Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2138/2023 09.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X11 "xxxx" MMC-nin rəhbəri kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyi və ona 1200 manat inzibati cərimə tətbiq olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi rəisi müavininin “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli Qərarı qanunsuz və əsassızdır, aşağıdakılara görə ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında MMC-nin rəhbərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli olması barədə heç bir mötəbər sübut mövcud deyil, MN ******* nömrəli "inzibati xəta haqqında" Protokolda qeyd etmişdir ki, guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozularaq, X7 və X9 xx.xx.2022-ci il taixdə əmək müqavilələrinə xitam verilərkən onlara düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməməsi qeyd edilmişdir. Həmin şəxslər işdən azad olunduqdan sonra "iş vaxtından artıq işlərə cəlb edilməsi, əmək haqqının hesablanmasında və ödənilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması" barədə Əmək Müşfəttişliyinə şikayət etmişdir. X13 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılan zaman təqsirin sübuta yetirilməsi barədə heç bir əsasın olmadığını bildirmiş və bunu təsdiq edən rəsmi sənədləri təqdim etmişlər. Buna baxmayaraq, qərarından şikayət olunan orqan X13 xidmətinin Bakı şəhər İdarəsi heç bir obyektiv araşdırma aparmadan, təqdim edilmiş sənədləri nəzərə almadan, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Halbuki, təqsir yalnız şübhə doğurmayan və təkzibedilməz sübutlar əsasında təsdiq edilməlidir. İnzibati xəta haqqında protokolun tərtib edilmə qaydaları pozulmuşdur. Halbuki, həmin maddənin tələblərinə əməl edilməklə araşdırma aparılsa və qərar qəbul edilsəydi, X10 şikayətinin tamamilə əsassız olduğu öz təsdiqini tapardı. İnzibati xətalar haqqında iş üzrə icraatın aparılma qaydaları pozulmuşdur. Şikayətçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X13 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi törədilən inzibati xətanın uzanan inzibati xətalara aid olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və tədqiq edilən: İşdə olan izahatdan görünür ki, “X4 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. İnzibati xəta haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X11 barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X11 İXM-nin 192.4-cü maddəsinə əsasən təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Qərarda inzibati xəta pozuntusu kimi-vətəndaş X4 xx.xx.2022-ci il və X9 xx.xx.2022-ci il tarixlərdə əmək müqavilələrinə xitam verilərkən AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq onlara düşən bütün ödəmələrin tam məbləğdə işdən çıxdığı gün ödənilməməsi qeyd edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi inzibati xəta hesab edilir. AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. AR İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə araşdırması nəticəsində işçiyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək haqqının ödənilməsində qanun pozuntusuna yol verilməsi faktı öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq AR İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından da göründüyü kimi inzibati xəta hadisəsi xx.xx.2022-ci il tarixdə törədilməsinə baxmayaraq inzibati orqan tərəfindən vəzifəli şəxs inzibati qaydada məsuliyyətə xx.xx.2023-cü il tarixdə cəlb edilmişdir. İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Uzanan hüquqpozuntuları” başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarı). İXM-nin 53.1.6-cı maddəsinəgör bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən şikayət təmin edilməli və inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2138/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2138/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver