Məhkəmə qərarları › İş №3(001)-2133/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2133/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2133/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-in 329.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat cərimə edilmişdir. Halbuki o, “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci ildə Binəqədi rayonu S.S.Axundov küçəsində idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli X6 Protokoldan görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, R.Ç.Rəsulzadə xx.xx.2022-ci ildə saat 17:08-də Binəqədi rayonu S.S.Axundov küçəsində “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməmişdir. TP ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə təqsirli bililib 40 (qırx) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, R.Ç.Rəsulzadə xx.xx.2022-ci ildə saat 17:08-də Binəqədi rayonu S.S.Axundov küçəsində “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(001)-555/2023 nömrəli qərarından görünür ki, X1 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət qismən təmin edilmiş, qərar ləğv edilməklə iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinə göndərilmişdir. TP seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı polis mayoru X4 “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə təqsirli bililib 40 (qırx) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, R.Ç.Rəsulzadə xx.xx.2022-ci ildə saat 17:08-də Binəqədi rayonu S.S.Axundov küçəsində “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməmişdir. İşin hallarının tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə sorğu verilmiş, sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutlar tələb edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, X2 “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci ildə Binəqədi rayonu S.S.Axundov küçəsində idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Belə olan halda aydın olur ki, X2 tərəfindən sözügedən qayda pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində X6 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X6 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən X6 iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, X1 Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsində təqsirli olması sübuta yetirilmədiyindən onun həmin maddə təqsirli bilinib cərimə edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda X6 başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X6 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)X6 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi X6 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən X6 iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X6 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Baş X9 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar