Məhkəmə qərarları › İş №3(001)-2132/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2132/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2132/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 04 may 2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 04 may 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 04 may 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat cərimə edilmişdir. Halbuki o, “Daewoo” minik markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci ildə Bakı şəhəri A.M.Cümə küçəsində idarə edərkən heç bir qayda pozuntusuna yol verməmişdir. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar və onun əlavəsi (foto və ya video materiallar) nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetinə yerləşdirilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə görə, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə görə, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 04 may 2023-cü il tarixli qərarından görünür ki, “Daewoo” minik markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə təqsirli bililib 100 (yüz) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci ildə “Daewoo” minik markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri A.M.Cümə küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin Vİİ hissəsinin İ bəndinin tələbini pozaraq yolun hərəkət hissəsinə çəkilmiş 1.3 üfüqi nişanlanma xəttini kəsib əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına çıxaraq hərəkətini davam etdirmişdir. İşin hallarının tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə sorğu verilmiş, sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutlar tələb edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, X3 xx.xx.2022-ci ildə “Daewoo” minik markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri A.M.Cümə küçəsində idarə edərkən yolun hərəkət hissəsinə çəkilmiş 1.3 üfüqi nişanlanma xəttini kəsib əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına çıxaraq hərəkətini davam etdirmişdir. Halbuki, “Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin Vİİ hissəsinin İ bəndinin tələbinə görə 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Məhkəmə inzibati xəta haqqında qərarın və ona əlavələrin real vaxt rejimində tərtib olunmaqla bir gün müddətində internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməməsinin qanunsuzluğu barədə şikayətin dəlillərini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 04 may 2023-cü il tarixli qərarından görünür ki, sözügedən xətanın mövcudluğu Bakı şəhər DYPİ-in operatoru tərəfindən “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameraları vasitəsilə qeydə alınmış arxiv görüntülərinə baxış keçirilərkən aşkarlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi xüsusi texniki vasitələr yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik vasitələrdir. “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameralarının funksiyası isə Bakı şəhərində əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi, asayişin qorunması, baş vermiş hadisələrin canlı olaraq izlənməsi, mümkün terror hadisələrinin qarşısının alınması və eləcə də baş vermiş hadisə zamanı X5 çevikliyinin yüksəldilməsinin təmin olunmasıdır. Başqa sözlə, “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameraları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların real vaxt rejimində aşkarlanmasında istifadə olunan xüsusi texniki vasitə hesab edilmir və buna görə həmin kameraların arxivləşdirdiyi görüntülərə İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində göstərilmiş icraat qaydaları tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 04 may 2023-cü il tarixli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 04 may 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar