Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2135/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4, X1 iştirakları ilə, Borclu Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində qazıntı işlərinin aparılması cavabdeh Şəxs MMC-yə qadağan edilmişdir. Həmin icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə borclu Şəxs MMC barəsində Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən 22 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində qazıntı işlərinin aparılması cavabdeh Şəxs MMC-yə qadağan edilmişdir. Həmin icra sənədi xx.xx.2023-cü ildə Binəqədi rayon İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası üçün borclu Şəxs MMC-yə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) yerləşdiyi əraziyə baş çəkilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində Şəxs MMC-in işçiləri tərəfindən qazıntı işləri aparılır. Onlara Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsinin tələbi və onun yerinə yetirilməməsinə görə məsuliyyət izah edilsə də, qazıntı işlərini dayandırmamışlar. Tikintiyə rəhbərlik edən şəxs və ya şəxsləri soraqlaşsa da, məsuliyyəti üzərinə götürən olmamışdır. Bu barədə tələbkarın iştirakı ilə akt tərtib edərək ərazidən uzaqlaşmışdır. Növbəti günlərdə tələbkar icra şöbəsi ilə əlaqə saxlayaraq qazıntı işlərinin aparıldığını təkrarən bildirdiyindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) yerləşdiyi əraziyə növbəti dəfə baş çəkilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində Şəxs MMC-in işçiləri tərəfindən qazıntı işləri dayandırılmamış, hal-hazırda da davam etdirilir. Qazıntı işləri ilə məşğul olan şəxslərə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsinin tələbi və onun yerinə yetirilməməsinə görə məsuliyyət təkrarən izah edilsə də, qazıntı işlərini dayandırmamışlar. Bu barədə tələbkarın iştirakı ilə növbəti akt tərtib edərək ərazidən uzaqlaşmışdır. Tələbkarın bildirdiyinə görə bu vaxta kimi icra sənədi icra edilməmiş, icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Buna görə borclu Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətinin uzandığını nəzərə alıb borclu barəsində təsir tədbirləri görülməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində qazıntı işlərinin aparılması cavabdeh Şəxs MMC-yə qadağan edilmişdir. Qərardadın qəbul edildiyi vaxtdan xeyli müddət ötsə də, Şəxs MMC qərardadı icra etməmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində qazıntı işləri apararaq onun qarajdan istifadə etməsini mümkünsuz vəziyyətə gətirmişdir. Bu barədə müxtəlif instansiyalara, o cümlədən televiziya kanallarına müraciətlər etmiş, Şəxs MMC-in qanunsuz hərəkətləri bir sıra televiziya kanallarında da nümayiş etdirilmişdir. İcra məmuru tərəfindən 2 dəfə əraziyə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) yerləşdiyi əraziyə baş çəkilən zaman müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində Şəxs MMC-in işçiləri tərəfindən qazıntı işləri aparılır. İcra məmuru iş icraçılarına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsinin tələbini və onun yerinə yetirilməməsinə görə məsuliyyət barədə xəbərdarlıq etsə də, qazıntı işləri dayandırılmamışdır. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) yerləşdiyi əraziyə növbəti dəfə baş çəkilən zaman müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində Şəxs MMC-in işçiləri tərəfindən qazıntı işləri dayandırılmamış, hal-hazırda da davam etdirilir. Qazıntı işləri ilə məşğul olan şəxslərə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsinin tələbi və onun yerinə yetirilməməsinə görə məsuliyyət təkrarən izah edilsə də, qazıntı işlərini dayandırmamışlar. Bu barədə onun iştirakı ilə müvafiq aktlar tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində ciddi təsir tədbirlərinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu Şəxs MMC-yə rəsmi qaydada məlumat verilməsinə, o cümlədən sms bildirişlər göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında cəmiyyətdən vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə baxılmasının yeri və müddətinin Şəxs MMC-yə vaxtında təkrarən bildirilməsi barədə işdə məlumat olduğunu, cəmiyyətdən işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığını nəzərə alıb, işə Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru R.Məmmədovun, tələbkar K.Aslanovun izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində qazıntı işlərinin aparılması cavabdeh Şəxs MMC-yə qadağan edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsi əsasında həmin tarixdə Binəqədi rayon İcra Şöbəsində icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsinin könüllü icrası borclu Şəxs MMC-yə bildirilmişdir. “SMS bildiriş”in göndərilməsi barədə çıxarışdan görünür ki, borclu Şəxs MMC-in rəhbər şəxsi X6 ********* mobil telefon nömrəsinə xx.xx.2023-cü ildə saat 10:36:04-də aşağıdakı məzmunda sms bildiriş göndərilmişdir: “X2. Sizin borclu tərəf olduğunuz icra sənədi ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsində 107346/2023-14-43 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Dərhal tələbi icra etməyiniz xahiş edilir. Əks təqdirdə barənizdə məcburi icra tədbirləri görüləcəkdir...” Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X7, tələbkar X5 və vətəndaş Cavanşir Aslanov tərəfindən imzalanmış xx.xx.2023-ci il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyriyaşayış sahəsinin (qarajın) yerləşdiyi əraziyə baş çəkilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində Şəxs MMC-in işçiləri tərəfindən qazıntı işləri aparılır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsinin tələbi və onun yerinə yetirilməməsinə görə məsuliyyət izah edilsə də, qazıntı işləri dayandırılmamışdır. Bu barədə akt tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurları X7, X9 və tələbkar X5 tərəfindən imzalanmış xx.xx.2023-ci il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) yerləşdiyi əraziyə baş çəkilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində Şəxs MMC-in işçiləri tərəfindən qazıntı işləri aparılır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)-153/2023 nömrəli icra vərəqəsinin tələbi və onun yerinə yetirilməməsinə görə məsuliyyət izah edilsə də, qazıntı işləri dayandırılmamışdır. Bu barədə akt tərtib edilmişdir. “İcra haqqında” Qanunun: 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İşin qərarın təsviri hissəsində sadalanmış hallarından görünür ki, borclu Şəxs MMC tərəfindən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(001)- 153/2023 nömrəli icra vərəqəsi icra edilməmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) qabaq tərəfində qazıntı işlərinin aparılması cavabdeh Şəxs MMC-yə qadağan edilməsinə baxmayaraq, qazıntı işləri dayandırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətinin uzandığını nəzərə alan məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə borclu Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini borclu Şəxs MMC-in məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs MMC-in Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və sanksiyanın yuxarı həddində tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş borclu Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2135/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2135/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver