Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2117/2023 16.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC 1170000.00 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 1170000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmənin iclasında "xxxx" MMC-nin nümayəndəsi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 çıxış edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən ödənilmiş pul və ya malın Azərbaycan Respublikasına qaytarılmamasına səbəb həmin pul vəsaitinin "xxxx" MMC-yə qarşı dələduzluzluq yolu ilə mənimsənilməsi olmuşdur. Bununla bağlı "xxxx" MMC tərəfindən Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur. Belə ki, Rusiya Federasiyasının İstintaq orqanının müstəntiqi E.A.Mamayev tərəfindən xx.xx.2022-ci il tarixli **********900400453 saylı cinayət işinin başlanılması haqqında qərar qəbul edilmişdir və hazırda cinayət işi davam etdirilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 19 aprel 2023-cü il tarixli, EP ******* nömrə ilə tərtib etdiyi İnzibati xəta haqqında protokol tamamilə əsassız və qanunsuzdur. Belə ki, inzibati xəta haqqında protokol tərtib olunarkən hüquqi şəxsin nümayəndəsi dəvət edilməmiş, protokolda soyadı, adı və ata adı göstərilməmiş, onun izahatı alınmamış, hüquq və vəzifələrinin izahına dair qeyd aparılmamış, protokolun surəti MMC-yə təqdim edilməmişdir. Qanunverici tərəfindən isə müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmalı, hüquq və vəzifələri izah edilməli və inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalıdır. Protokolu tərtib edən əməkdaş hüquqi şəxsin səlahiyyətli nümayəndəsini dəvət etmədən, onun iştirakı olmadan, hər hansı araşdırmşa aparmadan qeyd edilən protokolu tərtib etmişdir. Bundan başqa qeyd edilən protokol sadəcə bankın məlumatına əsasən tərtib edilmişdir. Halbuki, mallar faktiki olaraq idxal edildiyi halda banka məlumat verilməmiş də ola bilər. Lakin protokol tərtib edən səlahiyyətli şəxs tərəfindən malların həqiqətən idxal edilib-edilməməsi dəqəqiləşdirilməmiş, idxal edilməməsinin səbəbləri, həmin səbəblərin üzürlü olub-olmaması, müvafiq şəxslərin təqsirinin isə olub-olmaması araşdırılmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Bu səbəbdən, qeyd edilənlərin nəzərə alınaraq, "xxxx" MMC barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X6 tərəflərindən tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC-nin nümayəndəsi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş Altay diyarı üzrə Rusiya DİN Bİ Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Bələdiyyələr arası idarəsi “Biyskoye” nin baş müstəntiqi K.Y.Kolesnikov tərəfindən imzalanmış 09 iyun 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Makarçuk O.Y. "xxxx" MMC ilə aralarlnda bağlanmış təchizat müqaviləsinin 75-ci maddəsinə uyğun olaraq, malların tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməmiş, "xxxx" MMC-yə məxsus pul vəsaitlərini oğurlamış və 1.170.000 rubl olan xüsusi ilə külli miqdarda maddi ziyana səbəb olmuşdur. Vəsaitlərin mənimsənilməli ilə bağlı X2 sənətin 4-cü hissəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Bundan əlavə 24 mart 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə qədər Altay diyarı Biysk şəhərində olan naməlum şəxs dələduzluq və etibardan sui istifadə etməklə "xxxx" MMC ilə tədarük müqaviləsini bağlayaraq malların tədarükü öhdəliyini yerinə yetirməmiş, bununla da "xxxx" MMC-yə 1.135.000 rubl məbləğində maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən RF-nin CM-in 159.4-cü maddəsinə əsasən cinayət işi başlamış və icraata qəbul edilmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş arayışlardan birində həmin pul vəsaitinin məbləği 1.170.000 rubl göstərilmiş, Makarçuk O.Y. tərəfindən mənimsənilməsi göstərilmiş, digər arayışda isə həmin pul vəsaitinin məbləği 1.135.000 rubl göstərilmiş, naməlum şəxslər tərəfindən mənimsənilməsi qeyd edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş 29 mart 2021-ci il tarixli müqavilədən görünür ki, göstərilən müqavilə "xxxx" MMC ilə X7 arasında bağlanılmışdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən isə 29 mart 2021-ci il tarixli müqavilədə tərəf kimi göstərilən X7 ilə Makarçuk O.Y. arasında hansı bağlantının olması, həmin pul vəsaitləri X4 göndərilsə də, hansı səbəbdən qərarda həmin pul vəsaitinin Makarçuk O.Y. tərəfindən mənimsənilməsinin göstərilməsi müəyyən edilmir. Bundan başqa məhkəməyə "xxxx" MMC tərəfindən 14 fevral 2022-ci il tarixli “Şahidin dindirilməsi protokolu” və 22 fevral 2023-cü il tarixli “Müqəssirin dindirilməsi protokolu” təqdim olunmuşdur. Həmin protokollarda Makarçuk O.Y dolayı verdiyi ifadələrində X4 pul vəsaitlərini verdiyini bildirmişdir. Lakin, həmin sənədlər kserosurətdirlər və onların rəsmi sənəd olub-olmamasını müəyyən etmək mümkün deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC-də olan hesabdan 1170000.00 Rusiya rublu məbləğində pul vəsaiti “ИП ШОСТАК ВАДИМ АНДРЕЕВИЧ” hesabına köçürülmüşdür, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən 1170000.00 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin həmin məbləğ hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Vəsaitlərin mənimsənilməli ilə bağlı X2 sənətin 4-cü hissəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Bundan əlavə 24 mart 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə qədər Altay diyarı Biysk şəhərində olan naməlum şəxs dələduzluq və etibardan sui istifadə etməklə "xxxx" MMC ilə tədarük müqaviləsini bağlayaraq malların tədarükü öhdəliyini yerinə yetirməmiş, bununla da "xxxx" MMC-yə 1.135.000 rubl məbləğində maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən RF-nin CM-in 159.4-cü maddəsinə əsasən cinayət işi başlamış və icraata qəbul edilmişdir. Altay diyarı üzrə Rusiya DİN Bİ Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Bələdiyyələr arası idarəsi “Biyskoye” nin baş müstəntiqi K.Y.Kolesnikov tərəfindən imzalanmış 09 iyun 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Makarçuk O.Y. "xxxx" MMC ilə aralarlnda bağlanmış təchizat müqaviləsinin 75-ci maddəsinə uyğun olaraq, malların tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməmiş, "xxxx" MMC-yə məxsus pul vəsaitlərini oğurlamış və 1.170.000 rubl olan xüsusi ilə külli miqdarda maddi ziyana səbəb olmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş arayışa, cinayət işinin başlanması barədə qərara münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iş materiallarında olan köçürmə haqqında ərizədən də göründüyü kimi "xxxx" MMC-nin bank hesabından müvafiq köçürmə ВАДИМ АНДРЕЕВИЧ adlı şəxsin bank hesabına köçürülmüşdür. Nümayəndə tərəfindən təqdim edilmiş müvafiq qaydada tərcümə olunaraq təsdiqlənmiş 24 mart 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə qədər Altay diyarı Biysk şəhərində olan naməlum şəxs dələduzluq və etibardan sui istifadə etməklə "xxxx" MMC ilə tədarük müqaviləsini bağlayaraq malların tədarükü öhdəliyini yerinə yetirməmiş, bununla da "xxxx" MMC-yə 1.135.000 rubl məbləğində maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən RF-nin CM-in 159.4-cü maddəsinə əsasən cinayət işi başlamış və icraata qəbul edilmişdir. Altay diyarı üzrə Rusiya DİN Bİ Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Bələdiyyələr arası idarəsi “Biyskoye” nin baş müstəntiqi K.Y.Kolesnikov tərəfindən imzalanmış 09 iyun 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Makarçuk O.Y. "xxxx" MMC ilə aralarlnda bağlanmış təchizat müqaviləsinin 75-ci maddəsinə uyğun olaraq, malların tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməmiş, "xxxx" MMC-yə məxsus pul vəsaitlərini oğurlamış və 1.170.000 rubl olan xüsusi ilə külli miqdarda maddi ziyana səbəb olmuşdur. Göründüyü kimi, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 24 mart 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərarda naməlum şəxsin dələduzluq və etibardan sui istifadə etməklə "xxxx" MMC ilə tədarük müqaviləsini bağlayaraq malların tədarükü öhdəliyini yerinə yetirmədiyi, həmin pul vəsaitinin 1.135.000 rubl olması göstərilmiş, 09 iyun 2023-cü il tarixli arayışda isə həmin pul vəsaitinin 1.170.000 rubl olması və Makarçuk O.Y. tərəfindən mənimsənilməsi göstərilmişdir. Eyni zamanda həmin arayışdan görünür ki, vəsaitlərin mənimsənilməsi faktına görə X3 cinayət məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi "xxxx" MMC-nin müqavilə bağlayaraq köçürmə etdiyi şəxs ilə dələduzluq faktına görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxs fərqli şəxslərdir. Həmçinin, "xxxx" MMC-nin nümayəndəsi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 tərəfindən təqdim edilmiş şahidin əlavə dindirilmə protokolu, müqəssirin dindirilmə protokolu müvafiq qaydada tərcümə edilərək təsdiq edilmədiyindən, həmçinin, ksero surət olduğundan məhkəmə həmin sənədlərin sübut kimi nəzərə alınmaması qənaətinə gəlir. Beləliklə, müəyyən edilmişdir ki, "xxxx" MMC 1170000.00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2021-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 1170000.00 Rusiya rublu dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1170000.00 Rusiya rublu valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 234000 (iki yüz otuz dörd min) Rusiya rublu, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 Rusiya rublu – 0.027 manat) 4726 (dörd min yeddi yüz iyirmi altı) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2117/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2117/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver