Məhkəmə qərarları › İş №3(001)-2119/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2119/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2119/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli, EXQ ******* nömrəli X7 haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli, EXQ ******* nömrəli X7 haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, X7 haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq X7 haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 mart 2021-ci il tarixdə Binəqədi Rayon Polis idarəsinin 05-ci Polis Bölməsinin sahə inspektoru X3 tibbi maskadan istifadə etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə onu 200 manat cərimə edərək barəsində X5 protokol tərtib etmiş və həmin protokol əsasında 17 mart 2021-ci il tarixli EPQ ******* saylı X7 haqqında qərar çıxarılmışdır. 17 mart 2021-ci il tarixdə özünə məxsus nəqliyyat vasitəsinin mühərrikinin yağının dəyişməsi məqsədi ilə Binəqədi Rayon Məhkəməsinin yaxınlığında yerləşən yağ dəyişmə obyektinə daxil olub avtomobildən düşərkən biri polis geyimində digəri isə mülki geyimdə olan 2 nəfər şəxs həmin obyektə yaxınlaşmışlar. Mülki geyimdə olan naməlum şəxs ona yaxınlaşaraq tanış gəldiyinə görə ad, soyad, ata adının və harada yaşadığını soruşmuş, o isə cavab verdikdən sonra həmin şəxslər oradan uzaqlaşmışlar. Səhəri gün isə mobil telefonuna mesaj gəldikdən sonra ona məlum olmuşdur ki, barəsində EXP1007605 saylı inzibati protokol tərtib edilmiş və 200 manat cərimə olunmuşdur. Həmin şəxslər ona yaxınlaşan zaman burnunda tampon olmuş və həmin tampon açıq aşkar şəkildə görsənmişdir. Mülki şəxs özünü ona polis kimi təqdim etsə idi ona səhhəti barədə məlumat verərdi. O, 2021-ci il mart ayının 1-də “Güvən” klinikasında burun əməliyyatı olunmuş və hal-hazırda nəfəs almaqda çətinlik çəkir, eləcə də həkimi tərəfindən verilmiş arayışdan da görünür ki, 3 ay ərzində maska və s. şeylər burun ucu ilə təmas etməməlidir. Göründüyü kimi, onun barəsində tətbiq edilmiş X5 qərar tamamilə əsassızdır. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşan zaman üzündə ağız boşluğunu tutacaq şəkildə maska olmuş, lakin burnundan əməliyyat olunduğu üçün maskanı burun boşluğuna taxa bilməmişdir. Ona görə də, məhkəmədən Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli, EXQ ******* nömrəli X7 haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 17.03.2021-ci il tarixli, EXP ******* nömrəli X5 protokoldan görünür ki, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə X5 protokol tərtib edilmişdir. 17.03.2021-ci il tarixli, EPQ ******* nömrəli X7 haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinib, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. 01.03.2021-ci il tarixli “Güvən” Klinikasının arayışından görünür ki, X4 01.03.2021-ci il tarixdə klinikada “burun çəpər əyriliyi, xarici burun deformasiyası, alt balıqqulağı hipertoniyası” diaqnozu üzrə əməliyyat olunmuş və ona üç ay ərzində maska və sair şeylər ilə burun ucuna təmasda olmaması məsləhət görülmüşdür. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli, EXQ ******* nömrəli X7 haqqında qərar ləğv edilməli və X5 iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X1 müraciətində və izahatında heç bir inzibati xəta törətmədiyini, ona yaxınlaşıb ad soyadı soruşulan zaman üzündə maska olduğunu, barəsində aparılan icraat barəsində ona heç bir məlumat verilmədiyini və polis tərəfindən dəvət edilmədiyini göstərmişdir. Lakin iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona hansı səbəbə barəsində icraat aparılması haqqında məlumat verilmədən, X5 aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, eləcə də müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs X7 haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X5 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X5 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən X5 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli, EXQ ******* nömrəli X7 haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli, EXQ ******* nömrəli X7 haqqında qərar ləğv edilsin. X5 iş yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar