Məhkəmə qərarları › İş №3(001)-2129/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2129/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2129/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi 11 saylı Vəkil Bürosunun vəkili X3, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ruslan Məmmədovun iştirakı ilə xx.xx.1978-ci il tarixdə Zəngilan rayonu, Mincivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 14 ünvanında yaşayan Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov oğlu icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və icra işindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs xx.xx.2008ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Ruslan Məmmədov izahatında bildirdi ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməlidir.Lakin borclu icra sənədini icra etməkdən qərəzli boyun qaçırır.Bu səbəbdən də, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs aliment borcunu ödəyəcəyini və qərarın icrasından qərəzli şəkildə boyun qaçırmadığını bildirdi.Bunu nəzərə alaraq, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X7 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs aliment borcunu ödəcəyini və qərarın icrasından qərəzli şəkildə boyun qaçırmadığını bildirdi.Bunu nəzərə alaraq, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət tam icra olunmamış, icra sənədinin tam icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət tam icra olunmadığını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır.Eyni zamanda, məhkəmə borclu Şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində 1 (bir) azyaşlı uşağın olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini və gələcəkdə aliment borcunu ödəyəcəyini nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar