Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2110/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil və zərər çəkmiş şəxs (tələbkar) X1 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan Şəxsnıun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru izahat verərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2017 saylı, 30.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X1 xeyrinə, cəmi 5131 manat pul tutulmalıdır. İcra vərəqəsi üzrə hazırkı günə cəmi 5131 manat məbləğində borcu yaranmışdır. İcra vərəqəsinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra qeydinin icrasından yayınmışdır. Ona görə də, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2017 saylı, 30.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən ondan X1 xeyrinə cəmi 5131 manat pul tutulmalıdır. O, hazırki günə tələbkara ödənilməsi üçün İcra şöbəsinin depozit hesabına 650 manat ödəniş etmişdir. Lakin hal-hazırda maddi imkanı olmadığı və pandemiya ilə əlaqədar olaraq işləmədiyi üçün icra sənədi üzrə borcunu tam ödəyə bilməmişdir. O, Qarabağ müharibə veteranı olduğuna görə aldığı 80 manatın 50 manatını hər ay tələbkara ödəyə bilər. Bundan başqa yaxın vaxtlarda aylıq əmək haqqı 400-500 manat olmaqla satıcı vəzifəsinə işə düzələcəkdir. O, tələbkara borcundan hər ay, ümumilikdə, 250-300 manat ödəniş edə bilər. Əməlindən peşmandır, himayəsində iki övladı və xəstə anası vardır. Ona görə də, qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ödənişlərdən qəsdən yayınmaq niyyətində deyil, maddi vəziyyəti zəif olduğundan və pandemiya ilə əlaqədar olaraq işləmədiyi üçün hazırda borcu ödəyə bilmir. Borclu tələbkara borcundan hər ay, ümumilikdə, 250-300 manat ödəniş edə bilər. Ona görə də, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs (tələbkar) X2 izahat verərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2017 saylı, 30.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs onun xeyrinə cəmi 5131 manat pulun tutulması qət edilmişdir. Lakin Şəxs qeyd edilən qətnaməni hazırki günə kimi icra etməmişdir. O, Şəxs şikayətçidir və borcunu tam tələb edir. O, aylıq 150 manat olmaqla kirayədə qalır, maddi vəziyyəti ağırdır. Borclu tikinti işi ilə məşğuldur və ödəniş etmək qabiliyyətinə malikdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə olunmuş: Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2017 saylı, 30.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X1 xeyrinə cəmi 5131 manat pul tutulmalıdır. Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hadıyeva Güneyin 15.02.2018ci il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmış, 20.11.2019-cu il tarixli qərarla ərazi aidiyyatı üzrə icra olunması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 15.02.2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs icra sənədində göstərilən tələbin təmin edilməsi təklif olunur, göstərilən tələbin üzrsüz səbəbdən icra etmədəyi təqdirdə məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq olunur. Sabunçu rayon Məhkəməsinin 03.05.2019-cu il tarixli qərardadından görünür ki, həmin məhkəmənin 2(008)-3062/2017 saylı, 30.05.2017-ci il tarixli qətnaməsi üzrə tələbin hissə-hissə icra edilməsinə dair Şəxs ərizəsi rədd edilmişdir. Ödəmə qəbzlərindən görünür ki, Şəxs qeyd edilən borcdan 650 manat ödəniş etmiş, sonuncu ödəniş 25.11.2019-cu il tarixdə həyata keçirilmiş, həmin tarixdən sonra təkrar ödəniş olmamışdır. 26.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Xipiyev X4 Rayon Məhkəməsinin 2(008)-3062/2017 saylı, 30.05.2017-ci il tarixli icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatlarını və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, 15.02.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmasına, icra məmuru tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, borclunun 5131 manat borcunun olması, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2110/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2110/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver