Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2113/2023 16.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər X18 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, o, ünvan 1 ünvanda “Hyundai Sonata”, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman polis əməkdaşı onu saxlamışdır. Polis əməkdaşı özünü təqdim edərək onun svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirdiyini bildirmişdir. Buna görə də barəsində Bakı şəhər DYPİ YPX inspektoru, polis baş serjantı X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması) ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, svetoforun yaşıl işığı yandığı üçün hərəkətini davam etdirmişdir. Buna görə də onun barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Daha sonra o, Bakı şəhər DYPİ-yə ərizə ilə müraciət edərək inzibati araşdırmada onun iştirakının təmin olunmasını və onun iştirakı ilə inzibati xətanın baş verməsi iddia edilən ərazinin vıdeomüşahidəsini aparan kamera görüntülərinə baxaraq iş üzrə obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhər X8. Onun iştirakı ilə kamera görüntülərinə baxış keçirilmiş, bu zaman onun arxası ilə iki avtomobil gəlmiş, lakin polis əməkdaşı onun avtomobilini saxlamışdır. Həmin tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, bu qərar ilə razılaşmadığı üçün məhkəməyə müraciət etməyi fikirləşdi. Buna görə də polis əməkdaşından kamera görüntülərini istədi. Lakin o, kamera görüntülərini ona təqdim etməyi qanunun yol vermədiyini bildirdi. Yalnız məhkəmə istədiyi təqdirdə diskin məhkəməyə göndəriləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə Elektron ünvan email poçtuna kamera görüntülərinin təqdim edilməsi barədə müraciət olunmuş, lakin görüntü təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 61.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. Deyəsən Bakı şəhər DYPİ-nin polis əməkdaşı Azərbaycan Respublikası İXM-nin 61.1.8-ci maddəsinin mövcudluğundan xəbəri yoxdur. Daha sonra o, xx.xx.2023-cü il tarixdə Bakı şəhər DYPİ-yə gedərək TP5664519 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı aldı. Məhkəmə iclasında iştirak edən X10 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Bakı şəhər X18 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati orqan nümayəndəsinin iştirakını təmçin etməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X9 idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə 60 manat mələğində cərimə edilmişdir. İnzibati orqan tərəfindən məhkəməyə təqdinm edilmiş 1 ədəd CD diskə baxış keçirilən zaman həmin diskdə 2 ədəd video görüntü müəyyən edilmişdir. Həmin video görüntüdən yol patrul xidmətinə məxsus nəqliyyat vasitəsinin avto registrdə qeydə alınmnış görüntüdə “Hyundai Sonata” minik markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi halı müəyyən edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarına əsasən X9 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görənəqliyyat vasitələrinin sürücüləri altmış manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi inzibati xətalar haqqında işlər üzrə icraata başlanılmaması və başlanmış icraata xitam verilməsinin əsaslarını müəyyən edir. Belə ki, Yol hərəkəti haqqında Qanunun 2-1-ci bəndinə görə yol hərəkətinin təşkilinin texniki vasitələri - yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s). İş materiallarından, o cümlədən inzibati xəta hadisəsi törədilməsi ilə əlaqədar pozuntu faktını təsdiq edən video görüntüdən müəyyən edilmişdi ki, xx.xx.2023-cü il saat 10:34 dəqiqədə Hyundai Sonata” minik markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi X9 tərəfindən inzibati xəta hadisəsi törədilmiş və əsaslı olaraq barəsində inzibati xəta haqqıda qərar qəbul edilmişdir. İnzibati xəta hadisəsinin mövcudluğu məhkəmə araşdırması zamanı iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Bakı şəhər X18 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2113/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2113/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver