Məhkəmə qərarları › İş №3(001)-2111/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2111/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2111/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu X2 Azərbaycan Respublikası DİN Baş Dövlət X8 EQ3710704 saylı inzibati xəta haqqında qərarından şikayətinin icraata qəbul edilməsi məsələsinə baxaraq MÜƏYYƏN ETDİM : X1 Rayon Məhkəməsinə Azərbaycan Respublikası DİN Baş Dövlət X7 şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayət materialını araşdıraraq, X2 Binəqədi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməsində inzibati qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Şikayət verən X4 tərəfindən ərizə tərtib edilərkən forma və məzmun tələblərinə riayət edilməmiş, məhkəməyə şikayətlə müraciət edilməli olduğu təqdirdə ərizə ilə müraciət edilmişdir. Ərizədə şikayət olunan qərarın nömrəsi və tarixi qeyd olunmamış, eləcə də, qərar şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət X8 EQ3710704 saylı inzibati xəta haqqında qərarından şikayətinin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət X6rşı verdiyi ərizəsi geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar