cu il tarixli məktubu və ona əlavə edilmiş sənədlərlə təsdiq edilir. Ona görə də xx xxxx 2020-ci il tarixdə onun barəsində MN №0433462 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Firmasının nümayəndəsi X11 izahatında bildirmişdir ki, Şəxs Firması ilə «X1» SC ilə boruların alınması üçün üç müqavilə imzalanmışdır. 7T1/12-15 saylı xx.xx.2015-ci il tarixli; 7T1/60-16 saylı xx.xx.2016-cı il tarixli və 7T1/09-19 saylı xx.xx.2019-cu il tarixli müqavilələr. xx xxx 2018-ci il tarixdə 7T1/60-16 saylı xx.xx.2016-cı il tarixli müqavilə əsasında 806.809,50 ABŞ dolları boruların alınması üçün qabaqcadan ödəniş etməklə «X1» SC-nin hesabına köçürülmüşdür. xx.xx.2018-ci il tarixdə 11138,99 ABŞ dolları məbləği olan SWİFT üzrə qismən geri qaytarılıb 8700.61. qalan qalıq üzrə isə başqa müqavilələrlə «X1» SC tərəfindən mallar Azərbaycana göndərilib. «X1» SC ilə üç müqavilə bağlansa da pul yalnız bir müqavilə əsasında ödənilmişdir. Digər müqavilələr üzrə ölkəyə idxal olunan mallar da xx xxx 2018-ci il tarixdə 7T1/60-16 saylı müqavilə əsasında ödənilmiş pula görə idxal olunmuşdur. Mərkəzi bankın protokol tərtib etməsinin səbəbi digər müqavilələr üzrə pul ödənilmədən ölkəyə mal idxal olunmasıdır. Halbu ki, qarşı tərəflə bizi bir birimizə heç bir borcumuz və qarşılıqlı öhdəliyimiz qalmayıb. «X1» SCnin hesabına xx.xx.2016-cı il müqaviləsi üzrə ödənilmiş 806,809,80 ABŞ dolları hesabına xx.xx.2015-ci il tarixli müqaviləyə görə 236,022,44 ABŞ dolları miqdarında «X1» SC bizim onlara olan borcumuzu silmiş və 354,776,20 ABŞ dolları miqdarında borular göndərilmişdir. Həmin tarixə «X1» SC-nın bizim şirkət qarşısında xx.xx.2016-cı il tarixli kontrakt əsasında 223,030,64 ABŞ dolları miqlarında borcu yaranmışdır. Həmin borcun hesabından xx.xx.2019-cu il tarixli kontrakt əsasında şirkətə 227018,04 ABŞ dolları miqdarında borular göndərilmişdir. Hal-hazırda şirkətin bizə, bizm də «X1» SC na heç bir borcu yoxdur, müqavilələr üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi yoxdur. Ödənilmiş pullar üzrə mallar ölkəyə vaxtında idxal olunmuşdur. «X1» SC ilə onlar mütəmadi işlədikləri üçün hər il aralarında olan müqaviləni yeniləyirlər. Daxil olmuş mallar isə xx.xx.2016-cı il tarixli müqavilə əsasında ölkəyə idxal edilmişdir. Digər müqavilələr üzrə «X1» SC hesabına pul ödənilməmişdir. Onların cərimə olunmaları tam əsassız və qanunsuzdur. İş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan X6 məktubundan görünür ki, xx.xx.2016-cı il tarixli 7T1/60- 16 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixində onların hesabına 806809,80 ABŞ dolları köçürülmüşdür. 7T1/12-15 saylı xx.xx.2015-ci il tarixli müqavilə üzrə Şəxs Firmasına 354776,20 ABŞ dolları həcmində göndərilmiş boru məbləğindən 236022,44 ABŞ dolları borclarına silinmişdir. Ondan sonra Şəxs Firmasına xx.xx.2016-cı il tarixli 7T1/60-16 saylı müqavilə üzrə 223030,64 ABŞ dolları borcları qalmışdır. 7T1/09-19 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə Şəxs Firmasına 227018,04 məbləğində 6 vaqon boru göndərilmişdir. Hazırki vaxta Şəxs Firması qarşısında bütün öhdəliklərini yerinə yetirmişdir. İş materiallarında olan "xxxxxxxxxx" ASC-nin məktubundan görünür ki, "Şəxs" firmasının (VÖEN: **********, İBAN: AZ29MUGA**********04334USD03) xx.xx.2018-ci il tarixdə 7T/60-16 saylı xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən X8 806809,50 ABŞ dolları (səkkiz yüz altı min səkkiz yüz doqquz ABŞ dolları 50 sent) malların (borular) alınması üçün qabaqcadan ödəniş kimi vəsait köçürülmüşdü. xx.xx.2018-ci il tarixdə 11138,99 ABŞ dolları məbləğli olan SWİFT üzrə qismən geri qaytarılıb 8700,61 ABŞ dolları, qalan qalıq isə X6 başqa müqavilələr (7T1/09-19 saylı xx.xx.2019-cu il tarixli və 7T1/12-15 saylı xx.xx.2015 il tarixli) üzrə mal daxil olub. 1) **********7580 saylı xx.xx.2018-ci il tarixli (83646,36 USD), 2) **********0375 saylı xx.xx.2018-ci il tarixli, (86117,85 USD), 3) **********3976 saylı xx.xx.2019-xu il tarixli (37600,58 USD), 4) **********4719 saylı xx.xx.2019-cu il tarixli (38213,88 USD), 5) **********1926 saylı xx.xx.2019-cu il tarixli (37788,54 USD), 6) **********4749 saylı xx.xx.2019-cu il tarixli (38213,88 USD), 7) **********3982 saylı xx.xx.2019-cu il tarixli (37600,58 USD), 8) **********938 saylı xx.xx.2019-cu il tarixli (27600,58 USD), 9) **********7658 saylı xx.xx.2018-ci il tarixli (qalıq 173873,29 USD), 10) **********5122 saylı xx.xx.2018-ci il tarixli (qalıq 240139,40 USD) gömrük bəyannamələri qeyd olunub və təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, "Şəxs" firması tərəfindən 806809,50 ABŞ dolları X6 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli MN №0433462 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Şəxs Firmasına verilmiş 879 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Firmanın “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Binəqədi filialındakı AZ85İBAZ******************** cari manat hesabı və AZ75İBAZ******************** valyuta hesabından X3 metallurq zavoduna 7T1/09-19 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən heç bir vəsait köçməyib. İş materiallarında olan “xxxxxxxxxx” ASC tərəfindən Şəxs Firmasına verilmiş 13- 02/297 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Şəxs Firması (İBAN: AZ96RBTA******************** Vöen: **********) 7T1/09-19 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Rusiya X8 heç bir vəsait köçürülməmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Şəxs Firmasına verilmiş arayışdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC “İçərişəhər” filialı müştərimiz olan “Şəxs" Firması (VÖEN: **********, İBAN: AZ81TCZB********************) 7T1/09-İ9 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən X7 Metallurq zavoduna heç bir vəsait köçürməmişdir. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC tərəfindən Şəxs Firmasına verilmiş 12/08 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Şəxs Firması (VÜEN **********), direktor X10 tərəfindən Bank VTB (Azərbaycan) 1 № “Əcəmi” filialında xx.xx.2019-cu il tarixində AZ91VTBA**********4166AZN001 saylı AZN hesabı, AZ95VTBA**********4166USD001 saylı USD hesabı və AZ43VTBA**********4166EUR001 saylı Avro hesabı açılmışdır. Bu hesablar üzrə xx.xx.2020-ci il tarixə qədər heç bir dövriyyə olmamışdır. İş materiallarında olan “xxxxxxxxx” ASC tərəfindən Şəxs Firmasına verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, "Şəxs" firması (VÖEN: **********, İBAN: AZ29MUGA**********04334USD03) 7T1/09-19 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Rusiya Viksuniskiy metallurq zavoduna heç bir vəsait köçürülməmişdir. İş materiallarında olan “xxxxxxxx” ASC tərəfindən Şəxs Firmasına verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, "Şəxs” Firması MMC (İBAN: AZ49NİCB**********0009A40060 Vöen **********) 7T1/09-19 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə Rusiya X8 heç bir vəsait köçürülməmişdir. İş materiallarında olan “xxxxxxxxx” ASC tərəfindən Azərbaycan Respublikasının Maliyyə X4 ünvanlanan xx.xx.2019-cu il tarixli, M/12-1325 saylı məktubundan görünür ki, Şəxs Firması tərəfindən qabaqcadan ödənişin aparıldığı gündən 270 gün müddəti tamam olmasına baxmayaraq malların ölkəyə idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarında olan Azərbacan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs Firmasına ünvanlanan bildirişdən müəyyən olunur ki, MMC-yə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə bank hesabından xx xxx 2018-ci il tarixdə 806809,50 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişlə əlaqədar köçürülmənin aparıldığı tarixdən 270 gün ərzində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sübutlarını (gömrük bəyannaməsi və ya idxal olunna xidmətlərin göstərilməsini təsdiq edən sənəd, qabaqcadan ödənilmişməbləğin geri qaytarılmasını təsdiq edən sənəd və s.) təqdim etmədikləri halda, xx xxxx 2020-ci il tarixdə saat 11:00-da Azərbacan Respublikasının Maliyyə X5 inzibati xəta haqqında protokolun tərtib olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan Şəxs Firması tərəfindən “xxxxxxxxx” ASC-yə ünvanlanan məktubdan görünür ki, Şəxs Firması xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci tarixədək müddətdə X2 metal zavoduna metal boru alınması üçün 2760071,50 ABŞ dolları dəyərində pul vəsaiti köçürmüş və əvəzində Vıksunski metal zavoddan 2289879,43 ABŞ dolları dəyərində metal boru almışdır. Qalıq vəsaitin bir hissəsi yəni 236022,44 ABŞ dolları Şəxs Firmasının Vıksunski metal zavoddan 2016-cı ilin fevral ayında aldığı metal borulara görə qalıq borcuna ödənilmiş, 11138,99 ABŞ dolları dəyərində pul vəsaiti isə Vıksuniski metal zavoddan xx.xx.2018-ci il tarixdə Şəxs Firmasının “xxxxxxxxx” ASCnin Mərkəzi filialında olan hesablaşma hesabına qaytarılmışdır. Hal-hazırda Vıksunski metal zavodun Şəxs Firmasına olan borcu 223030,64 ABŞ dollarıdır ki, həmin vəsait dəyərində metal boru onların sifarişinə əsasən 2019-cu ilin mart ayı ərzində Şəxs Firmasına Vıksunski metal zavod tərəfindən göndəriləcəkdir. xx.xx.2018-ci il tarixli **********7580 nömrəli və xx.xx.2018-ci il tarixli **********0375 nömrəli Gömrük bəyannamələrində qeyd olunan müqavilə nömrələri Bakı Baş Gömrük İdarəsində Gömrük bəyannaməsi yazılan zaman texniki səhv nəticəsində kontrakt 7T1/60-16 – xx.xx.2016-cı il əvəzinə kontrakt 7T1/12-15 – xx.xx.2015-ci il yazılmışdır. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, mallar Viksuniskiy metallurq zavodu tərəfindən Şəxs Firmasına göndərilmişdir. Ödənilmiş məbləğ müqabilində qanunla müəyyən edilmiş müddət ərzində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1282/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarlarından görünür ki, Orxan – N MMC-nin şikayəti qismən təmin edilərək inzibati tənbehin obyekti olmuş 218449,04 ABŞ dolları məbləğinin 20% məbləğində-43.689,808 ABŞ dolları məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(001)-165/2020-ci il tarixli qərarından məlum olur ki, Şəxs firmasının İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(001)-1066/2019 saylı və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1282/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarlarının icrasına Azərbaycan Respublikasının rezident və qyeri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.31.3-cü bəndinə edilmiş xx.xx.2020-ci il tarixli dəşikliyə əsasən xitam verilmişdir. İş materiallarında olan "xxxxxxxxxx" ASC-nin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, "Şəxs" firmasına **********3976 saylı gömrk bəyənnaməsi üzrə xx.xx.2019-cu il tarixdə 37600,58 USD, **********4719 saylı gömrük bəyənnaməsi üzrə xx.xx.2019-cu il tarixdə 38213,88 USD, **********1926 saylı gömrük bəyənnaməsi üzrə xx.xx.2019-cu il tarixdə 37788,54 USD, **********4749 saylı gömrük bəyənnaməsi üzrə xx.xx.2019-cu il tarixdə 38213,88 USD, **********3982 saylı gömrük bəyənnaməsi üzrə xx.xx.2019-cu il tarixli 37600,58 USD, **********938 saylı xx.xx.2019-cu il tarixli gömrük bəyənnaməsi üzrə 27600,58 USD məbləğində mallar ölkəyə idxal olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan mallar yeni Qaydalara əsasən vaxtında ölkəyə idxal olunduğu üçün nəzərə alnmalıdır. Məhkəmə, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. İnzibati xətanın tərkibinin olmaması «xxxxxxxxx» ASC-in Binəqədi rayon məhkəməsinə təqdim etmiş yuxarıda qeyd olunan xx.xx.2020-ci il tarixli məktubla tam təsdiq olunur. Hesab edirəm ki, inzibati xəta haqqında materialda olan sübutlarla Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi halı sübut edilmədiyindən, yəni xx xxx 2018-ci il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 218.449,04 ABŞ dolları miqdarında pulun müqabilində qanunda nəzərdə tutulmuş 2 il müddətində mallar ölkəyə idxal edildiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53, 114 və 430-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx xxxx 2020-ci il tarixli, MN №0433462 saylı inzibati xəta haqqında protokol üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar