Məhkəmə qərarları › İş №3(001)-2140/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2140/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2140/2020 24.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Qarayev Rövşən İntiqam oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş – Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi polis kapitanı X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 iştirakı ilə, 10.012.1987-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Binəqədi rayonu, Binəqədi kəndində M.Ələkbərov küçəsində yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli 256 saylı Qərarı ilə müəyyən edilmiş karantin rejimini pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsi mərkəzi küçədə ictimai nəqliyyat vasitəsində tibbi maskadan istifadə etməməklə karantin rejimi qaydalarına əməl etməməsi və ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən X4 barəsində Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi polis kapitanı X7 tərəfindən MN seriyalı № ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi polis kapitanı X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Binəqədi qəsəbəsi mərkəzi küçədə ictimai nəqliyyat vasitəsində yoxlanış aparan zaman bir nəfərin tibbi maskadan istifadə etmədiyini görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra tibbi maskadan nə üçün istifadə etmədiyini soruşmuşlar. Həmin şəxs isə cavab olaraq tibbi maskanın cibində olduğunu bildirmiş və polis əməkdaşlarına “get işinlə məşğul ol” deyərək nalayiq iafadələr işlətmişdir.Bundan sonra onu 43-cü PB-ə dəvət etsələr də polisin qanuni tələblərinə məhəl qoymamışdır.Həmin şəxs polis bölməsinə gətirildikdə məlum olmuşdur ki, o, X2r. o, xüsusi karantin rejiminin qaydalarını pozmuşdur. Göstərilənlərə əsasən, X4 ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə də qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə özünütəqsirli bilərək göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 19:30 radələrində işdən evə gələn zaman Binəqədi mərkəzdə avtobusda karantin rejimi ilə əlaqədar yoxlama aparılan zaman tibbi maska əlində oluğu üçün polis əməkdaşları onu avtobusdan yerə çağırmış və İXM-nin 211.2-ci maddəsinin tələbini pozduğunu izah edərək barəsində protokol tərtib etmək üçün aidiyyatı əməkdaşın yanına aparmışlar.O haqlı iradla razılaşmamış və tibbi maskanın əlində olduğunu, telefonla danışdığı üçün çıxardığını bildirmişdir.Daha sonra şəxsiyyətini təsdiq edən sənədi polis əməkdaşlarına təqdim etməmiş və polisin “dayan” tələbini pozaraq getmək istəmişdir.Məhkəmə iclasında X4 ərizə ilə məhkəməyə müraciət edərək ailəli olmasını, himayəsində az yaşlı uşağının olduğunu,yaşlı ata və anasına baxıdığını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir.Əməlindən peşmandır.Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəlub edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan inzibati xəta protokol və raportdan görünür ki, X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli 256 saylı Qərarı ilə müəyyən edilmiş karantin rejimini pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli 256 saylı Qərarının: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. adından və 6.1-ci bəndindən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın; 1.2. 1-ci hissədən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın və həmin hissədə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilsin; 1.3. 1.1.4-cü yarımbənd ləğv edilsin; 1.4. 1.1.5-ci yarımbənddən “onlayn” sözü çıxarılsın; 1.5. 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərdə “2 (iki) saat” sözləri “3 (üç) saat” sözləri ilə əvəz edilsin; 2 1.6. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr”in 6.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.7-ci bənd əlavə edilsin: “6.7. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət).”.

2. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. mətnindən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın; 2.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin; “2.1. 2020-ci il 25 iyul saat 00:00-dan 2020-ci il 27 iyul saat 06:00- dək, 2020-ci il 1 avqust saat 00:00-dan 2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;”; 2.3. 2.2-ci bənddə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilsin.

3. Müəyyən edilsin ki, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”in tələblərinə uyğun həyata keçirilir.

4. Bu Qərar 2020-ci il 20 iyul tarixindən qüvvəyə minir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu X3 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 211.2 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə X3 inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə X1 törətdiyi inzibati xətaların xarakterini, onun ərizəsini və digər halları nəzərə alaraq hesab edir ki, ona yalnız inzibti cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar