Məhkəmə qərarları › İş №3(001)-2114/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2114/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2114/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin Müşayiət-Eskort Bölüyü YPX-nin baş inspektoru polis kapitanı X4 TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin Müşayiət-Eskort Bölüyü YPX-nin baş inspektoru, polis kapitanı X4 TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş inzibati qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında çıxış edən X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs X6 (sürücülük vəsiqəsi nömrəsi: AC051008) 23 Fevral 2023-cü il tarixdə, saat 18:00 radələrində Ayna Sultanova deyilən dairədən Ziya Bünyadov prospektinə körpünün altından (üzü Koroğlu metrosu istiqamətinə) sola dönərkən sağ tərəfdəki ərzaq marketinə çatmağa yaxın, idarə etdiyi Honda Pilot **-BG-*** nömrə nişanlı avtomobilinə arxadan gələn X9 İO **-MX-*** nömrə nişanlı avtomobil zərbə vurmuşdur.Dərhal DYP əməkdaşını hadisə yerinə çağırmış, Sığorta (Xalq Sığorta) əməkdaşına məlumat verilmişdir.DYP əməkdaşı əraziyə gəldikdə qəzaya yerində baxış keçirmiş və Bakı şəhəri DYP yol patrul xidmətinin əməkdaşı X7 onun heç bir günahının olmadığını bildirmiş, sadəcə sərxoşluqla bağlı testi almağı və növbəti gün səhəri Badamdarda yerləşən şəhər DYP-yə onun qəbuluna yaxınlaşmasını ona bildirmişdir.Hüquqlarını müdafiə etdiyi şəxs X6 bu qaydada səhər qəbulda olmuş, ona bildirilmişdir ki, sərxoşluqla bağlı problemi yoxdur və avtomobil də arxadan vurulduğu üçün onun günahı olmadığından sadəcə 10 iş günü Forma 4-ü gözləmək lazim olacaq, daha sonra bu sənədə əsasən Sığorta maliyyələşməni həll edəcəkdir.Daha sonra martın 13-ü Sığorta Şirkətinə zəng etdikdə isə ona oradan bildirmişdirlər ki, Forma 4 gəlib, 3 iş günündən sonra zərərin ödənilməsi üçün büdcə təsdiq olunacaq.Daha sonra ona cavab gəlməmişdir.Martın 17-si soruşanda bayramdan sonra ona cavab verəcəklərini söyləmişlər.Mart ayının 27-si Sığorta ilə əlaqə saxladıqda isə ona bildirdilər ki, zərəri ödəyə bilmirlər, çünki, avto qəzada günah onda olub.Daha sonra həmin gün hadisəni qeydə alan sığorta əməkdaşı Orxan adlı əməkdaşla əlaqə saxlamış, bildirmişdir ki, onlar hadisə zamanı şəkilləri alıb sistemə işləyiblər, orada sizin heç bir günahınız olmayıb. Daha sonra sistemə baxıb bildirmişdir ki, ona protokol yazılıb və o protokolu imzalamaqdan imtina etmişdir.Halbuki elə bir hal olmamışdır, Tural Əlizadənin inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol ona verilməmişdir.Bundan sonra sözügedən protokolun əldə olunması üçün Bakı şəhəri Baş Polis idarəsi X14 idarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli, TP№5600529 saylı qərarı xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə əldə etmişdir.O, həmin qərarla razı deyildir.Ona görə də, xx.xx.2023-cü il tarixli, TP№5600529 saylı qərardan şikayət etmək qərarına gəlmişdir.İş materiallarına əlavə edilən videogörüntüyə diqqət edən zaman açıq şəkildə görünür ki, X9 İO **-MX-*** nömrə nişanlı avtomobilin sürücüsü gəldiyi sürətlə X3 idarə etdiyi Honda Pilot **-BG-*** nömrə nişanlı avtomobili toqquşur, lakin Bakı şəhəri Baş Polis idarəsi X14 idarəsinin müşaiyəteskort Bölüyü yol patrul xidmətinin inspektoru, polis kapitanı X7 xx.xx.2023-cü il tarixli, TP№5600529 saylı qərarında günahın məhz X5 olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərar qəbul edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat miqdarında cərimə tətbiq etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Bakı şəhəri Baş Polis idarəsi X14 idarəsinin müşaiyət-eskort Bölüyü yol patrux xidmətinin inspektoru, polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP№5600529 saylı qərarı ləğv edilməsi, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, şikayət vermiş şəxsin nümayəndə və vəkilini dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin Müşayiət-Eskort Bölüyü YPX-nin baş inspektoru polis kapitanı X4 TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort Bölüyü YPX-nin baş inspektoru polis kapitanı X4 TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 17:40-da Z.Bünyadov prospekti- Atatürk prospekti ərazisində “Honda Pilot MİNİK” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilən zaman aydın olmuşdur ki, YPX-nın əməkdaşı tərəfindən səthi araşdırma aparılmışdır.Həmçinin, məhkəmə baxışı zamanı hadisənin baş verməsini əks etdirən video görüntülərə baxış keçirilmiş və qəzanın baş verməsinin X1 təqsirli hərəkətləri nəticəsində baş verib-verməməsini tam aydınlaşdırmaq mümkün olmamışdır.Halbuki, belə mübahisəli hallarda DYP əməkdaşı dərhal hadisə yerinə gəlməli, hadisənin plan sxemi tərtib olunmalı, zəruri hallarda mübahisə olduqda hadisə yerinə ekspert və ya mütəxəssis dəvət olunmalı idi.Lakin DYP əməkdaşı tərəfindən qeyd edilən hallar nəzərə alınmamışdır.Həmçinin, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair səlahiyyətli orqan qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir.Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin Müşayiət-Eskort Bölüyü YPX-nin baş inspektoru polis kapitanı X4 TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş prosedurlara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin Müşayiət-Eskort Bölüyü YPX-nin baş inspektoru polis kapitanı X4 TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar