Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2122/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1983-cü il tarixdə Ermənistanın Respublikasının Quqark şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi işlə məşğul olan, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı, 510, 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospetkində manevr qaydalarını pozduğuna görə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, lakin o, polis əməkdaşlarına tabesizlik göstərmiş və polisin qanuni tələblərinə tabe olmayaraq sənədlərini təqdim etməkdən imtina etmiş, bundan başqa ətrafda səs-küy salaraq ictimai qaydanı pozan hərəkətlər etməklə xırda xuliqanlıq törətmişdir.Həmçinin, o, 23 may 2023-cü il tarixdə tibbi müayinədən keçərkən narkotik vasitədən istifadə etdiyi faktı aşkar edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 535.1ci maddəsilə təqsirli bilinərək onun barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən 22 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Bundan başqa, Şəxs saxlanılarkən ictimai asayişi pozan hərəkətlər edərək xırda xuliqanlıq törətdiyinə görə İXM-nin 510-cü maddəsi ilə təqsirli bilinmiş və onun barəsində Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən 22 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 23 may 2023-cü il tarixdə Narkoloji Dispanserdə müayinə olunmuş və Şəxs narkotik vasitədən istifadə etməsi faktı aşkar olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 206-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən 23 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş protokollar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X5 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospetkində manevr qaydalarını pozduğuna görə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, lakin onlara qarşı tabesizlik göstərmiş və polisin qanuni tələblərinə tabe olmayaraq sənədlərini təqdim etməkdən imtina etmiş, bundan başqa ətrafda yersiz səs-küy salaraq ictimai qaydanı pozan hərəkətlər etməklə xırda xuliqanlıq törətmişdir.Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 23 may 2023-cü il tarixdə Narkoloji Dispanserdə müayinə olunmuş və aşkar edilmişdir ki, Şəxs narkotik vasitədən istifadə etmişdir.Buna görə də, yuxarıda göstərilənləri nəzərə alaraq həmin şəxsin inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq küçəsində 22 may 2023-cü il il tarixdə DYP-nin əməkdaşları tərəfindən saxlanılarkən onlara qarşı heç bir qanunsuz hərəkət etməmiş, polis əməkdaşları onu Şöbəyə dəvət etmiş, o da qanunun tələblərini əməl edərək Polis Şöbəsinə getmişdir, həmçinin heç bir xuliqanlıq hərəkətinə yol verməmişdir.Bundan başqa, Şəxs bildirmişdir ki, o, ümumiyyətlə narkotik vasitədən istifadə etmir.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun barəsində tərtib edilmiş protokolların əsassız olduğunu nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçisi X6 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olduğunu, hər hansı xuliqanlıq hərəkətinə yol vermədiyini, ümumiyyətlə narkotik vasitədən istifadə etmədəyini və Şəxs barəsində tərtib edilmiş protokolların qanunsuz və əsassız olduğunu nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirmişdir ki, o, şəxsi avtomobili ilə bağlı sənədləşdirmə işlərini həll etmək üçün 22 may 2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin DYP şöbəsinə getmiş, orada gözləyərkən bir şəxsin, sonradan adının Şəxs olduğunu bildiyi şəxsin polis əməkdaşları ilə mübahisə etdiyini, şöbədə səs-küy saldığını görmüş, ona yaxınlaşaraq onu sakitliyə dəvət etməyə çalışsa da, həmin şəxs ünvansız söyüşlər söyərək ictimai asayişi pozan qanunsuz hərəkətlərini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini, müdafiəçinin çıxışını, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahid ifadəsini dinləyərək, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələri ilə təqsirli bilinərək inzibati qaydada cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli, 2207 №-li Aktına əsasən müəyyən edilir ki, müayinə zamanı Şəxs sidiyində psixotrop vasitədən (çöküntüsü-MOP müsbət, MET müsbət) istifadə etməsi aşkar olunur. İş materiallarında olan 22 may 2023-cü il tarixli, AZA seriyalı 019132 saylı protokola əsasən məlum olur ki, xx.xx.1983-cü il təvəllüdlü Şəxs 22 may 2023-cü il tarixdə, saat 18:30 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 22 may 2023-cü il tarixli, TP ******* saylı qərara əsasən məlum olur ki, X9 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hal kimi il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyi tam sübuta yetirilmişdir. Belə ki, tərəflərin izahatlarına, şahidin ifadəsinə və iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospetkində manevr qaydalarını pozduğuna görə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, lakin onlara qarşı tabesizlik göstərmiş və polisin qanuni tələblərinə tabe olmayaraq sənədlərini təqdim etməkdən imtina etmiş, bundan başqa ətrafda yersiz səsküy salaraq ictimai qaydanı pozan hərəkətlər etməklə xırda xuliqanlıq törətmişdir.Həmçinin, o, tibbi müayinədən keçərkən narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir.İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 206, 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddə həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu, 206-cı və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, 510-cu, 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs həbs edilməsinin əvvəli, onun inzibati qaydada tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. 3(001)-2122/2023 saylı inzibati işi üzrə müdafiəçi X6 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod- 200156,VÖEN- **********,m/hAZ37NABZ**********0000001944S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB ********************,VÖEN1********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2122/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2122/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver